05 İyun 2018 12:06
106
SİYASƏT
A- A+
İnqilab dalğası Xankəndiyə çatdı

İnqilab dalğası Xankəndiyə çatdı

 

Vaan BADASYAN: “Ermənilər Bakıya üz çevirə bilərlər. Azərbaycan dəfələrlə Qarabağdakı ermənilərin öz vətəndaşları olduğunu və münaqişə həll olunandan sonra onların orada rahat şəkildə yaşaya biləcəyini deyib. Bu, zülm altında yaşayan insanları cəlb edir”

 

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra əhali sosial həyatında, yaşayış tərzində müəyyən yeniliklərin olacağını gözləsə də, bu ölkədə baş verənlər gözləntilərin tam əksinin yaşandığını nümayiş etdirir. Mövcud vəziyyət işğalçı ölkədə xaotik durumun daha da dərinləşdiyini, ölkədə əvvəlki hakimiyyət təmsilçilərinə qarşı isə yeni repressiya dalğasının başlandığını göstərir. Belə vəziyyətdə insanların maddi rifah halının yaxşılaşması, Ermənistanın düşdüyü izolyasiya vəziyyəti ölkənin xilası üçün müsbət heç nə vəd etmir.

 

Qubernatorların istefaları qəbul edilib

 

Ermənistanın baş naziri Nikol Paşinyan yüksək postları sabiq baş nazir Serj Sarkisyanın rəhbəri olduğu Respublika Partiyasının nümayəndələrindən təmizləməkdə davam edir. Artıq hökumətin son iclasında ölkənin bütün qubernatorların istefaları qəbul edilib. 8 vilayətə yeni təyinat barədə qərar verilib, 2 vilayətə isə qubernator təyinatı daha sonra olacaq.
Qeyd edək ki, mayın 8-də baş nazir seçilən Nikol Paşinyan silahlı qüvvələr, kəşfiyyat və təhlükəsizlik orqanları, həmçinin strateji əhəmiyyətli siyasi dairələrin rəhbərliyində təmizləmələr aparıb. Bundan başqa, Respublika Partiyasının hakimiyyətdə olan nümayəndələrinin həbsi də davam edir. Məsələn, Masis şəhərinin meri, müavini və digər 5 nəfər şəxs Yerevanda qarşıdurmalarla bağlı iş üzrə saxlanılıb.

Eçmiədzin Yerevana qarşı...

 

Qeyd edək ki, aprelin 22-də əllərində dəyənək və daşla silahlanan bir qrup şəxs nümayişçilərə hücum edib. Hakimiyyət isə bunda meri təqsirli bilir. Belə vəziyyətdə yayılan digər məlumata görə, Ermənistanda Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımı törətməsi ilə məşhur olan general Manvel Qriqoryan Paşinyanı devirmək üçün hərəkətə keçib. Manvel Qriqoryanın göstərişi ilə Eçmiədzində küçələrə şlaqbaumlar quraşdırılıb.
Eçmiədzin şəhərinin meri onun oğlu Karen Qriqoryandır. Hazırda Nikol Paşinyanın göstərişi ilə Serj Sarkisyan dövründən qalmış şəhər merlərinin çıxarılması, yaxud həbs edilməsi prosesinə start verilib. Qriqoryanlar da belə bir təhlükə olarsa, müqavimət göstərmək üçün əvvəlcədən Eçmiədzində barrikadalar qururlar.
Məlumata görə, şəhərdə insanlar təqib edilir, avtomobillərin təkərləri deşilir, vətəndaşlar döyülür. Şəhər sakinləri şlaqbaumların qurulmasını Manvel Qriqoryanın növbəti təxribatı kimi dəyərləndirirlər. Sakinlər şəhərdə döyüşə hazırlıq atmosferinin yarandığı haqda danışırlar. Bütün bunlar qarşıdakı günlər ərzində Ermənistanda vəziyyətin daha da pisləşəcəyini göstərir.

