18 Mart 2026 11:04
210
Mədəniyyət
A- A+
“İmadəddin Nəsimi. Mən bu cahana sığmazam" kitabının təqdimatı olub  

“İmadəddin Nəsimi. Mən bu cahana sığmazam" kitabının təqdimatı olub  

Heydər Əliyev Fondunun dəstəyi ilə üç dildə hazırlanan “İmadəddin Nəsimi. Mən bu cahana sığmazam” kitabının martın 17-də Bakı Kitab Mərkəzində təqdimatı keçirilib.

Layihənin rəhbəri Maya Dzirkvelişvilidir. Kitab, layihənin həmmüəllifi Taleh Ziyadovun təşəbbüsü ilə hazırlanıb. Nəşrin sponsorları Gürcüstanın "Wondernet Express Investment Group" şirkəti və Dimitri Abduşelişvilidir.

Üç dildə - Azərbaycan, ingilis və rus dillərində hazırlanan kitabın xüsusi bölməsində 47 il ömür sürmüş dahi şairin 47 seçilmiş əsərinə yer verilib. Bununla yanaşı, Nəsiminin həyat və şəxsiyyəti ilə bağlı aşkar edilmiş yeni faktlara, Nəsiminin türkdilli poetikası, o cümlədən Azərbaycan dilində poeziyanın inkişafına verdiyi töhfə, Nəsiminin təfəkkür düşüncələri və fəlsəfi baxışları, şairin istifadə etdiyi məxfi dil ("quş dili"), hürufilik cərəyanı, eləcə də Şirvanşahlar dövlətində elm və mədəniyyətin inkişafına dair məqalələr öz əksini tapıb. Kitabda, həmçinin Nəsiminin yaradıcılığında ən çox rast gəlinən xüsusi termin və isimlər də göstərilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində gürcüstanlı həmfikirləri adından çıxış edən Mamuka Murjikneli kitabın nəşrinin Azərbaycan xalqı və mədəniyyəti üçün böyük nailiyyət olduğunu qeyd edib: "Burada olmaq mənim üçün böyük şərəfdir. Bizim üçün böyük şans oldu ki, dostlarımız və həmkarlarımızla birlikdə işləməyə icazə aldıq".

Kitabın tərtibatında fəal iştirak etmiş, Nəsimi irsinin araşdırıcısı, yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin sözlərinə görə, son illərdə Azərbaycanın bütün ədəbi elmi təşkilatlarında klassik ədəbiyyatla bağlı çoxsaylı layihələr, tədbirlər həyata keçirilir ki, bu da bizim min illik tarixi olan ədəbi irsimizə böyük hörmət, diqqət və qayğının göstəricisidir: "Kitabın üç dildə nəşri bizi çox sevindirdi, həm də çox böyük çətinliklər yaratdı. Çünki Nəsimi irsi o qədər simvolik, o qədər rəmzlərlə, dərin fəlsəfi məsələlərlə zəngin olan xəzinədir ki, onu başqa dillərə çevirəndə necə alınacağı bizi çox düşündürdü. Ona görə məsləhətləşdik ki, həddən artıq qəliz məzmunlara getməyək ki, tərcüməçilər bu işin öhdəsindən gələ bilsinlər".

Filologiya üzrə fəlsəfə doktoru professor Səadət Şıxıyeva Nəsimi irsinə çox gözəl bir töhfənin hazırlandığını, ilk dəfə belə nəfis nəşrin şahidi olduğunu deyib: "Bu gün təqdim olunan kitab çox böyük əhəmiyyət daşıyır. İndiyə qədər Nəsimi haqqında olan kitablardan heç biri üç dildə, bu qədər böyük həcmdə, bu qədər nəfis şəkildə hazırlanmayıb. Həmin kitabın ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə, Heydər Əliyev Fonduna təşəkkür edirik".

Layihənin koordinatoru, tarixçi-alim Səbuhi Əhmədov Nəsimi irsinin təbliği ilə bağlı görülən işlərdən danışıb və bunların dahi şairin xatirəsinə layiqli bir töhfə olduğunu bildirib. Kitabın Nəsimi irsinə qayıtmaq üçün unikal bir fürsət olduğunu qeyd edən S.Əhmədov fikirlərinə belə davam edib: "Bu istiqamətdə işə başlayanda bir az tərəddüd etdik. Nəsiminin ədəbi irsi, fəlsəfi düşüncəsi o qədər zəngin idi ki, əvvəlki kitablardan fərqli bir iş ortaya çıxarmaq üçün çalışdıq. Bu layihə bizi Nəsiminin bioqrafiyası, xüsusilə Yaxın Şərqdə olan həyat və fəaliyyəti ilə bağlı yeni faktlarla tanış etdi. Kitabın tərtibatında gürcü dostlarımızın çox böyük rolu oldu. Ən yaxşı nəşriyyat, ən yaxşı dizayn qrupu, ən tanınmış tərcüməçilər bu işə cəlb olundu və ortaya gözəl bir iş çıxdı".

Tədbir bədii hissə ilə davam edib. Sonda kitablar qonaqlara paylanılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisində yağıntılı hava hökm sürür  

10:20
26 Mart

CNN: İran Xarq adasında müdafiəni gücləndirir

09:33
26 Mart

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır

09:21
26 Mart

Türkiyə və İranın XİN başçıları bölgədəki son prosesləri müzakirə ediblər  

23:48
25 Mart

UNESCO-nun hesabatı: Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib  

22:38
25 Mart

Fransız səyyah: Qarabağa və Naxçıvana səfər etmək məni çox sevindirir

21:26
25 Mart

Səudiyyə Ərəbistanı viza müddəti bitmiş və ölkədə qalan əcnəbilər üçün xüsusi güzəştlər tətbiq edib  

21:13
25 Mart

Azərbaycan mədəniyyəti Macarıstanda beynəlxalq auditoriyaya tanıdılıb  

20:59
25 Mart

Hindistanlı səyyah: Azərbaycanda çox yaxşı dostlar qazanmışam 

20:33
25 Mart

Şimali makedoniyalı səyyah: Qarabağa səfər mənim üçün həyəcanlı və yaddaqalan olacaq 

20:21
25 Mart

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!