İnternat məktəbində “ilk zəng” çalınıb
Sentyabrın 15-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində 2018-2019-cu tədris ilinin başlanması və "Bilik günü” münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən təhsil naziri Ceyhun Bayramov müasir dünyada təhsilin mühüm rolunu qeyd edib, ölkəmizdə bu sahəyə xüsusi önəm verildiyini bildirib.
Təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışan nazir yeni tədris ilinin başlanması və "Bilik günü” münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb.
C.Bayramov məktəblərdə təhsil üçün bütün lazımi şəraitin yaradıldığını vurğulayıb.
İnternat məktəbinin direktoru İradə Vəzirova rəhbərlik etdiyi təhsil ocağı haqqında məlumat verib. Qeyd olunub ki, məktəb 1936-cı ildən fəaliyyət göstərir və gözdən əlil uşaqların tam orta təhsilini həyata keçirir. Təhsil müəssisəsində tam orta təhsil müddəti 12 ildir (Brayl əlifbasının öyrənilməsi ilə əlaqədar).
İnternat məktəbində 30 sinif komplektində 307 nəfər gözdən əlil və zəif görən şagird təhsil alır. Onlardan 98-i qız, 209-u isə oğlandır. Məktəbə şagird qəbulu psixoloji-tibbi-pedaqoji komissiyanın müvafiq qərarı əsasında həyata keçirilir.
Müəssisənin ərazisində yerləşən və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən gözdən əlil və zəif görən uşaqlar üçün musiqi məktəbində təhsil ocağının 150 şagirdi tar, kamança, qarmon, nağara, xanəndəlik, fortepiano, skripka üzrə siniflərdə təhsil alır.
Son beş ildə internat məktəbinin məzunlarından 30-u ali, 23-ü orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Məktəbin 2017-2018-ci il məzunlarından 10-u müxtəlif ali təhsil müəssisələrində (Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Qərbi Kaspi Universiteti və s.) təhsil alır.
İnternat məktəbi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2006-cı ildə əsaslı təmir olunub.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə gözdən əlil uşaqlar üçün xüsusi internat məktəbinin nəzdində yaradılmış mətbəədə Brayl əlifbasında və iri şriftlərlə dərslik və metodik vəsaitlər çap olunur. Mətbəədə çap olunan dərs vəsaitləri gözdən əlil uşaqların dərsliklərə olan ehtiyacını tam təmin edir. Şagirdlər doğma Vətən, ana, məktəb haqqında şeirlər söyləyib, mahnılar oxuyublar.
Sonra məktəbdə yeni dərs ilinin başlandığını bildirən "ilk zəng” çalınıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!