13 Mart 2022 00:36
1389
Elm və texnika
A- A+
İlk ruhi xəstəxana

İlk ruhi xəstəxana

 

Psixoloji baxımdan yardıma ehtiyacı olanların kütlə arasında nəzarətsiz yaşaması, habelə diqqətdən, müalicədən kənar qalması xırda ailə münaqişələrindən böyük faciələrə qədər gətirib çıxarırdı. Buna görə ruhi xəstəxanalar belə insanların güman yerinə çevrildi.

Ruhi xəstəxanaların tarixi ərəb xilafəti ilə bağlıdır. Belə ki, ilk ruhi xəstəxana tipli mərkəz 705-ci ildə Bağdad şəhərində açılıb.

VI Əməvi xəlifəsi I Vəlidin əmri ilə yaradılan və dünya tarixində ilk belə mərkəz olan məkan ruhi-psixoloji xəstəliklərdən əziyyət çəkən şəxslərin bir yerə toplanması və saxlanılması üçün nəzərdə tutulmuşdu. Növbəti ruhi xəstəxana da Şərqdə yaradılıb. Bu, 800-cü ildə Qahirə şəhərində açılan xəstəxana idi. 1270-ci ildə Dəməşq şəhərində isə ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin vəziyyətlərinin öyrənilməsi məqsədilə ilk institutun əsası qoyulub. Dəməşqdəki xəstəxana əvvəlkilərə nisbətən daha böyük və geniş imkanlara sahib idi. Şərq alimləri ruhi xəstələrin meditasiya, musiqi terapiyası və dərmanlarla sağala biləcəyinə inanırdılar. Bu məqsədlə institutda təcrübələr aparılırdı.

Qərb aləmində isə bu cür xəstəxanalar daha sonrakı dövrlərə təsadüf edir. Avropada ilk ruhi xəstəxanaların yaradılmasına XV əsrdə rast gəlinib. 1642-ci ildə Paris yaxınlığında Filip Pinelin rəhbərliyi altında açılmış “Bisetre” xəstəxanası Avropada ilk peşəkar psixoloji mərkəz sayılır. Burada yaradılan mərkəzlərin əsas fərqliliyi qapalı şəkildə fəaliyyət göstərmələri idi. Xəstəxanalara kənar şəxslərin daxil olması, xəstələrin nəzarətsiz bayıra çıxmaları qadağan edilmişdi.

İlk ictimai xəstəxana isə 1812-ci ildə Böyük Britaniyada fəaliyyətə başlayıb. Psixi pozğunluğu olan insanlara humanist himayədarlığı ilə seçilən Vilyam Tuke həmin xəstəxanada bir çox təcrübə apararaq yeni nəzəriyyələr hazırlayırdı. 1845-ci ildə İngiltərədə psixi sağlamlıqla bağlı qəbul edilən qanuna görə hər bölgədə sığınacaqlar yaradıldı. Bundan əlavə, dövlət orqanları müntəzəm yoxlamalar keçirməli, sığınacaqlarda terapiyalar həkimlər tərəfindən müəyyənləşdirilən xüsusi qaydalarla aparılmalı idi.

İlk ruhi dispanserlərdə xəstələrlə bəzən çox qəddar formada davranışlar sərgilənirdi. Bu sahə tam araşdırılmadığından və inkişafı nisbətən ləng getdiyindən məhdudlaşdırmalar lazım olandan daha sərt tətbiq edilirdi. XIX əsrin əvvəllərində İngiltərədə ruhi xəstəxanalarda yerləşdirilən bir neçə min xəstə var idisə, bir əsr sonra bu rəqəm təxminən 100.000-ə yüksəldi. Bu artım daha sonra psixiatriya ixtisasının inkişafına və şaxələnməsinə gətirib çıxardı.

XX əsrin ortalarından sonra demək olar ki, bütün dünya ölkələrində psixoloji dispanserlər fəaliyyət göstərirdi.

Ruhi xəstəxanaların fəaliyyəti cəmiyyət üçün çox əhəmiyyətli oldu. Belə xəstələrin düzgün müalicə olunması, müvafiq yerlərdə nəzarət altında seanslar keçməsi vacib idi. Nəzərə almaq lazımdır ki, ciddi psixi pozuntulu şəxslərin müalicədən kənar qalması böyük fəsadlara gətirib çıxara bilər.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!