İLHAM ƏLİYEV xalqa arxalandığı üçün inqilabi
islahatlara gedir!
Özünə arxayın olduğu üçün qətiyyətli, bəzən
də riskli addımlar atır!
Qəlbi böyük, özü humanist olduğundan hamını
bağışlamağı bacarır!
İlham Əliyev qəlbi Azərbaycanla döyünən hər
bir insan üçün qiymətlidir, əzizdir, ümid və pənah yeridir!
Hər bir insan ömrü boyu nə vaxtsa həbsxanaya
düşə bilər: ya təsadüfən, yaxud hansısa əməlinə görə!
Bu gün hər birimizin həm də sürücü olduğumuzu
nəzərə alsaq, bu ehtimalın daim mövcudluğunu etiraf etməliyik!
Heç kəs günahsız yerə həbsxanaya salınmır!
Əgər bu baş verirsə, deməli, Allah-taala
hansısa günahımızın cəzasını bizə çəkdirir!
İnsan yalnız həbsxanaya düşəndə azadlığın
qiymətini, onun nə olduğunu anlayır!
İstədiyin vaxt yatıb-durmaq, ürəyin istəyən
yerə getmək, özün bildiyin kimi geyinmək, daim doğmalarının, əzizlərinin əhatəsində
olmaq, keyfin istəyəndə tək qalıb özünə qapanmaq və s. - sən demə bunlar böyük nemətdir!
Və yalnız onlardan məhrum olandan sonra qədrini,
gözəlliyini bilirsən!
Kimsənin azadlıqdan məhrum edilməsini arzulamasaq da, cəmiyyət üçün, başqalarının
həyatı üçün təhlükə törədənlərin, oğruların həbsxanada qalmasını ədalətli sayaraq
qəbul etməliyik.
***
Dövlət başçısı İlham Əliyev növbəti əfv fərmanı
verdi!
Həm də növbəti dəfə humanizm, insanpərvərlik
nümayiş etdirdi!
Eyni zamanda, belə bir fərman imzalamaqla
öz böyüklüyünü də göstərdi:
* Novruz bayramı ərəfəsində neçə yüz ailəyə
sonsuz sevinc bəxş etdi!
* Neçə ananı balaya, atanı oğula, qardaşı
bacıya, qardaşı qardaşa qovuşdurdu!
Uzun müddət idi ki, əfvə hazırlıq gedirdi,
əfv komissiyası intensiv iclaslar keçirərək gərgin işləyirdi.
Hamı bilirdi ki, əfv fərmanı veriləcək!
Amma heç kəs onun bu qədər geniş, möhtəşəm,
əhatəli olacağını və bütün qütbləri əhatə edəcəyini gözləmirdi!
İlham Əliyev növbəti dəfə də hamını müsbət
mənada təəccübləndirdi, sevindirdi, razı saldı!
Hərçənd ki, hamını razı salmaq bir o qədər
də asan deyil!
Amma dövlət başçısı bunu da bacardı!
***
Ən böyük müəllim - həyatdır, demişlər!
Amma hamı müəlliminin öyrətdiklərini öyrənmir,
dediklərindən lazımi və düzgün nəticə çıxarmır!
Bəziləri həbsxananı "universitet” adlandırırlar.
Amma oradan öyrənənlərlə bərabər, öyrənməmiş
çıxanlar da olur!
Vay o gündən ki, yaramaz şeylər öyrənib çıxasan!
Belədə gərək özgələrdən yox, özündən inciyəsən!
***
Hamı bu əfvi gözləsə də, yenə qeyri-adi hadisə
kimi qarşılandı, böyük reaksiya doğurdu, müxtəlif rəylərə səbəb oldu. Səbəb həm
də bu dəfə müxtəlif "hüquq müdafiəçiləri
siyahılarında” adları hallandırılan 50-dək məhbusun, AXCP sədrinin müavinlərinin
və başqalarının buraxılması idi!
Həm də Prezident bunları özü bağışlamışdı!
Xatırladırıq ki, amnistiya zamanı insanlar
məhkum olunduqları maddələr üzrə cəzadan azad edilirlərsə, əfvdə adları ilə siyahıya
salınırlar.
