15 Fevral 2015 12:02
254
İQTİSADİYYAT
A- A+
“İmişlinin Qaravəlli kəndində suvarma sisteminin yenidən tikintisi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb

“İmişlinin Qaravəlli kəndində suvarma sisteminin yenidən tikintisi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb

 

Fevralın 13-də İmişli Rayon İcra Hakimiyyətində Yaponiya hökumətinin maliyyə dəstəyi ilə “İmişlinin Qaravəlli kəndində suvarma sisteminin yenidən tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib.

AzərTAc xəbər verir ki, Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçiriləcək layihənin imzalanma mərasimində Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev iştirak ediblər.

Layihənin əsas məqsədi kənd təsərrüfatı sahəsini bol su ilə təmin etməklə az funksional olan suvarma sisteminin yenidən inşa olunmasıdır.

Layihə kənd təsərrüfatı məhsullarının artmasına və layihə sahəsinin kifayət qədər içməli su ilə təmin olunmasına töhfə verəcəkdir.

Layihə üzrə qrant sazişini Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi və “Davamlı İnkişafa Doğru” İctimai Birliyin sədri Namiq Heydərov imzalayıblar.

İmzalanma mərasimində çıxış edən səfir Tsuquo Takahaşi və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bu cür layihələrin həyata keçirilməsini Yaponiya hökuməti ilə Azərbaycan dövləti arasında dostluq, mədəni və iqtisadi əlaqələrin daha da möhkəmlənməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, tikintinin su bolluğunun yaradılması və kənd təsərrüfatı məhsullarının artırılmasına verəcəyi səmərədən danışıblar. Mərasimdə qeyd olunub ki, indiyədək İmişli rayonunda bu layihə də daxil olmaqla 5 layihə üzrə qrant müqaviləsi imzalanıb.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!