26 Sentyabr 2026 15:13
125
İQTİSADİYYAT
A- A+
İnsan kapitalının inkişafının Azərbaycanın uzunmüddətli rəqabət qabiliyyətin təmin edilməsində rolu - panel sessiya

İnsan kapitalının inkişafının Azərbaycanın uzunmüddətli rəqabət qabiliyyətin təmin edilməsində rolu - panel sessiya

Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya təşkil edilib.

AZƏRTAC xəbər verir ki, forumun strateji tərəfdaşı olan “TEHA Group”un Beynəlxalq əlaqələr üzrə koordinatoru Filippo Malinvernonun moderatorluğu ilə keçirilən sessiyada Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev insan kapitalının inkişafı, əmək bazarının gələcək bacarıqlara uyğunlaşdırılması və müasir iqtisadiyyatın tələblərinə cavab verən kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Paneldə Azərbaycanın Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, “PAŞA Holding” şirkətinin baş icraçı direktoru Cəlal Qasımov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov, “SABAH.HUB”ın baş icraçı direktoru Rəhim Bayramlı və “Şişecam” şirkətinin baş icraçı direktoru Can Yücel iştirak ediblər.

İnsan kapitalının inkişafının Azərbaycanın uzunmüddətli rəqabət qabiliyyətinin və iqtisadi şaxələndirməsinin təmin edilməsində rolu, gələcəyin bacarıqları, rəqəmsal imkanlar və müasir liderlik yanaşmaları müzakirə edilib. Həmçinin, universitetlər, biznes və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, istedadların cəlb edilməsi və inkişaf etdirilməsi, məşğulluq imkanlarının artırılması, innovasiya və sahibkarlığın dəstəklənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı,– “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı ilə keçirilən forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Anım Günü xalqımızın milli birliyini və şəhidlərimizin əbədi qəhrəmanlığını yaşadan müqəddəs tarixdir

17:29
26 Sentyabr

Daha 3 pilot Formula 1 Azərbaycan Qran-Prisində mübarizəni dayandırıb

16:21
26 Sentyabr

Bakıdan dünyaya açılan imkanlar

16:18
26 Sentyabr

Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb

16:17
26 Sentyabr

Formula 1: “Williams”ın pilotu mübarizəni dayandırıb

16:08
26 Sentyabr

Media və Yayım Şurası: Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur

15:58
26 Sentyabr

Formula 1: Corc Rassell liderliyini qoruyur

15:56
26 Sentyabr

Formula 1: “Aston Martin”in pilotu mübarizəni erkən dayandırıb

15:55
26 Sentyabr

Azərbaycan “Visa” ilə yeni investisiya istiqamətlərini nəzərdən keçirib

15:53
26 Sentyabr

SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

15:37
26 Sentyabr

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 10,8 milyard dollarlıq investisiya layihələri üzrə 23 sənəd imzalanıb

15:35
26 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib

15:29
26 Sentyabr

Yubiley Formula 1 Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirilib

15:27
26 Sentyabr

27 Sentyabr - Tarixin Şərəf sınagı

15:18
26 Sentyabr

İnsan kapitalının inkişafının Azərbaycanın uzunmüddətli rəqabət qabiliyyətin təmin edilməsində rolu - panel sessiya

15:13
26 Sentyabr

Daşınmaz əmlak, turizm və şəhər inkişafı üzrə investisiya imkanlarına dair müzakirələr aparılıb - panel sessiya

15:01
26 Sentyabr

Azərbaycanla “Global Infrastructure Partners”in əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

14:47
26 Sentyabr

Azərbaycanla “Global Infrastructure Partners”in əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

14:47
26 Sentyabr

Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində qala gecəsi təşkil olunub

14:36
26 Sentyabr

Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub

14:34
26 Sentyabr

SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanan sənədlərin detallarını açıqlayıb

14:32
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!