 

İnqilabın küləyi Xankəndiyə çatdı

 

Baş verənlər Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində öz təsirini göstərir. Məlumatlara görə, burada da separatçı rejimə qarşı üsyana hazırlıq gedir. Qeyd olunur ki, “Arsax işığı” adlı hərəkatın üzvləri Vaan Badasyan, Qrişa Ayrapetyan, Artuq Xaçatryan, Nerses Oqanyanyan, Vaçik Zakaryan, Aşot Beklaryan, Qnel Ambartsumyan, Albert Ambartsumyan, Mhitar Asribabyan, Arnoldik Sarkisyan, Tiqran Qalfanyan, Vaçik Balasanyan, Suren Sarkisyan, Qor Ayrikyan, Serqey Amiryan və Mqer Petrosyan Qarabağdakı Bako Saakyan rejiminin əleyhinə bəyanatla çıxış ediblər.
Separatçı rejimin devrilməsinə çağırış edənlər bildiriblər ki, Ermənistanda hakimiyyət dəyişdi, Xankəndidə isə köhnə rejim davam edir. Onlar Bako Saakyanın devrilməsi üçün hərəkətə keçdiklərini bəyan ediblər.
Vaan Badasyan Saakyana çağırış edib ki, o, “hakimiyyəti” qansız-qadasız təhvil versin. Əks təqdirdə, güc yolu ilə onu devirəcəklər. Vaan Badasyan inqilabın küləyinin Xankəndiyə çatdığını deyib: “Qarabağ keçmiş rejimin əlindədir və inqilab artıq ora doğru yaxınlaşır. Qarabağdakı ermənilər qorxu içində yaşayır və onlar Xankəndidəki mövcud rejimdən azad olmaq istəyirlər. Qarabağda rejimin dəyişməsi hava-su kimi lazımdır. Əks təqdirdə, biz daha pis nəticələrlə üzləşə bilərik”.
Keçmiş kəşfiyyatçı “daha pis nəticələr” deyəndə nəyi nəzərə tutduğunu açıqlayıb.
O hesab edir ki, Xankəndidəki rejimin zülmü altında yaşayan ermənilər Yerevandan dəstək almasalar, başqa istiqamətə üz çevirə bilərlər: “Bəli, bu, Bakı ola bilər. Azərbaycan rəhbərliyinin Qarabağ siyasətində prioritet istiqamətlərdən biri də oradakı ermənilərin Ermənistandan üz çevirməsini təmin etməkdir. Çünki Azərbaycan dəfələrlə Qarabağdakı ermənilərin öz vətəndaşı olduğunu və münaqişə həll olunandan sonra onların orada rahat şəkildə yaşaya biləcəyini deyir. Bu, istər-istəməz zülm altında yaşayan insanları cəlb edir. Bütün bunları nəzərə alaraq, təcili şəkildə Qarabağdakı rejimi dəyişmək lazımdır”.

 

Küçələr bloklanıb, dövlət binaları mühasirəyə alınıb

 

Bu arada yayılan digər məlumata görə, artıq Dağlıq Qarabağ bölgəsində kütləvi dava baş verib. Dava Xankəndidə yaşayan ermənilərlə Yerevandan gələn Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları arasında olub. Kütləvi davada erməni casuslar yerli ermənilərə çoxsaylı xəsarətlər yetirib. Separatçı rejimin “polisləri” hadisəyə müdaxilə etməyib. Daha sonra davada iştirak edən sadə ermənilərdən 15 nəfər saxlanılıb.
Erməni mediası yazır ki, əslində, sadə ermənilər Yerevan tərəfindən yaradılmış qondarma rejimə etiraz edirlər. Xankəndidə Yerevandan gəlmiş Ermənistan Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə şəhərdə yaşayan ermənilər arasında baş verən kütləvi davadan sonra ermənilər qondarma rejimin “polis rəisi” və “təhlükəsizlik xidmətinin rəhbəri”nin istefasını tələb edirlər. Məlumatlara görə, küçələr bloklanıb, dövlət binaları mühasirəyə alınıb. Qondarma rejimin “rəhbərliyi” bəzi şəxsləri istefaya göndərməklə aranı sakitləşdirə bilib.
Lakin Ermənistan mediası tezliklə yeni toqquşmaların başlayacağını, əhalinin küçələrə çıxacağını yazır. Erməni siyasi şərhçi Sarkis Artsruni qeyd edir ki, Xankəndidəki rejim Yerevandakı köhnə rejimin uzantısıdır: “Heç kimə sirr deyil ki, Qarabağdakı rejim Ermənistanın əvvəlki hakimiyyəti tərəfindən idarə olunur. Yerevanda köhnə rejim dəyişdi, lakin eyni rejimin uzantıları Xankəndidə qalır. Əhalinin etirazının kökündə isə məişət zəminində baş verən hər hansı insident yox, daha dərin səbəblər var”. Onun sözlərinə görə, Qarabağda əhalinin çətin sosial vəziyyətdə yaşaması burada inqilabı tətikləyir.
Baş verənlər bu qənaətə gəlməyə əsas verir ki, proseslər həm Ermənistanda, həm də işğal olunmuş ərazilərdə daha xaotik vəziyyətin yaranmasına rəvac verəcək.

Elçin CƏFƏROV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!