20 İyun 2025 09:35
405
SİYASƏT
A- A+
İrəvan Moskvaya meydan oxuyur

İrəvan Moskvaya meydan oxuyur


Baş nazir Nikol Paşinyan Rusiyanın ən varlı ermənisini həbs etdirib


Ermənistanda iqtidar və müxalifətin bir-birinə qarşı kompromat xarakterli hücumlarının artması, gözdənsalma kampaniyasını genişləndirməsi vəziyyəti daha kritik həddə çatdırıb. İndi həm hakimiyyət, həm də revanşistlər 2026-cı ilin parlament seçkilərinə hazırlaşırlar. Bu isə qarşıdakı dövrdə Ermənistanda xaosun qaçılmaz olduğunu deməyə əsas verir. 

Proseslər göstərir ki, keçmiş hərbi xunta vəziyyətdən yararlanıb kilsəni də siyasi proseslərə cəlb edərək ölkədəki xaosu daha da dərinləşdirməyə çalışır.

Bu günlərdə İrəvanda rusiyalı erməniəsilli tanınmış iş adamı Samvel Karapetyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Karapetyan son günlər Ermənistan hakimiyyətinin Apostol Kilsəsinə qarşı apardığı kampaniyanı kəskin tənqid edib və açıq şəkildə Erməni Apostol Kilsəsinə dəstəyini ifadə edib. Müxalifətə yaxın dairələr onun məhz bu bəyanatları fonunda hədəfə alındığını bildiriblər. 

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl hökumətlə kilsə arasında gərginlik artmışdı. Paşinyan kilsənin siyasi təsirini qırmaq üçün kampaniyaya başlamış, bu isə ictimaiyyətdə və elita daxilində narazılığa səbəb olmuşdu. Məhz bu fonda baş verən son hadisələr Paşinyanın sistem daxilindəki "təmizləmə" əməliyyatını sürətləndirdiyini göstərir.

Samvel Karapetyan Rusiyada "Tashir Group" adlı iri biznes imperiyasının rəhbəri kimi tanınır. O, uzun illərdir Ermənistanın iqtisadi və ictimai layihələrinə maliyyə dəstəyi göstərib. Hadisə Ermənistan cəmiyyətində və diasporunda ciddi rezonansa səbəb olub.

S.Karapetyan Ermənistanın energetika sektorunda - xüsusilə elektrik şəbəkələrində mühüm paya sahibdir və Kremlə yaxınlığı ilə tanınır. Onun evində xüsusi əməliyyat keçirilib və iki güc strukturu - Milli Təhlükəsizlik Xidməti (MTX) və Daxili İşlər Nazirliyi (DİN) bu prosesdə iştirak ediblər. Mənbələrin bildirdiyinə görə, MTX rəhbəri Armen Abazyan Paşinyanın Karapetyanın həbsi ilə bağlı əmrini yerinə yetirməkdən imtina edib və bu səbəbdən səhər saatlarında işdən çıxarılıb. Bu isə Abazyanın sistem içində müstəqil və ya balanslaşdırıcı fiqur olduğunu və Paşinyanın planlarına müqavimət göstərdiyini təsdiqləyir.

Abazyanın yerinə gətirilən şəxs - Andranik Simonyan təhlükəsizlik sistemində olmayan bir şəxsdir. Bu fakt Ermənistanda ciddi müzakirə mövzusudur. Ekspertlər bildirirlər ki, Simonyanın MTX rəhbəri təyin olunması Paşinyanın artıq hüquq-mühafizə orqanlarını tamamilə öz adamları ilə doldurduğunu göstərir. Bu şəxslər nəinki sistemdən kənardadır, həm də birbaşa Paşinyanın siyasi iradəsinə tabe olmağa hazır adamlardır.

Ermənistanın baş naziri Nikol Paşinyan "Feysbuk" səhifəsində sual ünvanlayıb ki, kilsəyə, yoxsa onun müqəddəsliklərini ləkələyənlərə qarşı çıxmışam?: "Erməni Apostol Kilsəsi Ermənistan Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş nizamnaməsində təsdiq edir ki, onun nizamnaməsi kilsə rəsmiləri və dindarlar üçün hüquqi qüvvəyə malikdir. İndi bu suallara cavab verərkən mən kilsəyə qarşı mübarizə aparıram, yoxsa Erməni Apostol Kilsəsinin dəyərləri uğrunda mübarizə aparıram? Mən kilsəyə, yoxsa onun müqəddəsliklərini ləkələyənlərə qarşı çıxmışam? Təbii ki, mən kilsəmizin müqəddəsliyini ləkələyənlərə qarşı çıxmışam, sadiq üzvü olduğum Erməni Apostol Kilsəsi və onun sadiq davamçıları naminə mübarizə aparıram".

"California Courier" qəzetinin redaktoru Harut Sasunyan isə bildirib ki, 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri ərəfəsində reytinqlərinin kəskin aşağı düşməsi fonunda baş nazir Nikol Paşinyan bütün ermənilərin katolikosunu hədəfə alır. Onun sözlərinə görə, Paşinyan istər Ermənistanda, istərsə də diasporda ermənilərin əksəriyyətinin Erməni Apostol Kilsəsinə sadiq qalmasına məhəl qoymayaraq, ictimai dəstək qazana biləcəyini yanlışlıqla düşünür: "Ötən həftə Paşinyan katolikos II Qaregini daha itaətkar ruhani ilə əvəzləmək niyyətində olduğunu bəyan edərək, ruhanilərin subaylığını bəhanə edib". Sasunyan bildirib ki, Paşinyanın kilsəyə hücumları Ermənistanda vətəndaş müharibəsinə səbəb ola bilər.

Göründüyü kimi, Ermənistan sonu görünməyən daxili siyasi böhrana qədəm qoymaqdadır.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!