13 Dekabr 2024 15:09
492
SİYASƏT
A- A+
İrlandiya Parlamentinin spikeri: Azərbaycanla diplomatik və iqtisadi əlaqələrimiz güclənir

İrlandiya Parlamentinin spikeri: Azərbaycanla diplomatik və iqtisadi əlaqələrimiz güclənir

İrlandiya Respublikası Parlamentinin Nümayəndələr Palatasının spikeri Şon Oferghail AZƏRTAC-a eksklüziv açıqlamasında Azərbaycanla İrlandiya arasındakı ikitərəfli münasibətlərin inkişafından, diplomatik əlaqələrin möhkəmləndirilməsindən və iki ölkə arasındakı əməkdaşlıq perspektivlərindən danışıb.

Spiker Azərbaycanın beynəlxalq səviyyədəki uğurlarını yüksək qiymətləndirib, xüsusilə COP29-un təşkilatçılığının uğurlu keçdiyini vurğulayaraq deyib: “Hər şeydən əvvəl, Azərbaycan bu cür böyükmiqyaslı tədbiri necə yüksək səviyyədə təşkil etməsi ilə bizi heyran etdi. Həmçinin İrlandiyanın ətraf mühit naziri Eamon Ryanın COP29-da mühüm iştirakından qürur duyuruq. Bütün çətinliklərə baxmayaraq, tədbirin uğurla nəticələnməsi üçün ciddi səylər göstərildi və müsbət nəticə əldə olundu. Bəlkə də nəticələr idealistlərin gözləntilərindən fərqli idi, lakin daha praqmatik, realist və mümkün olan hədəflər baxımından düşünüləndən daha çox uğur əldə edildi”.

Azərbaycanla İrlandiya arasındakı əlaqələrin möhkəmləndirilməsi məqsədilə atılan diplomatik addımları yüksək qiymətləndirən Şon Oferghail Azərbaycanın İrlandiyada ilk dəfə fəxri konsulunun təyin olunmasını əlamətdar hadisə kimi dəyərləndirib: “Düşünürəm ki, bu, çox mühüm bir addımdır. Bu addım, ölkələrimiz arasında mövcud olan dostluq və yaxşı niyyət üzərində işləmək əzmini göstərir. Əminəm ki, bu münasibətlər daha da güclənəcək və bunun nəticəsində iqtisadi, sosial, mədəni və təhsil sahələrində daha sıx əməkdaşlıq imkanları yaranacaq. Bu addımlar nəticəsində İrlandiyanın Azərbaycana investisiyanın həcmini artıracağına, Azərbaycanın İrlandiyaya daha çox ixracat həyata keçirəcəyinə və iki ölkə arasında turizm mübadiləsinin artacağına ümid edirəm. Bu, Azərbaycanla İrlandiya arasındakı münasibətlərin inkişafında son dərəcə əhəmiyyətli bir addımdır”, - deyə spiker qeyd edib.

İki ölkə parlamentlərinin sıx əməkdaşlıq edərək daha güclü münasibətlər qurmasını istədiyini deyən Şon Oferghail əlavə edib: “Bu münasibətlərdən daha geniş ikitərəfli iqtisadi, sosial, mədəni və təhsil kontekstləri yaranacaq. İndi biz iki ölkə arasında diplomatik əlaqələri gücləndirmək üçün daha konkret addımlar atmağa çalışırıq. İrlandiyada bir konsulluğun olması dəstək və mövcudluq hissini gücləndirəcək. Bütün bu addımların əsas məqsədi ölkələrimiz arasında daha sıx kommersiya, sosial, mədəni və təhsil əməkdaşlığına yol açmaqdır. Biz bir-birimizdən çox şey öyrənə bilərik. Həmçinin irlandiyalı tələbələrinin Azərbaycana, azərbaycanlı tələbələrin isə buraya səfər etməsini səbirsizliklə gözləyirəm”.

Spiker, həmçinin İrlandiyada yaşayan Azərbaycan diasporunun cəmiyyətə verdiyi böyük töhfələri qeyd edərək deyib: “Azərbaycan icmasının İrlandiyada təkcə iqtisadiyyatımıza deyil, eyni zamanda, İrlandiya cəmiyyətinə verdiyi böyük töhfələri yüksək qiymətləndiririk”.

Şon Oferghail Azərbaycanla İrlandiya arasındakı əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə və güclənəcəyinə ümid etdiyini bildirib. O, Azərbaycan ilə Ermənistan arasında dayanıqlı sülhün bərqərar olmasına İrlandiyanın dəstəyini də ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!