29 Yanvar 2023 02:23
2018
SİYASƏT
A- A+
İran terrora son qoymalıdır

İran terrora son qoymalıdır

 

Hakimiyyətdən narazı əhali üsyan edir

 

"Azərbaycan səfirliyinə silahlı hücum terror aktıdır. Biz İran hakimiyyətindən bu terror aktı ilə bağlı tədbir görmələrini xahiş edirik". Bunu Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə paytaxt hospitalında İranın xarici işlər naziri Əmir Abdullahianla birgə keçirdiyi mətbuat konfransında bəyan edib. Bu barədə Gunaz.tv telekanalı 
İSNA informasiya agentliyinə istinadən xəbər verir.
Hospitalda müalicə olunan diplomatik korpusun yaralı əməkdaşlarını ziyarət edən səfir deyib: "Bizə qarşı silahlı hücum həyata keçirilib. Biz bunu terror aktı hesab edirik. Bu aktın nəticəsində azərbaycanlı diplomat həlak olub, iki diplomat yaralanıb. Biz İran hakimiyyətindən bu terror aktı ilə bağlı bütün faktorları araşdırmağı və nəticələrini Azərbaycan hakimiyyətinə təqdim etməyi xahiş edirik".
BMT Baş katibi Antonio Quterreş Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını qətiyyətlə pisləyib. Bu barədə məlumat verən BMT-nin sözçüsü Stefan Düjarrik deyib: "İlk növbədə öldürülən hərbçinin ailəsinə və Azərbaycan xalqına başsağlığı veririk. Bildirmək istərdik ki, diplomatik missiyaya hücum həm də beynəlxalq hüququn açıq-aydın pozulmasıdır".
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Ölkədəki etirazçılar hadisə ilə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) günahlandırırlar. Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Hazırda iranlı etirazçılar beynəlxalq ictimaiyyəti SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırırlar. Hadisəni törədən şəxs Yasin Hüseynzadə İran vətəndaşıdır, onun İranın xüsusi xidmət orqanlarına, xüsusilə də SEPAH-la əlaqəli olduğuna dair şübhələr var.
Səfirliyin mühafizəçisi hücumun qarşısına çıxmasaydı, bütün səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin qətlə yetirilməsi planlandırılmışdı. 
Həmin ərazidə olan polis terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməyib. Səfirliyin qarşısında mühafizə otağındakı polis əməkdaşı hadisəyə çox sakit reaksiya nümayiş etdirib. İran tərəfi məsuliyyəti üzərindən atmaq üçün  məsələnin mahiyyətini təhrif etməyə çalışır, problemin məişət hadisəsi olması, guya terrorçunun həmin əraziyə uşaqla gəlməsi, orada həyat yoldaşını axtarması və sairə bu kimi yalan məlumatlar yayır, hətta məsuliyyəti İsrailin üzərinə qoymağa cəhd edir... 
Qərb analitiklərinin fikrincə, Tehran əyalət polisinə yeni rəisin təyin olunması təsadüfi deyil: İranın hüquq-mühafizə orqanlarının komandiri briqada generalı Əhməd Rza Radan Azərbaycan səfirliyinə hücumdan bir neçə saat sonra Tehran əyalət bölməsinin rəisi Hüseyn Rəhimini vəzifəsindən azad edib və yeni komandir təyin edib. Sözügedən vəzifəyə Əlborz əyalətinin komandiri vəzifəsində çalışmış briqada generalı Abbas Əli Məhəmmədi təyin olunub. Bunun səfirliyə hücumla bağlı olub-olmadığı məlum deyil.  
İran mütəmadi olaraq iğtişaşlar yaşayır, lakin hazırkı böhran uzunsürən və genişdir. Artıq beşinci aydır ki, hər gün ölkənin onlarca şəhərində yüzminlərlə insan hökumətə etiraz edir və rejimin dəyişdirilməsini istəyir. 
