Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Dünyada elə şəhərlər var ki, onların gözəlliyi haqqında çox oxuyur, çox eşidirik. Eşitdikcə də ürəyimizdən keçir ki, gedib o gözəllikləri yaxından görək. Amma bəzən ömrümüz boyu o şəhərlərə həsrət qalırıq...
İllərdən bəri həsrətini çəkdiyimiz, onu görmək arzusu ilə yaşadığımız gözəl məkanlardan biri də Xocalı idi. Təəssüflər olsun ki, bu şəhər yaddaşlarda həm qədim yaşayış məskəni, həm də sakinlərinin soyuq bir qış gecəsində erməni qəsbkarları tərəfindən dağlarda, meşələrdə güllələnməsi ilə qalmışdı. Xocalı haqqında deyilən, yazılan qan qoxulu ifadələrdən tüklərimiz biz-biz olurdu. Azərbaycanın bu gözəl diyarında törətdikləri faciəyə, qanlı əməllərə görə erməni separatçılarına nifrətlər yağdırırdıq.
30 ildən çox idi ki, ürəyimizdən həm gedib Xocalının gözəlliyini görmək, həm də günahsız insanların öldürüldüyü yerləri ziyarət etmək keçirdi. Amma ermənilər sakinlərini vəhşicəsinə qətlə yetirdikləri Xocalı şəhərini 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal etmişdilər. Bir gecənin içində onlarca sakininin qanı töküldüyü şəhər düşmən əlinə keçmiş, yağmalanmış və dağıdılmışdı. Xocalı işğal altında inildəsə də, yolları bağlı olsa da, bu doğma şəhərimizi görmək arzusu həmişə ürəyimizdə əbədi məşəl kimi yanırdı. Ümid edirdik ki, Xocalıya gedən yollar açılacaq. Həmin xoşbəxt gün mütləq həyatımıza qədəm qoyacaq...
Gerçəkləşən xəyallar, çəkilən geniş yollar
19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda erməni separatçılarına qarşı həyata keçirdiyi uğurlu antiterror tədbirlərindən sonra Xocalıya gedən yollar açıldı. 31 ildən sonra Azərbaycan Ordusunun cəsur zabit və əsgərləri qəhrəmanlıqları ilə xəyalları gerçəkləşdirdi.
Biz də bunun sevincini yaşaya-yaşaya Xocalıya gedirik. Gedirik ki, bu şəhərin gözəlliyinə baxaq, köçkünlük həyatına "əlvida" deyib doğma ocaqlarına qayıtmış sakinlərlə görüşüb söhbət edək. 32 ildən sonra ata-baba yurdunun işığına yığışmış insanların sevincinə sevinc qataq.
...Günəş qızarmış üfüqdən Yer üzünə boylanmağa hazırlaşır. Xocalıya tez çatmaq üçün yuxudan erkən oyanmışıq. Ağdam keçid məntəqəsinin qarşısında xeyli maşın dayanıb. Bizim kimi hamı Qarabağı - Əsgəranı, Xocalını, Xankəndini, Şuşanı və başqa gözəl məkanları görməyə tələsir. Sənədlərin yoxlanışından sonra yolumuza davam edirik. Ağdamın mərkəzinə doğru uzanan yeni çəkilmiş geniş yol bizi doğması kimi qoynuna alır. Əvvəllər bu yerlər nə vaxtsa döşənmiş asfaltdan adda-budda "yadigar" qalmış çala-çökək yol idi. İndi yolun əvvəlki görkəmindən heç bir əsər-əlamət qalmayıb. Qısa müddət ərzində çox geniş və rahat yol salınıb.
Üzü Xocalıya getdiyimiz yoldan Ağdam şəhərində aparılan quruculuq işləri aydın görünür. Gördüklərimizdən ürəyimiz açılır. Yeni kəndlər salınır, evlər tikilir. Təzə salınan kənd və qəsəbələri birləşdirəcək yeni yollar çəkilir. Üst-üstə qoyulan hər daş, çəkilən hər metr yol Ağdamın gözəlliyinə gözəllik qatır, sabahına işıq salır. Uzun müddət rayonun ərazisini işğalda saxlayan qəsbkarlar kəndləri viran qoyublar, evləri dağıdıblar. Bu dəhşətli mənzərə gözlərimizi yaşardır, ovqatımızı korlayır. Bütün bu ürəkdağlayan mənzərələr düşmənə olan nifrətimizi ikiqat, üçqat artırır. Şükürlər olsun ki, ermənilərin vəhşicəsinə dağıtdıqları evlərin yerindən təzələri boy verir. Bu qəlboxşayan mənzərələr ürəyimizdə dolaşan kədəri qovub bizdən uzaqlaşdırır. Qarabağın işıqlı sabahlarına fokuslanmış gözəl fikirlər ovqatımıza rəng çalarları qatır. Ümid edirik ki, növbəti gəlişlərimizdə yeni salınan kəndlərə doğma sakinlərin köçdüyünü görəcəyik.
