04 Sentyabr 2026 11:53
143
İDMAN
A- A+
“IRONMAN 70.3” yarışı ilə əlaqədar Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək

“IRONMAN 70.3” yarışı ilə əlaqədar Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək


Bakıda keçiriləcək beynəlxalq səviyyəli “IRONMAN 70.3” yarışının təhlükəsiz və mütəşəkkil keçirilməsi məqsədilə, sentyabrın 4-də və 5-də şəhərin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

Bakı Şəhər Halqasından AZƏRTAC-a bildirilib ki, məhdudiyyətlər sentyabrın 4-də saat 21:00-dan etibarən mərhələli şəkildə tətbiq ediləcək və sentyabrın 5-də saat 16:00-dək davam edəcək.

Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun (M2) Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu qovşağından, yolun 25-ci kilometrindən başlayaraq əks istiqamətdə hərəkətin təmin edilməsi məqsədilə qarşı tərəfdən gələn nəqliyyat vasitələri üçün bir hərəkət zolağı nəzərdə tutulub.

Bununla yanaşı, Lökbatan dairəsi istiqamətində bir hərəkət zolağı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılacaq.

Bakı–Ələt (M3) avtomobil yolunun Lökbatan dairəsi istiqamətində 14-cü kilometrindən şəhər mərkəzinə doğru, “Sheraton Baku Intourist” hotelinin qarşısındakı dairəyədək nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Sürücülər alternativ olaraq Bakı–Ələt (M3) avtomobil yolunun Lökbatan–Bayıl istiqamətindən istifadə edə biləcəklər.

Məhdudiyyətlərin tətbiqi yarışdan əvvəlki hazırlıq mərhələsində sentyabrın 4-də saat 21:00-dan sentyabrın 5-də saat 04:59-dək, yarışın keçirildiyi əsas mərhələdə isə saat 05:00-dan 14:30-dək davam edəcək.

Yarış başa çatdıqdan sonra ərazidə təmizlik və bərpa işlərinin aparılması ilə əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlərin 5 sentyabr saat 14:30-dan 16:00-dək davam etdirilməsi nəzərdə tutulur.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Qeyd edək ki, sentyabrın 5-də Bakıda keçiriləcək “IRONMAN 70.3” yarışına 62 ölkədən 1500-dən çox iştirakçının qatılacağı gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

12:10
04 Sentyabr

İçərişəhərdə “Keçmişin sədası” adlı sərgi təşkil olunacaq

12:07
04 Sentyabr

Bakıda Azərbaycan-Avropa münasibətlərinin perspektivləri müzakirə olunur

12:05
04 Sentyabr

Son sutka ərzində ölkədə 93 cinayətin açılması təmin edilib 

12:03
04 Sentyabr

Uşağın anadan olmasına görə müavinət alanların sayı açıqlanıb

12:00
04 Sentyabr

Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb

11:57
04 Sentyabr

Seneqallı nazir ölkəsində “ASAN xidmət” modeli əsasında dövlət xidmətləri mərkəzlərinin qurulacağını bildirib 

11:55
04 Sentyabr

“IRONMAN 70.3” yarışı ilə əlaqədar Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək

11:53
04 Sentyabr

Azərbaycan neftinin qiyməti 105 dollara çatır

11:50
04 Sentyabr

Papa XIV Leonun səfəri üçün 15 min təhlükəsizlik əməkdaşı səfərbər ediləcək

11:47
04 Sentyabr

Gömrükçülər nəqliyyat vasitəsində külli miqdarda qurudulmuş marixuana aşkar ediblər

11:45
04 Sentyabr

Qızıl və gümüş ucuzlaşıb 

11:43
04 Sentyabr

Xırdalan şəhərində obyektdə yanğın baş verib

11:40
04 Sentyabr

Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib

11:38
04 Sentyabr

Bu gün Ümumdünya Leykemiya Günüdür

11:36
04 Sentyabr

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

11:35
04 Sentyabr

ABŞ-nin maliyyə naziri Aİ-nin İrana qarşı iqtisadi təzyiq kampaniyasına qoşulduğunu elan edib  

11:31
04 Sentyabr

Neftçalada qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib

11:23
04 Sentyabr

Tramp 100 il ərzində sikkə üzərində təsvir edilən ilk sağ ABŞ Prezidenti oldu

11:20
04 Sentyabr

Norveç Arktikada Rusiya gəmisini həbs edib

11:18
04 Sentyabr

Miqrant böhranı: humanizm və reallıq arasındakı uçurum

10:45
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!