06 Avqust 2025 08:00
2267
İQTİSADİYYAT
A- A+
İlham Əliyevin "Şahdəniz" layihələri davam edir

İlham Əliyevin "Şahdəniz" layihələri davam edir


"Şahdəniz Alfa", "Şahdəniz Bravo" və tikiləcək daha bir platforma 


Azərbaycan qazını alan ölkələrin sayı getdikcə artır. İxracın artırılması isə ilk növbədə hasilatın çoxalmasından asılıdır. Hazırda 14 ölkəyə mavi yanacaq göndərən Azərbaycanın qaz ixracı mənbəyi "Şahdəniz"dir.

"Şahdəniz" son onilliklər dünyada kəşf olunmuş ən böyük və perspektivli karbohidrogen yataqlarından biridir. Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan qaz 2006-cı ildən CQBK (Cənubi Qafqaz Boru Kəməri) vasitəsilə Gürcüstana, 2007-ci ildən BTƏ (Bakı-Tbilisi-Ərzurum) kəməri ilə Türkiyəyə nəql edilir. Elə buradaca xatırladaq ki, CQBK Azərbaycanın və Gürcüstanın ərazisi boyu uzanır. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya qoşulan əlavə hissə Ərzurumadək uzanır və Səngəçaldan başlanan bu xətt bütövlükdə BTƏ kəməri adlanır.

 "Şahdəniz-2"dən əldə olunan mavi yanacaq isə 2018-ci ilin ortalarından "Cənub qaz dəhlizi"nə vurulur. Türkiyə "Şahdəniz" qazını TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) məhz həmin vaxtdan alır. Avropaya qaz ixracı TAP-la (Trans-Adriatik Qaz Boru Kəməri) 2020-ci ilin son günündən başlanıb. 

"Şahdəniz" yatağı Xəzərin dərinsulu şelfində, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50 metrdən 600 metrədək dəyişdiyi ərazidə yerləşir. Bu nəhəng yatağın sahəsi 140 kvadratkilometrdən çoxdur.

 "Şahdəniz" 1999-cu ildə kəşf olunub. Yataq üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1996-cı il iyunun 4-də Bakıda SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və xarici şirkətlərin konsorsiumu arasında imzalanıb. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin il oktyabrın 17-də qüvvəyə minib. "Şahdəniz-1"dən qaz "Şahdəniz Alfa", "Şahdəniz-2"dən isə "Şahdəniz Bravo" platformaları vasitəsilə çıxarılır. Təsadüfi deyil ki, bu qurğuları "Şahdəniz"in qoşa qanadı adlandırırlar. Bir sözlə, "Şahdəniz" Azərbaycanı dünyada qaz ixrac edən ölkə kimi tanıdan, "Cənub qaz dəhlizi"nin ehtiyat mənbəyi olan yataqdır.

Bu yatağın kəşf olunmasında o zaman SOCAR-ın birinci vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyevin böyük səyi və zəhməti olub. "Şahdəniz" qazını uzaq ünvanlara daşıyaraq Avropanın enerji xəritəsini dəyişən "Cənub qaz dəhlizi" kimi möhtəşəm bir layihə də məhz Prezident İlham Əliyevin təşəbbüsü və liderliyi ilə, yaratdığı möhkəm beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq sayəsində gerçəkləşib. 

"Şahdəniz"də iştirak payları belədir: BP (operator - 29,99 operator), LUKOYL (19,99 faiz), TPAO (19 faiz), "Cənub qaz dəhlizi" (16,02 faiz), NİKO (10 faiz), MVM (5faiz). Yataqdan Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC-yə), Türkiyə (BOTAŞ-a) bazarlarına, çoxsaylı obyektlər üçün Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə və Avropadakı alıcılara qaz çatdırılması davam edir.