Şəhidlərin ruhu da sakitlik tapmışdı
Yollar bizi irəli apardıqca yeni salınan, yeni tikilən Ağdam rayonu yavaş-yavaş arxada qalır. Şəhidlər xiyabanının yaxınlığından keçirik. Xiyabanda xeyli ziyarətçi gözə dəyir. Rayon işğalda qaldığı illərdə erməni separatçıları xiyabandakı bütün məzarların başdaşlarını sındırmış, qəbirləri təhqir edib tanınmaz hala salmışdılar. Ağdam işğaldan azad olunandan sonra rayon sakinləri yavaş-yavaş əzizlərinin məzarını düzəltməyə başlayıblar. Bəzi məzarların üstündə şəhidlərin böyüdülmüş şəkillərini gördük. Doğmalarının, əzizlərinin ziyarətindən şəhidlərin ruhu sakitlik tapmışdı.
Qarabağın dərinliklərinə, gözəlliklərinə doğru uzanan yollar yavaş-yavaş bizi Əsgəran qəsəbəsinə yaxınlaşdırır. Qəsəbə bizi əsən sərin mehi və sükutu ilə qarşılayır. Yolumuzun üstündəki tarixə şahidlik edən Əsgəran qalasının yanında xeyli maşın dayanıb. Qarabağa gələnlərin ziyarəti bu qədim qaladan keçir. Qalanın üstünə xeyli ziyarətçi yığışıb. Əsrlərə şahidlik edən Əsgəran qalası bu gün də gözəlliyi və bənzərsizliyi ilə insanları heyran qoymaqdadır. Bu səhnəni görəndə yadımıza qədim el bayatısının bu misraları düşür: "...Tikmədim özüm qalam, Tikdim ki, izim qala". Qalanı tikənlərin özləri qalmasa da, daşlarında, gözəlliyində onu inşa edənlərin pozulmayan izləri qalıb.
Qəsəbənin küçələrində sakitlikdir. Adamlar gözə çox dəymir. Mağaza və dövlət idarələrinin qarşısına vurulmuş lövhələr diqqətimizi cəlb edir. Binaların ən yüksək nöqtəsində üçrəngli bayrağımız dalğalanır. Çox qürurverici mənzərədir. Artıq bir zamanlar bu binaların üstündən asılmış xunta rejiminin əski parçasına bənzəyən bayrağı gözə dəymir. Bu gün onların hamısı ayaqlar altında tapdalanır. Qəsəbə təmizləndikcə Əsgəran daha da gözəlləşir, daha da abad görünür. Bir çox dövlət idarəsi yavaş-yavaş işə düşür. Erməni separatçıları antiterror əməliyyatı zamanı qəsəbəni könüllü şəkildə, özü də tez bir zamanda tərk etdiklərinə görə evləri, binaları yandırmağa vaxt tapa bilməyiblər. Buna görə də tikililər salamat qalıb.
"Gözün aydın, Vətən, biz qayıtdıq!"
Əsgəran qəsəbəsindəki məktəb binasının qarşısında təmizlik işləri aparan gənc bir oğlanla tanış olduq. Söhbət zamanı öyrəndik ki, Baxşeyiş Rüstəmov əslən Laçın rayonundandır. Hərbi xidmətdən yenicə qayıdıb. Hazırda qəsəbədə bərpa işləri aparan şirkətlərdən birində çalışır. B.Rüstəmov deyir: "Qarabağı görmək çoxdankı arzum idi. Ona görə də əlimə düşmüş fürsəti buraxmadım. Xeyli müddətdir ki, Əsgəranda işləyirəm. Xocalını, Xankəndini, Şuşanı və başqa kənd və qəsəbələri də gedib gəzmişəm. Qarabağ təsvir edildiyindən, yazıldığından da gözəldir. Qarabağın bərpasında iştirak etməkdən qürur duyuram. Sevinirəm ki, cüzi də olsa, bu işdə mənim də payım var".
