03 Avqust 2022 01:43
1119
İQTİSADİYYAT
A- A+
İndi Azərbaycan təkcə neft-qaz ölkəsi kimi tanınmır

İndi Azərbaycan təkcə neft-qaz ölkəsi kimi tanınmır

 

Ölkəmiz təkcə bu ilin 6 ayında 1,5 milyard dollarlıq qeyri-neft məhsulları ixrac edib

 

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən islahatlar öz müsbət nəticələrini verməkdə davam edir. Bu sektorda məhsul istehsalı və ixracın artım dinamikası belə qənaətə gəlməyə əsas verir. Üstəlik, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin cari ilin birinci yarısı üzrə "İxrac icmalı"nda açıqlanan rəqəmlərdən də bu, aydın görünür.

"İxrac icmalı"nın iyul sayında açıqlanan rəqəmlərə görə, cari ilin yanvar-iyun ayları ərzində ölkə üzrə ixracın dəyəri 18,5 milyard, o cümlədən qeyri-neft sektorunda 1,5 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac ötən illə müqayisədə 295,4 milyon dollar artıb.

İcmalda bildirilir ki, hesabat dövründə meyvə-tərəvəz məhsullarının ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artaraq 328,1 milyon dollara çatıb. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 5, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 26,1, pambıq lifi ixracı 12,8, pambıq iplik ixracı isə 5,2 faiz artıb. İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı 136,9 milyon dollarla birinci, tomat (pomidor) 126,9 milyon dollarla ikinci, karbamid 98,7 milyon dollarla üçüncü yerdə qərarlaşıb.

"İxrac İcmalı"na əsasən, cari ilin yanvar-iyun ayları ərzində Türkiyəyə 428,4 milyon, Rusiya Federasiyasına 382 milyon, Gürcüstana 88,2 milyon, İsveçrə Konfederasiyasına 84,6 milyon, ABŞ-a 57,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.

İyun ayı üzrə ixracın dəyəri isə  3,1 milyard dollar təşkil edib. Yayın ilk ayında qeyri-neft sektoru üzrə ixracda artım 5,8 faiz olmaqla, 269,6 milyon dollara çatıb. Həmin dövr yeyinti məhsulları üzrə ixracın dəyəri 6,6 faiz artaraq 119,6 milyon, qeyri-yeyinti məhsulları üzrə 5,1 faiz artaraq 149,9 milyon dollar olub.

İyun ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası birinci, Türkiyə ikinci və İsveçrə üçüncüdür. Həmin ay ixrac edilən qeyri-neft məhsullarının sırasında da meyvə və tərəvəz ixracı üstün olub.

"İxrac İcmalı" tərəfindən qeyri-neft sektoru üzrə cari ilin yanvar-iyun aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib. Qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "P-Aqro" MMC, "STP Alüminium" MMC, "Şimal AqroPark" MMC, "Rose Servis" MMC, "ZR-78 Company" MMC, "Almeyvə" MMC, "Mors Trading" MMC, "Aqrovest" MMC. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus  şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Sonrakı yerləri "Azəralüminium" MMC, "Socar Polymer" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "AzerGold" QSC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Azəripək" MMC, "Geofizika və Geologiya İdarəsi", Naxçıvan MR Dövlət Energetika Xidməti şirkətləri tutur.

İcmalda bildirilir ki, hesabat dövründə "Azərkosmos" tərəfindən dünyanın 34 ölkəsinə 13,1 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) göstərilib. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib. Cari ilin iyun ayında isə "Azərkosmos" dünyanın 32 ölkəsinə 2,3 milyon dollarlıq xidmət edib.

İlin birinci yarısında peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracında ilk beşlikdə 3,3 milyon dollarla Birləşmiş Krallıq, 2,8 milyon dollarla Fransa, 2,2 milyon dollarla Lüksemburq, 1,2 milyon dollarla BƏƏ və 0,7 milyon dollarla Pakistan qərarlaşıb.

"İxrac İcmalı"na görə, ilin birinci yarısında Azexport.az portalına 248,4 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub. Ötən ilin iyun ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 33,4 milyon dollara çatıb. Həmin ay portala edilən ixrac sifarişlərinin tərkibində tibbi zəli, tibbi tənzif, qara çay, pambıq yağı, boya, alkaqolsuz (energetik) içkilər, meyvə kompotu, sement (tikinti materialı), konservləşdirilmiş tomat, günəbaxan yağı və s. məhsullar üstünlük təşkil edib.  Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından cari ilin 30 iyun tarixinə kimi (66 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,08 milyard dollardır. Həmçinin "İxrac İcmalı"nda o da göstərilib ki, bu ilin iyul ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17,4 milyon dollar olub.

 

Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!