24 May 2023 11:53
342
Elm və texnika
A- A+

İlon Mask yeni layihəyə start verdi


Dünyanın ən məşhur iş adamlarından biri olan İlon Mask "Herşey Tətbiqi" layihəsinin icrası üçün işçi elanı verib.
"Twitter", "Tesla" və "SpaceX" şirkətlərinin sahibi İlon Mask yeni layihəsi ilə gündəmə gəlib. İlon Mask yalnız Çində istifadə edilən "WeChat"a bənzər proqram yaratmaq üçün uzun müddətdir sözügedən planını işə salıb. "Everything App" adlı proqram üçün işə başlayan Mask yeni layihəsini "Twitter"də həyata keçirəcək. Layihə istifadəçilərin bütün işlərini tək bir tətbiq vasitəsilə idarə etmələrinə imkan verəcək. Milyonlarla insanın istifadə etdiyi "WeChat" tətbiqinə rəqib olacaq "Everything App" ilə istifadəçilər taksi çağırmaq, ərzaq alış-verişi etmək və dostlarına mesaj göndərmək kimi bir çox xidmətlərdən yararlana biləcəklər. Tətbiqin nə vaxt buraxılacağı barədə hələlik məlumat yoxdur.


Səbuhi Bayramov,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video