15 Oktyabr 2025 09:00
854
SİYASƏT
A- A+
İlham Əliyev Azərbaycanı “yaşıl enerji"nin istehsalı və ixracında da lider mövqeyə yüksəldir

İlham Əliyev Azərbaycanı “yaşıl enerji"nin istehsalı və ixracında da lider mövqeyə yüksəldir


Dünyanın bir çox görkəmli siyasətçiləri və energetika mütəxəssisləri deyirlər ki, Heydər Əliyev olmasaydı, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri olmazdı. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin yeni neft strategiyasını uğurla davam etdirərək Azərbaycanın karbohidrogenlərinin dünyaya ixracının BTC ilə başlanan böyük yolunu daha da şaxələndirdi. Neft ölkəsi Azərbaycan həm də qaz ixracatçısına çevrildi. Və bu gün beynəlxalq aləmdə haqlı olaraq etiraf edilir ki, Avropanın enerji xəritəsini dəyişdirən "Cənub qaz dəhlizi" İlham Əliyevin meqalayihəsidir.

Prezident İlham Əliyevin meqalayihələri "Cənub qaz dəhlizi" ilə bitmir. İndi biz Avropaya "yaşıl dəhliz" açmağı da hədəfləmişik və bu məqsədə doğru inamla irəliləyirik. Bərpaolunan enerji layihələrimizin sayı ildən-ilə artır. 2030-cu ilə qədər ölkəmizdə təxminən 6 qiqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır. Lakin bu, planlarımızın hamısı deyil, çünki 10 qiqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.

Xatırladaq ki, Azərbaycanın bərpa-olunan enerjidə texniki potensialı quruda 135 qiqavat və dənizdə 157 qiqavat təşkil edir. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli İlham Əliyevin enerji siyasətinin prioritetlərindəndir. Ölkəmiz elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Məlum olduğu kimi, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri məhz "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Bununla bağlı ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində ardıcıl iş aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.

Dövlətimizin başçısının neft-qaz sahəsində yaratdığı beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platforması indi "yaşıl enerji" ilə daha da möhkəmlənir. Ölkəmizdə bərpaolunan enerji sahəsinə getdikcə daha çox xarici şirkər sərmayə qoymaq təşəbbüsünü bəyan edir. Prezidentimizin Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında yaratdığı dostluq və etimad bu sahədə özünü ən önəmli layihələrin gerçəkləşməsi ilə göstərir.

BƏƏ-nin tanınmış "Masdar" şirkətinin sərmayəsi ilə Bakıda tikilən 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası artıq iki ildir fəaliyyətdədir. Bu, Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovatsaat elektrik enerjisi istehsal olunmaqla 110 milyon kubmetr həcmində təbii qaza qənaət edilməsi mümkündür. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarım-stansiya tikilib. "Qaradağ" 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək.

2023-cü il oktyabrın 26-da "Qaradağ" stansiyasının açılış mərasimi çərçivəsində dövlətimizin başçısının iştirakı ilə Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirliklərininn"Masdar" şirkəti arasında ümumi gücü 1000 MVt olan "yaşıl enerji" layihələri üzrə üç investisiya müqaviləsi imzalanıb. İnvestisiya müqavilələri Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunda 315 MVt gücündə günəş-elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək-elektrik stansiyası layihələrinin icrasını nəzərdə tutur. İnvestisiya müqavilələri 2022-ci ilin iyun ayında şirkətlə bərpa-olunan enerji mənbələri üzrə 4 QVt gücündə "Meqa" layihələrin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı imzalanmış icra müqavilələrinin birinci mərhələsini əhatə edir. Keçən il iyunun 4-də isə Bakı Enerji Həftəsinin açılışı günü eyni zamanda sözügedən stansiyaların təməli qoyuldu. Hazırda bu layihələr öz icrasının müxtəlif mərhələlərindədir.

Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti isə qoyuluş gücü 240 MVt olan Xızı-Abşeron Külək-Elektrik Stansiyası layihəsini reallaşdırmaqdadır. Bundan əlavə, Azərbaycanın Energetika Nazirliyi ilə "ACWA Power" şirkətinin 200 MVt gücündə Batareya Enerji Saxlanc Sistemi (BESS), 200 MVt gücündə quruda külək stansiyası və digər layihələr üzrə də müqavilələri var.

