İndoneziya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması planlaşdırılır
Avqustun 28-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla İndoneziya Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya ölkələri departamentinin direktoru Ferdi Niko Yohannes Piayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib.
Qonaqları ADU-da görməkdən məmnunluğunu bildirən rektor bildirib ki, universitetdə İndoneziya dili, ədəbiyyatı, mədəniyyəti və tarixi öyrədilir. ADU-da İndoneziya Araşdırmalar Mərkəzinin (İAM) fəaliyyət görtərdiyini vurğulayan K.Abdulla hər il bu ali təhsil ocağının on tələbəsinin indoneziyaşünaslıq ixtisası üzrə hazırlandığını söyləyib. O deyib: “Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu tələbələr İndoneziyanın mədəniyyətini, tarixini, ədəbiyyatını və dilini böyük həvəslə öyrənirlər”.
ADU-da İAM-ın fəaliyyət göstərməsi barədə məlumatlı olduğunu diqqətə çatdıran F.N.Y.Piay qurumun işini yüksək qiymətləndirib. Bildirilib ki, mərkəz iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Ölkələrimiz arasında təhsil sahəsindəki əməkdaşlıq əlaqələrindən danışan diplomat vurğulayıb ki, İndoneziyada da Azərbaycan dili və mədəniyyəti mərkəzi açıla bilər. K.Abdulla bildirib ki, ADU İndoneziyada məsləhət görülən universitetlərdən birində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaratmağa və həmin qurumu avadanlıqlarla təchiz etməyə, orada çalışmaq üçün professor göndərməyə hazırdır. Həmin mərkəzdə indoneziyalı tələbələr öz istəklərinə uyğun olaraq Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyətini öyrənə bilərlər. Rektor deyib: “İndoneziyada Azərbaycanı, Azərbaycanda isə İndoneziyanı tanıyan mütəxəssislər nə qədər çox olarsa, həm iqtisadi, həm də mədəni strukturlar bir-birinə daha çox yaxınlaşa bilər”.
Görüşdə iştirak edən İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fanani artıq İndoneziya tərəfinin Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması ilə bağlı məlumatlı olduğunu və konkret universitetin müəyyənləşdirildiyini söyləyib. O bildirib ki, paytaxt Cakartadakı İndoneziya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması ilə bağlı həmin təhsil ocağının rəhbərliyindən şifahi razılıq alınıb. Hazırda səfirlik həmin universitetdən rəsmi cavab gözləyir. Bu barədə məktub gələn kimi dərhal ADU-ya məlumat veriləcək.
Görüşdə, həmçinin ADU-dakı İAM-ın daha da genişləndirilməsi, multikulturalizmlə bağlı tədbirlərin keçirilməsi və bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qonaqlar İAM-da, eləcə də ADU-da fəaliyyət göstərən digər dil və mədəniyyət mərkəzlərində olublar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!