Beynəlxalq İnvestisiya ekspertləri qeyd edirlər ki, artan inflyasiya, sanksiyalar və iğtişaşlar İran iqtisadiyyatını məhv edən problemlərin yalnız kiçik bir hissəsidir. Yaxın gələcəkdə ölkə inkişaf etmiş dövlətlər üçün əhəmiyyətli tərəfdaş ola bilməyəcək və onun iqtisadiyyatı hələ uzun illər  çətin dövrlərdən keçəcək. 
 Ölkədə qiymətlər sürətlə qalxır, milli valyuta dollara nisbətdə dəyərini xeyli itirir. Ötən ay vəziyyət daha da pisləşib - rəsmi hesabata əsasən, inflyasiya 48 faizi ötüb. Bu, 1995-ci ildən bəri İranda ən pis göstəricidir.
İqtisadçıların bildirdiyinə görə, hökumət inflyasiyanın, korrupsiyanın qarşısını ala bilmir. Bu arada İran valyutası rial dollar qarşısında rekord həddə düşüb.
Son məlumata görə, dünən İranın Zahidan şəhərində əhali ölkənin Ali dini lideri Ayətullah Əli Xameneyiyə qarşı üsyana qalxıb. Bu barədə Azad İran teleqram kanalında məlumat yayılıb. Bildirilib ki, acınacaqlı vəziyyətdə yaşamaqdan bezmiş əhali genişmiqyaslı nümayiş keçirərək antirejim şüarları səsləndiriblər: "Süfrələrimiz boşdur, Xameneyi canidir!", "Ölüm olsun Xameneyiyə!".
İranın sünni məzhəbli etnik bəluçların kompakt yaşadığı Sistan və Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində tanınmış ağsaqqallardan olan Hacı Xudarəhim Mənduzehi hökumət məmurları tərəfindən öldürülüb. Bəluç fəalların verdiyi məlumata görə, o, dünən gecə saatlarında mülki geyimli təhlükəsizlik məmurları tərəfindən güllələnib.
Bu hadisə etnik bəluçlar arasında geniş əks-səda doğurub və Tehran rejiminə qarşı kütləvi aksiyalara çağırışlar edilib. Srağagün cümə namazından sonra Zahidan, Rask və Dezab şəhərlərinin küçələrinə axışan bəluclar hökumət əleyhinə şüarlar səsləndiriblər.
Əyalətdə onlarca etirazçı həbs edilib. Saxlanılanlar arasında çox sayda yeniyetmənin olduğu bildirilir.
Mülki geyimli təhlükəsizlik məmurlarının etirazçılara qarşı amansız davrandığı, xüsusilə Zahidan şəhərində həbs edilənlərin ağır döyüldükləri bildirilir.
Bəluçların nüfuzlu din xadimi Mövləvi Əbdülhəmidə qarşı təzyiqləri pisləyən etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma olub.
Dezab şəhərində sünni din xadiminin evinin mühasirəyə alındığı və etirazçılara atəş açıldığı, bir neçə nəfərin güllə yarası aldığı bildirilir.
İran İnsan Haqları Təşkilatının verdiyi son məlumata görə, ötən ayın əvvəlinə kimi İranda 11-i qadın və 5-i uşaq olmaqla, 565 nəfər edam edilib.
Təşkilatın yanvarın 27-də açıqladığı son statistikaya görə, 2023-cü ilin ilk  ayında İranda 55 məhkum dar ağacından asılaraq öldürülüb.
Bu ölkədə vətəndaşlar mütəmadi olaraq haqsız təqibə məruz qalır və edam olunur  işgəncə yolu ilə əldə edilən dəlillər isə çox vaxt onların günahının yeganə "sübutudur".
Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen İranda insan haqlarının pozulmasına görə SEPAH-ın terror təşkilatları siyahısına daxil edilməsinin tərəfdarıdır. Ursula Fon der Lyayen Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı bununla bağlı deyib: "Biz həqiqətən İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçiririk və mən də İnqilab Keşikçiləri Korpusunun bu siyahıya daxil edilməsini dəstəkləyirəm".
Xatırladaq ki, ABŞ hökuməti artıq SEPAH-ı terror təşkilatı kimi tanıyıb. 

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!