25 May 2025 08:00
2329
SİYASƏT
A- A+
İlham Əliyevin praqmatik siyasəti

İlham Əliyevin praqmatik siyasəti


Azərbaycanı beynəlxalq nəqliyyat sahəsində də ön sıraya çıxarıb


Bir neçə gün öncə Almaniyanın Leypsiq şəhərində "Beynəlxalq Nəqliyyat Forumu 2025" Sammiti keçirilib. Sammitdə Azərbaycan da daxil olmaqla 80-dən artıq ölkədən 1200-dən çox nümayəndə iştirak edib. "Qlobal şoklara qarşı nəqliyyatın davamlılığı" mövzusuna həsr olunmuş tədbirdə iştirakçılar təbii fəlakətlər, pandemiyalar, kibertəhlükələr və geosiyasi böhranlar kimi pozucu amillərin yaratdığı çətinliklər fonunda nəqliyyat sistemlərinin dayanıqlılığının təmin olunması yollarını müzakirə ediblər.

Qeyd edək ki, 17 oktyabr 1953-cü ildə Brüsseldə yaradılan Beynəlxalq Nəqliyyat Forumu (BNF) nəqliyyat siyasəti sahəsində fəaliyyət göstərən hökumətlərarası beynəlxalq təşkilatdır. 53 il Avropa Nəqliyyat Nazirləri Konfransı (ƏNNK) adı ilə fəaliyyət göstərən təsisat 2006-cı ildə Dublin Bəyannaməsi əsasında qlobal bir təşkilata çevrilib və adını Beynəlxalq Nəqliyyat Forumu (BNF)  olaraq dəyişdirib. Bu dəyişiklik təşkilatın fəaliyyətini yalnız Avropa ilə məhdudlaşdırmaqdan çıxararaq, bütün nəqliyyat növlərini əhatə edən qlobal bir platformaya çevrilməsini təmin edib. BNF indi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) çərçivəsində üzv ölkələrin nəqliyyat siyasətinin formalaşmasında beynəlxalq əməkdaşlıq platforması kimi fəaliyyət göstərir. 

Forumun əsas məqsədi davamlı  olaraq təhlükəsiz, effektiv, inklüziv nəqliyyat siyasətinin formalaşdırılmasını, həmçinin də təşviqini, üzv ölkələr arasında nəqliyyatla bağlı təcrübə və məlumat mübadiləsini dəstəkləməkdir. BNF-nin qarşıya qoyduğu məqsədlərdən biri də qlobal səviyyədə nəqliyyatın iqtisadi, sosial və ekoloji aspektlərini təhlil edən araşdırmalar aparmaqdır. Azərbaycan tamhüquqlu üzv olaraq 2008-ci ildən bəri qurumda iştirak edir. Bununla da ölkəmiz nəqliyyat sahəsində beynəlxalq trendləri izləmək, regional layihələrini tanıtmaq və siyasət dialoquna qoşulmaq imkanı qazanıb. BNF hər il Leypsiqdə illik sammit həyata keçirir. Bu tədbir dünya üzrə nəqliyyat nazirləri, sənaye nümayəndələri, akademiklər və vətəndaş cəmiyyəti arasında fikir mübadiləsi aparmaq üçün beynəlxalq platforma kimi diqqət çəkir. 

Ötən ilin mayında "Yaşıl Nəqliyyat: Böhran zamanlarında fokusun saxlanması" mövzusunda keçirilən sammitdə nəqliyyat sektorunun ekoloji davamlılıqda rolu və iqlim, sağlamlıq,  geosiyasi böhranların bu kontekstdəki təsirləri müzakirə olunub. Təmiz və avtomatlaşdırılmış nəqliyyat vasitələrinin, eləcə də rəqəmsal innovasiyaların, "yaşıl nəqliyyat" sektorunun rolu da tədbirin gündəliyində yer alıb. Sammitdə xüsusilə  nəqliyyat sektorunda karbon qazı emissiyalarının azaldılması üçün təcili tədbirlərin görülməsi vurğulanıb.

Yeri gəlmişkən onu da xatırladaq ki,  BNF-nin rəhbərliyi hər il rotasiya  əsasında (beynəlxalq təşkilatlarda rəhbərliyin növbə ilə müxtəlif üzvlər arasında dəyişməsi) bir ölkəyə həvalə olunur. "Beynəlxalq Nəqliyyat Forumu 2024"ün prezidenti Litva, birinci vitse-prezidenti Çili, ikinci vitse-prezidenti isə Azərbaycan olub. Azərbaycan bu sammitdə ikinci vitse-prezident olaraq ilk milli pavilyonunu təqdim edib. Burada ölkəmizin nəqliyyat sektorunda həyata keçirilən "yaşıl enerji" və Bakı şəhərinin "rəqəmsal ikili" layihələri, eləcə də mikro-mobilitet təşəbbüsləri sərgilənib.

