05 Dekabr 2023 15:08
229
CƏMİYYƏT
A- A+
İşğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə kömək məqsədilə ispaniyalı memarlarla danışıqlar aparılır  

İşğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə kömək məqsədilə ispaniyalı memarlarla danışıqlar aparılır  

 

Memarlar İttifaqında İspaniyanın memarlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlayaraq bildirib ki, xarici həmkarlarla müxtəlif layihələr hazırlamaq əsas istiqamətlərdən biridir. Son 10 ildə bir sıra ölkələrin memarları ilə görüşlər keçirilib, bir neçə məsələlər müzakirə edilib.

“Belə görüşlər memarlara bir-birilərini və eləcə də mədəniyyətləri qarşılıqlı şəkildə tanımağa çox böyük imkan yaradır. Mədəniyyətlərin təbliği, tanınması və biri-birinə töhfə verməsi sülhü möhkəmləndirər və münaqişələrə yol verməz. Bu gün İspan Memarlar İttifaqı ilə Azərbaycan Memarlar İttifaqının arasında imzalanacaq memorandum memarların əməkdaşlığının əsasını yaratmaqla yanaşı iki ölkə arasındakı əlaqələrin də inkişafına töhfə verəcək. Eyni zamanda, memarlıq sənətinin qarşılıqlı olaraq tanınmasını da təmin edəcək. Perspektivdə böyük layihələrin həyata keçirilməsi üçün planlarımız var və onların reallaşması istiqamətində bir-birimizə dəstək olmalı, əməkdaşlıq etməliyik. Bu əməkdaşlığın nəticəsində paytaxtımız Bakı şəhəri yeni və gözəl memarlıq töhfələri əldə edəcək”, - deyə Elbay Qasımzadə bildirib.

Görüşdə çıxış edən İspaniya Memarlar İttifaqının nümayəndəsi İniqo Ortis qeyd edib ki, Azərbaycan ilə İspaniya arasında həm tarixi, həm də mədəni irsi bənzərliyi var: “Bu irsi qorumaq və inkişaf etdirmək üçün birgə layihələr üzərində iş apara bilərik. Bu gün İspaniyada yeni və müasir üslubda hazırlanan arxitektura layihələri həyata keçirilir. Bu layihələrin reallaşdırılması zamanı ekoloji məsələlər daha çox nəzərə alınır. Tikinti zamanı ekologiyanın qorunması mühüm məsələdir”.

İspaniyalı memarı bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərinə kömək etmək məqsədilə danışıqlar aparılır.

Tədbirdə iştirak edən “F-Holdinq” MMC-nin nümayəndəsi Fərid Mustafayev vurğulayıb ki, əməkdaşlığın məqsədi Azərbaycanda memarların yaradıcılığına dəstək vermək, müxtəlif layihələri müsabiqə yolu ilə seçmək, memarlıq sənətini sərgi və kütləvi informasiya vasitələri hesabına təbliğ etməkdir.

Görüşdən sonra Azərbaycan və İspaniya Memarlar ittifaqı arasında memorandum imzalanıb. Sənədin imzalanmasının məqsədi hər iki memar ittifaqları arasında birgə əməkdaşlıq və yeni layihələrin icrasını həyata keçirməkdən ibarətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!