26 Yanvar 2026 12:41
368
İQTİSADİYYAT
A- A+
İqtisadiyyat nazirinin müavini Türkmənistanda SPECA Həftəsi çərçivəsində tədbirlərdə iştirak edib  

İqtisadiyyat nazirinin müavini Türkmənistanda SPECA Həftəsi çərçivəsində tədbirlərdə iştirak edib  


Türkmənistanın paytaxtı Aşqabad şəhərində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Rəhbər Şurasının 20-ci iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Babaniyaz Yalakovun sədrliyi ilə keçirilən iclasda BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) və SPECA iştirakçı ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri çıxış edib.

İclasda ölkəmizi iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev təmsil edib. Nazir müavini çıxışında Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına önəm verdiyini vurğulayıb. Nəqliyyat-tranzit, ticarət, enerji, investisiya, rəqəmsallaşma və digər sahələrdə tərəfdaşlığın regional inkişaf üçün prioritet istiqamətlər olduğu qeyd edilib. Ölkəmiz tərəfindən Orta Dəhlizin inkişafı, nəqliyyat-kommunikasiya əlaqələrinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar nəzərə çatdırılıb. Eyni zamanda, birgə layihələrin dəstəklənməsi məqsədilə Qazaxıstan, Özbəkistan və Qırğız respublikaları ilə yaradılmış birgə investisiya fondlarının əhəmiyyəti diqqətə çatdırılıb.

İclasda SPECA İqtisadi Forumunun yekun sənədi təsdiq olunub, SPECA-nın 2024–2025-ci illər üzrə İş planının icra vəziyyəti müzakirə olunub. İşçi qruplarının fəaliyyətinə dair hesabatlar dinlənilib, əldə olunan nəticələr və qarşıdakı dövr üçün prioritetlər ətrafında fikir mübadiləsi aparılıb. SPECA-nın 2026-2027-cı illər üzrə İş planı təsdiq olunub. SPECA-nın növbəti sədr ölkəsi Qırğız Respublikası seçilib.

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev SPECA Çoxtərəfli Etimad Fondunun Rəhbər Komitəsinin 2-ci iclasında iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini SPECA Çoxtərəfli Etimad Fondunun yaradılmasının çoxvektorlu regional əməkdaşlığın inkişafı baxımından mühüm institusional addım olduğunu qeyd edib.

İclasda fondun yaradılması üzrə görülmüş işlər müzakirə edilib və növbəti addımlar barədə fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində SPECA Çoxtərəfli Etimad Fondunun Maliyyələşdirmə Strategiyası və ilk Təkliflər Çağırışı qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT ölkələri metrologiya sahəsində daha sıx əməkdaşlıq edəcək  

12:48
03 Aprel

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

İran Küveytin neft zavoduna dronlarla hücum edib

12:17
03 Aprel

BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

12:14
03 Aprel

“Azərkosmos” və “Viasat” aviasiya üçün uçuşdaxili internet xidmətləri göstərəcək  

12:06
03 Aprel

Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü

11:56
03 Aprel

Hörmüz boğazı konfransı: 41 ölkə bölgəyə hərbi qüvvə göndərməkdən imtina edib

11:52
03 Aprel

FIFA rəsmisi: Biz Azərbaycana böyük etimad göstəririk

11:43
03 Aprel

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

11:39
03 Aprel

UEFA-dan Azərbaycan klublarına 73 milyon manatdan çox vəsait ayrılıb

11:36
03 Aprel

Tramp ABŞ Baş prokuroru Pem Bondini işdən çıxardı

11:36
03 Aprel

UEFA İtaliyanı Avro 2032-dən məhrum etməklə hədələyir

11:29
03 Aprel

Rövşən Nəcəf: Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur

11:23
03 Aprel

Ötən il AFFA-ya daxil olan maliyyə vəsaitin həcmi açıqlanıb

11:17
03 Aprel

Ukraynaya raket zərbələri endirilib, ölən və xəsarət alanlar var

11:12
03 Aprel

Azərbaycanda bu mövsüm 38 futbol klubu lisenziya alıb 

11:07
03 Aprel

Ötən gün 59 cinayətin açılması təmin edilib

11:01
03 Aprel

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində iştirak edəcəklər 

10:53
03 Aprel

Çingiz Hüseynzadə: Azərbaycan futbolu inkişaf edir

10:47
03 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:40
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!