Növbəti "Beynəlxalq Nəqliyyat Forumu 2025"də  Azərbaycanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. O, Nəqliyyat Nazirləri Şurasının iclasında çıxış edərək Azərbaycanın qlobal şoklara davamlı nəqliyyat sistemlərinin yaradılması istiqamətində atdığı addımları təqdim edib. O, şəhər infrastrukturunda rəqəmsallaşma, o cümlədən tətbiq olunan "Rəqəmsal əkiz" layihəsi, eləcə də "yaşıl nəqliyyat" sistemlərinin inkişafı üzrə görülən işlər barədə məlumat verib. Məlumat üçün bildirək ki, "rəqəmsal əkiz" real dünyada mövcud olan bir obyektin, sistemin və ya prosesin virtual  modelidir. Layihə çərçivəsində həmin obyektin rəqəmsal əkizi yaradılır və bu model vasitəsilə onun fəaliyyəti izlənilir, analiz olunur və simulyasiya edilir. Sadə dillə desək, bu, bir obyektin və ya prosesin kompüterdəki canlanmış versiyasıdır.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev hələ illər öncə demişdir ki, Azərbaycan artıq dünya miqyasında öz coğrafi mövqeyindən istifadə edərək beynəlxalq nəqliyyat mərkəzinə çevrilmişdir. Ölkə Asiya və Avropa arasında mühüm nəqliyyat dəhlizlərinin bir hissəsi olmaqla, beynəlxalq ticarət və nəqliyyat əlaqələrində mühüm rol oynayır. Bu məqsədlə Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlamışdır. Həmin layihələr arasında Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi mühüm infrastruktur obyektləri yer alır. 

Məhz bu uğurlar deməyə əsas verir ki, dövlət başçısının rəhbərliyi ilə nəqliyyatın bütün sahələrində uğur əldə edən ölkəmizin BNF-də  təmsil olunmağa tam haqqı var. Qurumuyn  bu ilki sammitində  2025-2026-cı illər üzrə prezidentlik  Çilidən Azərbaycana təhvil verilib. Azərbaycan həmin vəzifəyə 2023-cü ildə üzv dövlətlərin yekdil qərarı ilə seçilib və ilk dəfə olaraq prezidentlik missiyasını üzərinə götürüb. Bu, ölkənin gələcək nəqliyyat strategiyasını qlobal səviyyədə formalaşdırmaq baxımından Azərbaycan üçün bir fürsətdir. BNF-yə rəhbərlik etməsi ölkəmizin beynəlxalq nəqliyyat siyasətindəki rolunun və nüfuzunun artdığını göstərir. Bu, həm də Azərbaycanın regional və qlobal logistik mərkəzə çevrilmək iddiasını gücləndirir. "Azərbaycan üçün bu prezidentlik yalnız bir vəzifə deyil, daha innovativ, "yaşıl" və daha əlaqəli nəqliyyat sistemlərinin təşviqi istiqamətində geniş səylərimizin davamıdır. Biz bilirik ki, nəqliyyat təkcə infrastruktur deyil, iqtisadi inkişaf, regional əməkdaşlıq və sosial inklüziya üçün bir vasitədir", - deyə Rəhman Hümmətov nazirlərin sammit çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Bu gün dünyada nəqliyyat sadəcə hərəkət vasitəsi deyil, iqtisadi artım, ətraf mühit və cəmiyyətin gələcəyi üçün həlledici amildir. Beynəlxalq Nəqliyyat Forumu bu həqiqətlərin müzakirə edildiyi qlobal tribunadır. Ölkəmizi bu tribunada ön sıraya keçməsi həm də daxili siyasətdə nəqliyyata yeni baxış tələb edir. Bu rəhbərlik sadəcə formal bir uğur deyil, Azərbaycanın artıq qlobal nəqliyyat siyasətində söz sahibi olmağa başladığını göstərən addımdır. Qarşıdakı illər Azərbaycanın bu fürsətdən necə yararlanacağını göstərəcək. Prezidentlik statusu əsas verəcək ki, "yaşıl texnologiya"lara  sürətli keçid, regional dəhlizlərin inkişafı məhz bu liderliyin hədəfində olsun.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!