İşıqfor karımıza gəldi
10 ilə yaxındr ki, Abşeron rayonuna köçmüşük. Saray qəsəbəsində yer alıb ev tikmişik. Bura həm yoldaşımın iş yerinə yaxındır, həm də həyət evidir, hər cür rahatlığı var. Binəqədidə yaşayanda hər gün bir problemlə rastlaşırdıq. Bir gün su gəlmirdi, ertəsi gün işıqlar keçirdi, üçüncü gün qaz olmurdu.
Şükürlər olsun ki, buraların belə problemi yoxdur. Sağ olsun əlaqədar təşkilatlar vaxtaşırı reydlər edir, kommunal problemlərlə maraqlanır, olanlar operativ aradan qaldırılır.
Yaşadığımız Sevil Qazıyeva küçəsi birbaşa Sumqayıt istiqamətindəki əsas yola - Heydər Əliyev küçəsinə çıxır. Hər tərəf yaşıllıqdır. Çatışmayan küçəni təhlükəsiz keçmək üçün zolağın olmaması idi. Qonşuların yerli icra orqanına şikayətindən sonra bu problem də həll edildi.
Lakin sürücü-piyada təhlükəsi qalmaqda idi. Demək olar ki, hər gün piyadalar təhlükə ilə üzləşirdi. Bəzən sürücü məsuliyyətsizliyi, ya da piyada soyuqqanlığı hadisə ilə nəticələnirdi. Axşamlar belə hadisələr tez-tez olurdu. Yolun digər hissəsinə sağ-salamat keçəndə Allaha şükür edirdik.
Qərara gəldik ki, həmin yola işıqforun qoyulması ilə bağlı əlaqədar təşkilatlara müraciət edək. Məktub hazırlayıb göndərdik. Qısa zamanda nümayəndələr gələrək şikayətlə yerindəcə tanış oldular. Allah köməkləri olsun. Heydər Əliyev küçəsinin ara yolları ilə çox kəsişdiyi yerdə işıqfor quraşdırıldı, piyadalar üçün zolaqlar salındı. İnanın ki, o zamandan bəri heç bir hadisə baş verməyib.
Pərvanə AĞAYEVA,
Abşeron rayonunun Saray qəsəbə sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Məktəblilərin savadlılığı aşağı düşür
07 Dekabr
Füzuli sakini: Uzun illər ayrı qaldığımız doğma yurdumuza qayıdırıq
07 Dekabr
Keçmiş məcburi köçkün: Ermənilərin təcavüzü nəticəsində yaralanmışam
07 Dekabr
Füzuliyə köçən sakin: İndiyədək Binə qəsəbəsindəki yataqxanada yaşayırdıq
07 Dekabr
İran HDQ nümayəndə heyəti hərbi institutu və “N” hərbi hissəsini ziyarət edib
07 Dekabr
Dünya iqtisadiyyatı üçün qarşıdakı 5 ilin gözləntiləri nikbin deyil
07 Dekabr
Qızılcaya yoluxma təhlükəli həddə çatır
07 Dekabr
AÇG-nin yeni platformasında ilk hasilat quyusunun qazılmasına başlanıb
07 Dekabr
DİN polis əməkdaşlarına zəlzələ ilə əlaqədar xüsusi tapşırıqlar verib
07 Dekabr
Zəlzələ ilə bağlı Bakı məktəblərindəki son durum açıqlanıb
07 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!