Qarabağda özünü doğma evindəki kimi hiss edən Baxşeyiş Rüstəmovla söhbətimizi yekunlaşdırıb Xocalıya tələsirik. Ümid edirik ki, gələn dəfə Əsgəranın küçələrindən keçəndə Baxşeyişin həyətində təmizlik işləri apardığı məktəbdə şagirdlərin şən hay-küyü eşidiləcək. Qəsəbə əvvəlki çağlarına qayıdacaq, o günləri təzədən yaşayacaq. Əsgəran ulu və şərəf dolu keçmişinə qovuşacaq.
Uzaqdan yolun qırağındakı lövhədə böyük hərflərlə yazılmış "Xocalı" sözünü görürük. Şəhərin adını oxuyanda kövrək hisslər keçirərək duyğulanırıq. Deyirlər ki, Xocalıya dönən sakinlər bu lövhənin qarşısında bir anlıq ayaq saxlayıb bütün varlıqları ilə "Gözün aydın, Vətən, biz qayıtdıq!" hayqırırlar. Çəkdiyi ağrı-acılara, qan-qadaya görə Xocalı həmişə bizə yaralanmış körpəni xatırladır. Şükürlər olsun ki, bu "körpə"nin yaraları yavaş-yavaş sağalır.
Lövhənin yanına çatanda maşından düşürük. Bu da illərdən bəri həsrətini çəkdiyimiz Xocalı torpağı!
Bu da 1992-ci ilin soyuq bir qış gecəsində sakinləri qarlı, çovğunlu meşələrdə qaniçən ermənilər tərəfindən güllələnən Xocalı şəhəri!
O Xocalı ki, ermənilər sinəsində iyirminci əsrin ən böyük, ən dəhşətli soyqırımını törədiblər. O Xocalı ki, günahsız, silahsız dinc adamların qanı tökülən şəhər kimi adı dünya ölkələrinin parlamentlərində, muzeylərində dolaşmaqdadır. Bir çox ölkə ədalətli mövqe nümayiş etdirərək Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Az da olsa, haqq-ədalət öz yerini tapıb.
Bir zamanlar həsrətini çəkdiyimiz şəhərin küçələri ilə addımlaya-addımlaya doğma ocaqlarına qayıtmış keçmiş məcburi köçkünlərlə söhbət edir, onların sevincinə qoşuluruq. İlk həmsöhbətimiz olan Zeynəb Sadıqova deyir ki, 1992-ci il fevral ayının əvvəllərində şəhərdə vəziyyət çox gərginləşdi. Artıq Ağdama gedən yol bağlanmışdı. Ümid ancaq vertolyota qalmışdı. Övladlarımdan çox nigaran idim. İstəyirdim ki, hansı yolla olursa-olsun, onları şəhərdən çıxardım. Belə bir imkan fevral ayının 13-də yarandı. Həmin gün Xocalıdan vertolyot uçurdu. Böyük çətinliklə övladlarımla birlikdə ata-baba yurdumdan çıxdım. Amma əzizlərimin çoxu Xocalıda qaldı. Yoldaşım Mahir də şəhəri ermənilərdən qoruyan oğullarla çiyin-çiyinə vuruşurdu. Fevral ayının 25-dən 26-na keçən gecə ermənilər Xocalıya hücum edəndə yaxın qohumlarımı, əzizlərimi itirdim. Onları ermənilər Kətil dağının qarlı meşələrində qanlarına qəltan etdilər.
32 ilə yaxın nisgillə dolu həyat yaşadıq. Amma bir gün, bir an olsa belə Xocalını unutmadıq. Doğma ocaqların həsrətini çəkə-çəkə geri dönəcəyimiz günü gözlədik. 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində Xocalı da işğaldan azad olundu. Bu xəbəri eşidəndə sevincimdən hönkür-hönkür ağladım. Doğma şəhərimiz erməni separatçılarından təmizlənmişdi, intizara son qoyulmuşdu. 32 illik həsrətdən sonra Xocalını görmək üçün burnumun ucu göynəyirdi. Axır ki, həmin günü görmək, onun sevincini yaşamaq mənə nəsib oldu.
28 may 2024-cü ildə qoynunda doğulub böyüdüyüm Xocalıya qayıtdım. Doğma ocaqlarımızın torpağından, daşından öpdüm. İndi özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm. İşğal dövründə ermənilər şəhərimizi dağıtmaqla, uçurmaqla məşğul olublar. Biz yavaş-yavaş Xocalını qurub-yaradacaq, onu daha da gözəlləşdirə-gözəlləşdirə düşmənə gözdağı verəcəyik.
