24 İyul 2024 09:23
826
İQTİSADİYYAT
A- A+
İqtisadiyyatın arteriyası

İqtisadiyyatın arteriyası

 

Azərbaycanın nəqliyyat sektoru bu rolu layiqincə yerinə yetirir

 

Azərbaycanın nəqliyyat sektorunda davam edən irəliləyiş, dinamizm göz önündədir. Son illər ölkəmizdə mükəmməl bir nəqliyyat infrastrukturu yaradılıb. Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm layihələr, islahatlar  həyata keçirilib. Qabarıq görünən bu islahatlar vahid nəqliyyat siyasətinin formalaşmasında çox böyük stimul yaradıb. 
Bəri başdan qeyd edək ki, nəqliyyat sektorunun inkişafı dövlətimizin əsas  prioritetlərindən biridir. Son 20 ilin hər birində Azərbaycanda ən azı min kilometr avtomobil yolunun, yüzlərlə kilometr dəmiryolunun tikilməsi və ya əsaslı təmir edilməsi dövlətimizin bu sahəni daim diqqət mərkəzində saxladığının göstəricisidir. İşğaldan azad olunmuş ərazilərdə yeni hava limanlarının tikintisi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görülən işlər, dəmir yolu infrastrukturunun şaxələndirilməsi, beynəlxalq avtomagistralların inşası və yenidən qurulması üçün ayrılan vəsaitlər göstərir ki, Azərbaycan nəqliyyat habına çevrilmək istiqamətində ardıcıl addımlar atır, qətiyyətli iradə ortaya qoyur. Bu yolların logistika və ticarətdə mühüm rol oynadığı gün kimi aydındır. Logistik yollar nəqliyyat sənayesinin vacib hissəsidir. Qədimdən mühüm nəqliyyat qovşağı hesab olunan İpək yolunun Azərbaycandan keçməsi ölkəmizin logistika sahəsində zəngin ənənələrə malik olduğunu göstərir.  İpək yolunun bərpası istiqamətində nəhəng qlobal təşəbbüsün mühüm halqası kimi çıxış edən Azərbaycan təkcə tranzit ölkə kimi yox, eyni zamanda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi kimi layihələrin də təşəbbüskarı və icraçısı kimi çıxış edir. Ölkəmiz coğrafi və iqtisadi mövqeyinə görə xüsusi əhəmiyyət daşıyır və yalnız Şərqlə Qərb arasında qapı rolunda çıxış etmir, eləcə də Şimalla Cənubu birləşdirən mühüm tranzit rolunu oynayır. 
Qeyd edək ki, tranzit daşımalarda dəmir yolu nəqliyyatının rolu əvəzsizdir. Dəmir yolu nəqliyyatı çox sərfəli olmaqla yanaşı, digər tərəfi ilə də fərqlənir. Bu, onun  qısa vaxtda tonlarla yükü daha uzun məsafələrə daşıma imkanına sahib olmasıdır. Prezidenti İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində "ŞƏT plyus" formatında keçirilən görüşdə çıxış edərkən dəmir yolu nəqliyyatına da toxunub: "Şimal-Cənub" dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq". 
Həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməsinə imkan yaradır. Dünyanın ən iri layihələrindən biri sayılan Bakı-Tbilisi-Qars dəmiryolu qitələrarası daşımalar üçün geniş imkanlar açır. Asiya  ilə Avropa arasında ən qısa marşrut olan bu  yolun yaratdığı əlverişli şərait bir çox dövlətlərin, xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edir. Mövzuya bu baxımdan yanaşaraq deyə bilərik ki, hazırda iqtisadiyyatın sürətli və hərtərəfli ikişafında nəqliyyat sektorunun xüsusi çəkisi danılmazdır. Bu sektor məhsul və xidmətlərin istehsalı, paylanması və istehlakı sahəsində fəaliyyət növlərini əhatə etməklə iqtisadiyyatda  inkaredilməz rola malikdir. Nəqliyyat dünya ölkələrinin iqtisadi inkişafı zamanı "fəqərə sütunu" olmaqla sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetləri arasında körpü rolunu da oynayır. Əsas vəzifəsi və fəaliyyəti daşınma proseslərini həyata keçirməkdir. Daşınma prosesləri isə istehsal proseslərinin həyata keçirilməsinin mühüm şərtidir. İstehsal olunan və hazırlanan məhsullar daşınaraq istehlak yerlərinə (istehlakcılara) çatdırılır. Bu prosesin  Azərbaycanda necə həyata keçirilməsini bilmək üçün rəsmi statistikaya  müraciət edək. 
Dövlət Statistika Komitəsinin məlumatına görə, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisə və fiziki şəxslər tərəfindən 2024-cü ilin yanvar-iyun aylarında 113,2 milyon ton yük və 967,4 milyon sərnişin daşınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 4 faiz, sərnişin daşınması isə 8,2 faiz artıb. Yüklərin 57,9 faizi avtomobil,  30,1 faizi boru kəməri, 8,2 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,2 faizi isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 87,7 faizi avtomobil, 11,7 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə mənzil başına çatdırılıb.  Dəmiryol nəqliyyatı ilə 9,3 miyon ton yükün, 3849,8 min sərnişinin daşınması həyata keçirilib. 
Statistika  dəniz nəqliyyatındakı vəziyyəti belə açıqlayır: ilk altı ayda daşınan yüklərin həcmi 4125,7 min ton təşkil edib və əvvəlki ilin eyni vaxtı ilə müqayisədə 8,6 faiz azalıb. Yüklərin 48,7 faizi neft olub. Dəniz limanları tərəfindən 6852,1 min ton  həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 5487,9 min tonunu, yəni 80,1faizini tranzit yüklər təşkil edib. Daşınan sərnişinlərin sayı isə ötən ilin müvafiq  dövrü ilə müqayisədə 27,6 faiz artaraq 13,4 min nəfər olub.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi daha böyük olan avtomobil nəqliyyatı ilə 848,6 milyon sərnişin daşınıb. Sərnişinlərin 95,3 faizi  avtobus, 4,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 10 faiz artıb. Ümumilikdə ötən 6 ayda  Azərbaycanda nəqliyyatçılar 967,4 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,7 faizi avtomobil nəqliyyatı, 11,7 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Statistik rəqəmlər  cəmiyyət həyatının göstəricisidir. Sadalanan rəsmi statistika sübut edir ki, Azərbaycanın ən mühüm qeyri-neft sektoru olan nəqliyyat sistemi hərtərəfli və dinamik inkişafdadır.
 

Züleyxa ƏLİYEVA, 
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

02:17
16 Dekabr

"Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

02:16
16 Dekabr

A.Ə.Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında

02:16
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında

02:15
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında  

02:14
16 Dekabr

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərə şamil edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 158 nömrəli Qərarının ləğv edilməsi haqqında

02:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!