10 İyul 2025 08:25
2816
SİYASƏT
A- A+
İşğal izlərini dost dəstəyi əvəz edir

İşğal izlərini dost dəstəyi əvəz edir


Qarabağ və Şərqi Zəngəzur  yenidən qurulur, Prezident İlham Əliyevin dediyi kimi, cənnətə çevrilir. Üç onillik ərzində bu torpağın qoynuna erməni vandallarının  vurduğu yaralar genişmiqyaslı və vüsətli  tikinti-quruculuq işləri ilə sağalmaqdadır. 

Vaxtilə yurddan didərgin salınan, bu yerləri göz yaşları ilə tərk etmək məcburiyyətində qalan sakinlər də  dövlətə minnətdarlıqlarını  bildirərək,  şəhidlərə Allahdan rəhmət diləyərək, qazilərə sağlamlıq arzulayaraq  öz kənd və şəhərlərində  tikilmiş yeni evlərinə köçürlər.

Bu gün Qarabağ və Şərqi Zəngəzur həm də qonaq-qaralıdır. Bir çox  dövlətlərin rəhbərlərindən  adi səyahətçilərədək  yüzlərlə insan indiyədək bu  geniş quruculuğun və Böyük qayıdışın şahidi olub. Qarabağ və Şərqi Zəngəzur hətta mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edir.

Biz işğal nəticəsində viran qalmış yaşayış məntəqələrini özümüz bərpa edirik, torpağımızı özümüz dirçəldirik, Prezidentimizin sözləri ilə desək, heç kəsdən  kömək istəmədən, heç kəsdən bir manat belə almadan...

Bütün bunlar dostlarımızı çox sevindirir. Onlardan elələri də var ki, obrazlı ifadə etsək, bu əzəmətli quruculuğa bir kərpic qoymaqla bizə dost, qardaş olduqlarını bir daha təsdiqləmək  istəyirlər.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qazax xalqı adından Füzuli şəhərində tikilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı zamanı Qarabağda dost, qardaş izini əbədiləşdirmək istəyənlərin sanki hamısının fikrini ifadə edərək deyib: "Bu, bizim Azərbaycan xalqına səmimi hədiyyəmizdir. Bilirəm ki, Azərbaycanın potensialı böyükdür və Siz özünüz də bütün bunları edə bilərsiniz, amma biz həmişə qardaşlıq hisslərimizi ifadə etməliyik və belə maddi formada".

Yeri gəlmişkən, sözügedən mərkəz  2024-cü il martın 12-də açıldı. 1,5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Burada mühazirə zalı, şahmat və kulinariya sinifləri, incəsənət və heykəltaraşlıq studiyası, xoreoqrafiya və idman zalı, səsyazma kabineti, musiqi və vokal sinfi, foto-videomontaj, veb-dizayn və robototexnika kabinetləri, akt zalı, 3D modelləşdirmə sinfi var. Mərkəzdə IT-startaplara və Azərbaycanın milli mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə xüsusi diqqət yetirilir. 

Bir qədər də əvvələ qayıdaraq xatırlayaq ki, hələ 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğan  Cəbrayıl rayonu ərazisində "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin  təməlini qoymuşlar.   Kompleks üçün iki ölkə mütəxəssislərl birlikdə rayonun Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun ətrafında 40 hektar ərazi seçilmişdir. Layihə özündə  üçmərtəbəli Meşə Təlim Mərkəzində konfrans zalı, təlim otaqları, qonaq evi, ikimərtəbəli inzibati bina, laboratoriya, yeməkxana, "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" yaradılmasını ehtiva edir.

"Ağıllı Tingçilik"də qabaqcıl texnologiyalar əsasında istixanalar, toxum saxlama mərkəzi, qapalı kök sistemli ting istehsal sahələri, köçürmə sahələri, kölgələndirmə, soyuducu, qablaşdırma və gübrə anbarları, ting tədarük mərkəzi, təlim zonası, maşın və traktor təlim parkları inşa ediləcək. Burada il ərzində yerli iqlim şəraitinə uyğunlaşdırılmış 2 milyon müxtəlif ting yetişdirilərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının meşə fondu torpaqlarında meşələrin salınmasında və yaşıllaşdırma işlərində istifadə olunacaq.