Şübhəsiz yenə də ən obyektiv və yüksək qiyməti
Azərbaycan xalqı verdi!
(Bu mühüm aksiyaya və onun icrasına bütün
televiziya kanalları, elektron KİV və internetə müxtəlif vasitələrlə qoşulanlar
geniş yer ayırdıqlarından hər şeyi görmək və müəyyən qənaətə gəlmək mümkün idi.)
İnsanlar İlham Əliyevin bu addımını da yüksək
dəyərləndirərək minnətdarlıqla qarşıladılar!
Əfv edilənlərin ailə üzvləri və özləri jurnalistlərə
müsahibələrində sevinc və təşəkkürlərini səmimiyyətlə ifadə etdilər.
Müxalifət təmsilçiləri, bir sıra tanınmışlar
müsbət fikir və rəylərini bildirdilər.
Təbii ki,
belə məqamda istisnalar da ola bilərdi və oldu da!
Heç kəsin
gözləmədiyi halda radikal müxalif ovqatlı "bloger” Emin Milli maraqlı açıqlama ilə
çıxış etdi: "Bu gün İlham Əliyevi ictimai fikrə önəm verərək, belə bir addım atdığı
üçün təbrik edirəm”.
Emin Millinin
digər qiymətləndirməsinə baxaq: "Demokratik ölkələrdə hər zaman ictimaiyyətin fikri
nəzərə alınır və heç bir Prezident buna diqqət ayırdığı üçün zəif, gücsüz hesab
edilmir”.
Burada isə
"zəif, gücsüz hesab edilmir” fikrinin altından xətt çəkərək hələlik digər məsələyə
keçirik.
***
Diqqətimizi
ən çox çəkən keçmiş müxalifətçı, hazırda "Yeni Müsavat” qəzetinin baş redaktoru
Rauf Arifoğlu ilə sabiq iqtidar nümayəndəsi, yenicə azadlığa çıxmış Əli İnsanovun
açıqlamaları oldu.
Vaxtilə müxtəlif
qütblərin təmsilçiləri olan və məhbəs yolu keçən iki şəxsin baş verənlərə münasibəti
və Prezident fərmanını qiymətləndirmələri bu gün də bir-birindən kəskin şəkildə
fərqlənir.
Ancaq ciddi
və prinsipial yerdəyişməsilə!
Rauf Arifoğlu
əfv fərmanını Prezident İlham Əliyevin başladığı islahatların davamı, həm də inqilabi
addımlar kimi qiymətləndirir: "Prezident İlham Əliyev son 75 gündə bir prezidentlik
müddətinə sığa biləcək inqilabi dəyişikliklər edib”.
Və öz üslubunda
müəyyən nəticəyə gələrək qərar da verir: "Çörəyi” demokratiyadan çıxan hər kəs İlham
Əliyevə dəstək olmalı, onun islahatlarının davamlılığında, daha da dərinləşməsində
maraqlı olmalıdırlar. Olmayacaqlarsa, deməli, onlar demokrat deyillər, açılım istəmirlər
və ölkələrini, demokratiyanı yox, başqa şeyləri düşünürlər. Ya da yad maraqların
daşıyıcılarıdırlar”.
Rauf Arifoğlu
ilə tam razıyam!
Həm də başı
daşdan-daşa dəymiş bir insanın hadisələrə daha obyektiv, həm də vətənpərvərlik mövqeyindən
yanaşmasından, düzgün mühakimə yürütməsindən məmnunluq duyuram!
***
Həkim üçün
ən böyük vəzifə yaşadığı ölkənin səhiyyə naziri postuna yüksəlməkdir (həkimlik və
insanlıq borcunu bir tərəfə qoyuruq).
Əgər insan
ona göstərilən etimadı doğrultmursa, şəxsi maraq və mənafeyini hər şeydən uca tutursa,
bir ayağı burada, digəri gorda olduğu zamanda "oğru qanunları” ilə yaşamağa keçirsə,
beləsinə nə deyəsən?!
