İşğalçı Ermənistan ordusu əsgərlərini özgə torpağında urvatsız ölümə məhkum edir
Prezident İlham Əliyev son günlər dünyanın "CNN International”, "CNN-Türk”, "Sky News”, "Euronews”, "Əl-Cəzirə”, "Əl-Ərəbiyə” kimi əsas televiziya kanallarına, o cümlədən Türkiyənin nüfuzlu "TPT Haber”, Rusiyanın aparıcı "Rossiya-1”, "Pervıy Kanal”, RBK televiziya kanallarına, digər KİV-ə müsahibələrində və Azərbaycan xalqına müraciətlərində Ermənistanın hərbi-siyasi rəhbərliyinin işğalçılıq xislətini bir daha ifşa etdi. Dövlət başçısı 30 ildir erməni vandallarının törətdiyi vəhşilikləri xatırladaraq son hadisələr üzərində ətraflı dayandı.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev istər daxili, istərsə də xarici auditoriya qarşısında çıxışlarında vurğuladı ki, Ermənistan silahlı qüvvələri bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatın müqabilində aldığı "dərs”dən nəticə çıxarmadı. Sentyabrın 27-də növbəti dəfə təmas xəttində yerləşən kəndlərimizə, hərbi mövqelərimizə hücum etdi. Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı.
Bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Bu günlər vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. "Ali Baş Komandanın bircə əmrinə müntəzirik” deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə sübuta yetirdilər. Qısa müddətdə işğal altında olan torpaqlarımızın xeyli hissəsi yağı tapdağından azad edildi. Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan, onlarca kənd və strateji yüksəklik geri alındı. Neçə illərdir yolumuzu intizarla gözləyən yaşayış məntəqələrimizdə Azərbaycan bayrağı dalğalandı.
Cəbhə xətti boyu ermənilərin müdafiə istehkamları yarıldı və ələ keçirildi. Azərbaycan Ordusu 10 gün ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusuna olmazın zərbələr endirdi. Düşmənin 16 komanda məntəqəsinin darmadağın, 190-dan artıq tankının, çoxsaylı artilleriya qurğularının, raket sistemlərinin məhv edilməsi faktının özü çox söz deyir. Erməni işğalçılarının eləcə də xeyli sayda hərbi texnikası, silah-sursatı ələ keçirildi.
Prezident İlham Əliyev oktyabrın 9-da xalqa müraciətində demişdir: "Düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur... Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil”.
Ona görə də erməni əsgəri mövqelərini qoyub qaçır. Azərbaycan əsgəri isə öz torpağı uğrunda baş qoyur, canından keçir.
Ümumiyyətlə, son aylar Azərbaycanın əsgərindən ən yüksək rütbəli zabitinədək hərbçilərimizin hamısı bir daha sübuta yetirdi ki, torpaq əgər uğrunda ölən varsa, vətəndir. Bizim sıravi əsgərimiz düşmən üzərinə şığıyanda onun qarşısında daş da, qaya da, bütün istehkamlar da ram olur. Lazım gələndə generalımız da səngərdə vuruşub, sözün tam mənasında, əsgər kimi şəhid ola bilir. Və hər şəhidimizin xatirəsi bizim üçün əzizdir, müqəddəsdir. Hər biri anılır, xatırlanır, örnəyə, nümunəyə çevrilir.
İşğalçı Ermənistan ordusu isə əsgərlərini özgə torpağında urvatsız ölümə məhkum edir.
Torpaqlarımızı işğal edən (əlbəttə, bu, müvəqqətidir), nəqmələrimizi oğurlayan, mətbəximizə sahib çıxmağa can atan ermənilər çox güman ki, atalar sözlərimizi də eşitməmiş olmazlar. Belə isə, arığın nə işi var qoruqda... Erməni əsgəri əzəli-əbədi, ata-baba Azərbaycan torpağı olan Qarabağda nə axtarır? Onun Goranboyda, Tovuzda, digər bölgələrimizdə itirdiyi nə isə varmı? Yoxdur. İtirilən erməni siyasətçilərinin ağlıdır, müqabilində tapdıqları isə məğlubiyyət, rüsvayçılıq, biabırçılıq və ucuz ölümdür.
"Sky News” televiziya kanalına müsahibəsində dövlət başçısı bunu olduqca aydın və sərt şəkildə ifadə edərək vurğulamışdır: "Bizim əsgərlərimiz öz torpağımız uğrunda həlak olurlar. Bizim əsgərlərimiz tarixi və beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpağında həlak olurlar. Erməni əsgərləri hansı torpaqda ölürlər? Onlar Füzulidə ölürlər, Cəbrayılda ölürlər, onlar digər Azərbaycan ərazisində ölürlər. Onların orada nə işləri var? Siz Paşinyandan soruşmalısınız onun əsgəri orada nə edir?”
Ermənistanın baş naziri Nikol Paşinyan törətdiyi olmazın bədnam əməllərdən ar etməyərək bütün dünyadan imdad istəyir. Guya onun başçılıq etdiyi erməni faşistlərinin heç bir günahı yoxdur, guya onları haqsızcasına çapıb-talayırlar, öldürürlər. Belə olanda ata-babalarımız yaxşı deyib: "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”.
Amma, yox! Vəhşi düşmən nə qədər təxribat törətsə də, məğlubiyyətindən hiddətlənsə də, daha da azğınlaşıb dinc əhalini - körpəni, qadını, qocanı qətlə yetirsə də, Azərbaycan xalqının bağrı yarılan deyil. Çünki bunlar düşmənin acizliyini göstərən hərəkətlərdir və biz getdikcə mənən cılızlaşan, hər sahədə ondan güclü olduğumuz düşmənə qalib gələcəyik.
"Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovacağıq”, - deyir Prezidentimiz. Azərbaycan Ordusu buna qadirdir. Azərbaycan xalqı buna inanır. Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarımızda qaldırılacağı gün uzaqda deyil.
Flora SADIQLI,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
Həyatı filmə bənzəyən aktyor
05 May
Məğrur, qürurlu Şuşa
05 May
Fironun məzarının "öldürücü" sirri
05 May
Tovuz kümçüləri bu il də bol məhsul götürmək əzmindədirlər
05 May
Dini konfessiyaların nümayəndələri Tərtərdə olmuşlar
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!