Dost və qardaş Özbəkistan isə işğaldan azad olunmuş ərazilərimizdə əvvəlcə məktəb tikdi. Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışını 2023-cü il avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev  etdilər.

Xankəndidə indi  artıq həm də Azərbaycan-Özbəkistan birgə müəssisəsi  -  "Businesstex JV" tikiş fabriki fəaliyyət göstərir. Fabrikdə müxtəlif növ parçadan 150 çeşiddə kişi, 300 çeşiddə qadın və 150 çeşiddə uşaq geyimləri istehsal olunur.

Hazırda müəssisə  hər gün 2500 ədəd müxtəlif trikotaj məhsulları buraxır  və  bu rəqəmin 10 minə çatdırılması nəzərdə tutulur. Gələcəkdə kişi köynəklərinin, xüsusi təyinatlı və hərbi geyimlərin istehsalı planlaşdırılır. Məhsulların 80 faizinin müxtəlif ölkələrə ixracı həyata keçiriləcək. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim keçmiş 250 nəfər  işçi çalışır. Ümumilikdə müəssisədə 500 iş yeri yaradılacaq.  Əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlar işlə təmin olunurlar.

Cari ayın əvvəlində dövlətimizin başçısı və Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev fabrikə gələrək müəssisənin fəaliyyəti ilə tanış oldular. 

Zirvə görüşündə Qırğız Respublikasının Prezidenti də iştirak edirdi.   Tədbirdən bir gün əvvəl  bu dost ölkənin  dövlət  başçısı Sadır Japarov Prezident İlham Əliyevlə birlikdə Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdilər. Elə həmin gün eləcə də  Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışı oldu.

Prezident İlham Əliyev  burada kəndin sakinlərini salamlayaraq dedi: "Qarabağın bərpası və dirçəlişində göstərdiyi köməyə görə sizin adınızdan və bütün keçmiş köçkünlərin adından əziz Qardaşım, Qırğızıstan Prezidenti Sadır Nurqojoyeviç Japarova minnətdarlığımı bildirmək istəyirəm. Sadır Nurqojoyeviçin təşəbbüsü ilə bu regionun hazırda ən böyük yaşayış məntəqəsi olan Xıdırlı kəndində gözəl məktəb tikilib. Bu gün biz ona baxış keçirdik və rəsmi şəkildə açdıq. Məktəbə Ayköl Manasın adı verilib. Bildiyiniz kimi, "Manas" qırğız xalqının dastanıdır, qırğızların ruhunu təcəssüm etdirir".

İşğaldan azad olunmuş ərazilərimizdə keçən ilin may ayında Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko da olub. Şuşada və Füzulidə gedən geniş quruculuqdan çox məmnun qalıb. Bir dost kimi bu yerlərə əliboş gəlməyib. İndi bölgənin kənd təsərrüfatında Belarus istehsalı olan traktorlar  görülən işlərə dəstək verir. Hədiyyə kimi gətirilən avtobus da sakinlərə gərəklidir.  

Macar dostlarımız da nailiyyətlərimizə ürəkdən sevinirlər  və yalnız bununla kifayətlənmirlər. Macarıstan şirkətləri  işğaldan azad olunmuş ərazilərdə  aparılan tikinti işlərində fəal iştirak edirlər. Cəbrayılın Soltanlı yaşayış məntəqəsindəki tikinti işləri macar şirkətləri tərəfindən həyata keçirilir.

Azərbaycanda ən iri neft, qaz və ixrac layihələrinin əməliyyatçısı olan BP isə Cəbrayıl rayonunda SOCAR-la (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birlikdə "Şəfəq" adlı böyük bir günəş-elektrik stansiyası tikir. 

Tezliklə bu cür misalların sayı daha da artacaq. Azərbaycanın Qarabağı və Şərqi Zəngəzuru yenidən dirçəldərək cənnətə çevirməsi dostlarımızın ürəyini dağa döndərəcək, bizi gözügötürməyənlər isə bu əzəmətə baxıb görk olacaqlar.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!