Amerika və
Avropa qarşısında səcdəyə gedən bu insan az qala deyəcəkdi ki, məni ABŞ Prezidenti
Tramp azad etdi!
Elə ilk müsahibəsində
hikkə göstərdi, yalnız acı gülüş doğuracaq iddiada olduğunu bəyan etdi!
Yalnız özündən
və əməllərindən xəbərsizlər belə danışarlar!
Ancaq Azərbaycan
xalqı korrupsiyaya uğramış sabiq səhiyyə nazirinin əməllərini unutmayıb!
Görünür içəridə
olduğu dövrdə bayırdan xəbəri olmayıb!
Azərbaycanda
gedən dəyişikliklərdən, xalqın hansı mövqedə dayandığından məlumatı yoxdur!
Bu gün İlham
Əliyev heç kimdən və heç nədən qorxmadan, heç bir təsir və təzyiq cəhdindən çəkinmədən
inam və qətiyyətlə islahatlar aparır, müstəqil Azərbaycanı yenidən qurur və gücləndirir!
Yalnız özləri
qorxaq olanlar başqasının qorxa biləcəyini zənn edərlər!
İlham Əliyev
daim xalqının yanındadır, daim xalqı üçün çalışır, xalqın arzu və istəklərini reallaşdırır.
86 faiz səslə
Prezident seçilməsindən hələ bir il keçməyib!
Xalqın belə
yüksək dəstəyini alan rəhbər də xalqına inandığı və özünə güvəndiyi üçün qüdrətlidir!
Həm də İLHAM
ƏLİYEV:
* Xalqa arxalandığı
üçün inqilabi islahatlara gedir!
* Özünə arxayın
olduğu üçün qətiyyətli, bəzən də riskli addımlar atır!
* Qəlbi böyük,
özü humanist olduğundan hamını bağışlamağı bacarır!
* Bu gün bütün
Türk dünyasının fəxr etdiyi İlham Əliyev qəlbi Azərbaycanla döyünən hər bir insan
üçün qiymətlidir, əzizdir, ümid və pənah yeridir!
PREZİDENT
İLHAM ƏLİYEV:
* Xarici siyasətdə
uzaqğörən, səhvsiz və əvəzsizdir;
* Daxili siyasətdə
çevik və alternativsizdir;
* Dövlət rəhbəri
kimi müdrik, şəxsiyyət kimi əzəmətlidir;
* Müstəqil
Azərbaycanın inkişaf, sabitlik və əmin-amanlıq qarantıdır.
Biz onun böyüklüyünü
təkcə əfv fərmanları imzalayanda deyil, həm də:
* Qaçqın və
məcburi köçkünlərin, şəhid ailələri və müharibə veteranlarının, əlillərin, tələbələrin,
təqaüdçülərin sosial qayğılarını ödəyəndə;
* Mübariz
İbrahimov, Rüfət Əhmədov, Ramin Səfərovla bağlı zəruri addımlar atanda;
* Şamaxıdakı
zəlzələ zamanı evi uçmuş Saray nənəyə 25 gündə təzə ev tikdirib verəndə;
* Xocalı Soyqırımının
ildönümləri günlərində ümumxalq yürüşünün önündə addımlayanda;
* İşğal altındakı
Şuşa məscidinin eynisini Cocuq Mərcanlı kəndində inşa etdirəndə;
* Çoxlarının
mane olmaq istədikləri transmilli layihələri özü tərəfindən maliyyələşdirərək onlara
həyat vəsiqəsi verəndə;
* Beynəlxalq
təşkilat və qurumların tribunalarında Azərbaycanın maraq və mənafeyini müdafiə edən
nitqlər söyləyəndə GÖRMÜŞÜK!
Hər dəfə də
sevmişik, inanmışıq, arxalanmışıq!
Marginallaşmış
insanlar dediklərini təkrar etməkdən yorulmurlar!
Xalqın seçdiyi
və sevdiyi dövlət başçıları isə daim irəliyə gedir, xalqı təlatüm və risklərdən
qoruyaraq arxasınca aparır, ölkəni firavanlığa qovuşdururlar.
Bəxtiyar SADIQOV