Əzəmətli Xocalı dağları
- İnsan həyatında əlamətdar günlər çox olur. Belə günlərdən biri də uzun ayrılıqdan sonra doğma ocaqlarına döndüyün gündür, - deyə Xocalı sakini Mahir Hümbətov söhbətimizə qoşuldu:
- İndi ata-baba yurduna döndüyümüz günlərin sevincini yaşayırıq. Erməni işğalçılarının Xocalıya hücumları 1991-ci ildən başladı. Mən də tay-tuşlarım kimi silaha sarılıb şəhərimizin müdafiəsinə qalxdım. Qüvvələrimiz bərabər olmadığına görə düşmən doğma ocaqlarımızı işğal etdi, silahsız camaatı qarlı meşələrdə güllələdi. Xatırlayıram ki, biz Xocalını on beş-iyirmi avtomatla qoruyurduq. Biz torpaqlarımızı itirsək də, mərdliyimizi, igidliyimizi və cəsarətimizi itirmədik.
Uğurla başa çatan döyüşlərdən sonra şanlı Azərbaycan Ordusu uzun illər işğalda qalmış bölgələrimiz kimi, Xocalıdan da erməniləri qovub çıxartdı. Eşitdiyimiz bu şad xəbər uzun illər qaysaq bağlamayan yaramıza məlhəm oldu. Yavaş-yavaş doğma ocaqlarımıza qayıtmağa hazırlaşdıq. Şükürlər olsun ki, həsrətini çəkdiyimiz günlərin sevincini yaşamaq da taleyimizə yazıldı. 28 may 2024-cü ildə Xocalıya qayıtdıq. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev dövlətin tikdiyi evlərin sənədlərini bir qrup xocalılıya təqdim etdi. Çox unudulmaz bir gün yaşadıq. Həmin gün həm Prezidentimizlə, Müzəffər Ali Baş Komandanla görüşdüm, həm də Xocalıya, doğma evimə, el-obama qayıtdım. Ömrümüz boyu bizə bu sevinci yaşadanlara minnətdar olacağıq. Prezident İlham Əliyev indi Xocalını gülüstana çevirir.
Keçmiş məcburi köçkünlərdən ürəklərə rahatlıq gətirən bu xoş sözləri eşidəndən sonra başımızı qaldırıb yaşıllığa bürünmüş dağlara baxdıq. Uca dağlar şəhərin sakinləri kimi çox vüqarlı, qürurlu və əzəmətli görünürdü. Başı buludlara söykənən dağların əzəmətinə baxanda əmin olduq ki, bu gündən sonra Xocalının torpağının da, daşının da üzü həmişə güləcək. Çünki artıq bu yerlərin əsl sahibləri həmişəlik olaraq geri dönüb doğma şəhərlərinə sahib çıxıblar.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
Bakı-Xocalı-Bakı
Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Z.X.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında
Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında
Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında
"Azərişıq" ASC-nin nümayəndələri Tovuzda sahibkarlarla görüş keçiriblər
Azercell abunəçilərinin nəzərinə
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan beton məhlulunun satın alınması məqsədilə müsabiqə elan edir
Ernesto Ottone: Bakıda keçiriləcək COP29 iqlim böhranının həlli istiqamətində xüsusi əhəmiyyətə malikdir
Petre Mamradze: Bəzi Qərb ölkələri Cənubi Qafqazda xaos və qarşıdurma yaratmaq istəyirlər
Peskov Moskvada Zəngəzur dəhlizi məsələsinin müzakirə olunduğunu istisna etməyib
Azərbaycanın və Belarusun media subyektləri arasında əməkdaşlıq genişləndirilə bilər
Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik
Norveç terror təhlükəsi səviyyəsini artırıb
Prezident İlham Əliyev Moskvada “Rossiya 1” televiziya kanalına müsahibə verib
BMT Efiopiyanın Amhara bölgəsində humanitar əməliyyatları dayandıra bilər
Rusiyalı idmançı Barselonada həlak olub
Prezident İlham Əliyev: Nankorluq ABŞ-ın Azərbaycana qarşı sanksiyaları kontekstində onunla bağlı istifadə olunacaq ən sərt söz deyil
İtaliya jurnalı COP29-un əhəmiyyətindən yazıb
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!