BP-nin məlumatına görə, ilin ilk üç ayında yataqdan ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və təxminən 1 milyon ton (təqribən 8 milyon barel) kondensat hasil olunub. Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 76,4 milyon (ildə təqribən 27,9 milyard) standart kubmetrdir.

İlkin hasilat başlayandan indiyədək "Şahdəniz" yatağından təxminən 243 milyard kubmetr qaz və 50 milyon ton kondensat çıxarılıb. 2024-cü ildə yataqdan təxminən 28 milyard kubmetr qaz və 4 milyon tondan artıq (təxminən 35 milyon barel) kondensat əldə edilib.

Bütün bunlar "Şahdəniz"in töhfələrinin hələ hamısı deyil. Mütəxəssislər vaxtaşırı belə bir fikir də səsləndirirdilər ki, layihənin növbəti mərhələsinin də olacağı mümkündür. Budur, cari il iyunun əvvəlində Bakı Enerji Həftəsi çərçivəsində "Şahdəniz" konsorsiumu yatağın işlənməsində növbəti mərhələ - "Şahdəniz Kompressiya" (ŞDK) layihəsi üçün yekun investisiya qərarını elan etdi. Bu, əvvəlki iki mərhələnin davamıdır.

2,9 milyard dollar dəyərində olan ŞDK layihəsində məqsəd "Şahdəniz"dəki aşağıtəzyiqli qaz ehtiyatlarının hasilatını təmin etmək və beləliklə, yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz , 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir. 

Vurğulayaq ki, layihə çərçivəsində yeni kompressiya obyektinin - elektriklə işləyən, heyətsiz kompressiya platformasının inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud "Şahdəniz Bravo" platformasından təxminən 3 kilometrlik məsafədə quraşdırılacaq. Üzərində dörd ədəd 11 meqavatlıq kompressor yerləşəcək ŞDK platforması həm "Şahdəniz Alfa", həm də "Şahdəniz Bravo" platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq.

Layihə həmçinin "Şahdəniz" müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri də əhatə edir. Bunlara mövcud iki platformanın qaz ixrac xətlərinə birləşən yataqdaxili sualtı qaz boru kəmərləri, yeni platformanı enerji ilə təchiz etmək üçün terminaldan çəkilən birləşdirilmiş elektrik və fiber-optik kabel xətti, "Şahdəniz Bravo"dan "Şahdəniz Kompressiya"ya birləşdirici ehtiyat elektrik və fiber-optik kabel xətti daxildir. Bundan əlavə, layihə çərçivəsində əvvəlki iki platforma və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işlər də görüləcək.

Tikinti işlərinin bu ilin sonlarında başlanması planlaşdırılır və 2029-cu ildə yekunlaşması gözlənilir. Yeni platformanın həmin il "Şahdəniz Alfa"dan, 2030-cu ildə isə "Şahdəniz Bravo"dan alınan qaz həcmlərini kompressiya üçün qəbul etməyə hazır olacağı nəzərdə tutulur. Tikinti işləri ölkə daxilində yerli resurslardan istifadə etməklə həyata keçiriləcək və 4000-ə qədər iş yeri yaradacaq. 


 Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib  

00:36
12 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb 

23:25
11 Avqust

Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük  

23:23
11 Avqust

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir  

23:17
11 Avqust

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

23:15
11 Avqust

Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır  

23:13
11 Avqust

Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik

23:10
11 Avqust

Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək

23:07
11 Avqust

Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

23:05
11 Avqust

Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır  

23:03
11 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub  

23:00
11 Avqust

Prezident: Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır  

22:58
11 Avqust

Lənkəranda açıq sahədə yanğın başlayıb  

22:55
11 Avqust

Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir  

22:53
11 Avqust

Azərbaycan Prezidenti: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir  

22:50
11 Avqust

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir  

22:48
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib 

22:45
11 Avqust

Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub  

22:43
11 Avqust

Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb  

22:41
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub VİDEO  

22:39
11 Avqust

Prezident İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub  

21:44
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!