27 May 2025 15:18
498
İQTİSADİYYAT
A- A+
İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar konfrans keçirilib  

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar konfrans keçirilib  


İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda konfrans keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov dövlət başçısının 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsinin milli suverenliyimiz və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi addım olduğunu vurğulayıb. Qeyd olunub ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkədə sabitlik təmin edilib və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaranıb. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış, 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya ölkədə qanunvericilik və institusional islahatların əsasını təşkil edir. Ümummilli Liderin rəhbərliyi ilə qısa müddət ərzində Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitlik təmin edilib, xarici iqtisadi əlaqələr inkişaf etdirilib, ölkəyə sərmayələr cəlb olunub və yeni dövr sahibkarlığının əsası qoyulub.

Vurğulanıb ki, Ulu Öndərin inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən yeni nailiyyətlərlə davam etdirilir. Azərbaycan regionda iqtisadi güc mərkəzinə çevrilib, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Çevik iqtisadi yanaşmalar, əlverişli biznes və investisiya mühitinin daha da təkmilləşdirilməsi, sərmayələrin cəlb edilməsi istiqamətində tədbirlər ölkəmizin iqtisadi uğurlarını artırır.

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev Heydər Əliyevin dövlət quruculuğu fəaliyyətindən danışıb, onun ömrünü vətənə və xalqa sədaqətlə xidmətə həsr etdiyini bildirib. Vurğulanıb ki, Heydər Əliyev müstəqil dövlətimizin qanunvericilik sisteminin formalaşmasında həlledici rol oynayıb, milli və hüquqi dövlətçiliyin əsasını qoyub. Ulu Öndərin çoxşaxəli irsi hər birimiz üçün örnəkdir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Milli Məclisin deputatı Əli Hüseynli bildirib ki, “Konstitusiya və Suverenlik İli” milli dövlətçilik dəyərlərimizə, siyasi tariximizə ali ehtiramın təcəssümüdür. Heydər Əliyevin güclü milli dövlətçilik strategiyasının, suverenlik salnaməmizin, torpaqlarımızın azad edilməsi nəticəsində konstitusion hüquqlarımızın tam bərpasının dərindən tədqiqi və təbliğinin önəmi qeyd olunub.

Tədbirdə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş videoçarx nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!