Prezident İlham Əliyev uzaq Çini də Azərbaycana yaxın edib. Keçən ilin iyul ayında ŞƏT-in (Şanxay Əməkdaşlıq Təşkilatı) Astanada keçirilən 24-cü sammitində imzalanmış Azərbaycan-Çin strateji tərəfdaşlığının qurulmasına dair Birgə Bəyannamə ölkələrimizin qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığının inkişafına geniş imkan yaratdı. Bu ilin aprel ayında Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində imzalanan Birgə Bəyanatı isə əlaqələrin daha da dərinləşməsi və şaxələnməsinə daha geniş yol açdı. Bəyanatın bəndlərindən birində tərəflər iki ölkənin enerji keçidini, dayanıqlı sosial-iqtisadi inkişafını təşviq edərək bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirməyə və təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını birgə irəlilətməyə hazır olduqlarını bildirdilər. Bununla da həmin vaxtadək artıq başlanmış olan "yaşıl enerji" əməkdaşlığının qarşısında daha gur "yaşıl işıq" yandırıldı. Bərpaolunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalandı.

Ölkəmizdə həyata keçirilən ən iri neft-qaz və ixrac layihələrinin əməliyyatçısı olan BP şirkəti bu sahədə də ön sıralardadır. İndi bu şirkət işğaldan azad olunmuş Cəbrayıl rayonunda 240 meqavatlıq "Şəfəq" Günəş-Elektrik Stansiyasını inşa edir. 

Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonası elan edilib. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması ən vacib məsələlərdəndir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. 

Bu ərazilərdə həm günəş və külək, həm də hidroenerji potensialı böyükdür. Su-elektrik enerjisi xüsusi yer tutur. Bu yaxınlarda Kəlbəcərdə dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilmiş 3 yeni su-elektrik stansiyası da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərimizdə bu cür enerji obyektlərinin sayı 38-ə, ümumi gücü isə 307 MVt-a çatdırılıb. 

Naxçıvan da Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonası elan olunub. Muxtar respublikanın inkişafı məqsədilə bir sıra prioritet istiqamət müəyyənləşdirilib ki, bunlardan biri də ərazinin zəngin enerji resurslarından səmərəli istifadə və "yaşıl enerji" zonası üzrə layihələrin icrasıdır. Hazırda icrası davam etdirilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda da bu istiqamətdə müvafiq layihələr öz əksini tapıb. Həmçinin dövlət başçısının 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək.

Regional gündəlikdə də "yaşıl enerji" layihələri üzərində iş gedir. Təkcə Azərbaycanda deyil, Mərkəzi Asiya ölkələrində də günəş və külək-elektrik enerjisi stansiyaları yaradılır. Dövlətimizin başçısı bu istiqamətdə də əməkdaşlığı genişləndirir. Ötən il noyabrın 13-də Bakıda COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalamışlar. Həmin sənədə əsasən, Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi nəzərdə tutulur. Bu xətt Mərkəzi Asiyada istehsal olunan "yaşıl enerji"ni Azərbaycanın infrastrukturuna birləşdirəcək.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də isə Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanmışdır. Bunun üçün Qara dənizin dibi ilə "yaşıl enerji" kabeli çəkiləcək. Yəni region təkcə Cənubi Qafqazı əhatə etmir, burada daha geniş coğrafiya əhatə olunur. Mərkəzi nöqtə isə məhz Azərbaycandır. 

Prezidentimiz bu ilin iyul ayında Xankəndidə keçirilən 3-cü Qlobal Media Forumunda həmin layihələrin də uğurla nəticələnəcəyinə inam ifadə etmişdir: "Biz artıq bunu proqnozlaşdıra bilərik ki, Azərbaycan, Mərkəzi Asiya və Avropa ölkələri arasında imzalanmış sənədlər Azərbaycanın bir növ qovşaq olacağını nümayiş etdirir. Azərbaycan nəqliyyat, istehsal və paylama nöqtəsi olacaqdır. Bizim çox böyük artım potensialımız var".

Beləliklə, dünyanın iqlim və enerji yolunda taleyüklü bir mərhələyə daxil olduğu vaxtda Azərbaycanın "yaşıl enerji" zonaları, "yaşıl enerji" dəhlizləri, enerji saxlama, şəbəkə infrastrukturu və hidrogen sahəsindəki təşəbbüsləri qlobal iqlim hədəflərinə çatmaq üçün həlledici rol oynayır. Bu təşəbbüslər Azərbaycanı bərpaolunan enerjinin inkişafı və ixracında lider mövqeyə yüksəltməklə yanaşı, genişmiqyaslı ötürmə, uzaq potensial enerji mənbələrinin istehlak mərkəzləri ilə əlaqələndirilməsi, enerji təchizatı ilə tələbat arasında tarazlığın təmin edilməsi və böyük həcmdə "yaşıl enerji" güclərinin şəbəkəyə inteqrasiyası ilə qlobal miqyasda təmiz enerjinin inkişafını sürətləndirmək üçün unikal imkanlar yaradır. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!