09 Oktyabr 2024 08:25
2928
SİYASƏT
A- A+
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"

İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"


Oktyabrın 9-da bütün cəbhəboyu gərgin döyüşlər davam edib.

Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırıb və aktivliyinin qarşısını qətiyyətlə alıb. Görülən tədbirlər nəticəsində düşmən qoşunları arasında idarəetmə və qarşılıqlı əlaqə itib, bölmələri arasında nizamsızlıq yaranıb, şəxsi heyətinin intizamı pozulub, döyüş mövqelərinin tərk edilməsi kütləvi hal alıb.


Düşmənin zirehli texnikaları tam işlək vəziyyətdə ələ keçirilib


Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun xeyli sayda hərbi texnikasını məhv edib.

Düşmən tərəfindən döyüş meydanında tərk edilən zirehli texnikalar isə bölmələrimiz tərəfindən tam işlək vəziyyətdə ələ keçirilib.

Ordumuzun düşmənin hərbi hədəflərinə və hərbi texnikasına dəqiq zərbələri Ermənistan silahlı bölmələrini pərən-pərən salıb.

Döyüş əməliyyatları zamanı düşmənin atıb qaçdığı hərbi texnikalar Azərbaycan Ordusunun hərbi texnikasının rəngində rənglənib.


Mingəçevir istiqamətinə atılan ballistik hədəf məhv edilib


Düşmən Goranboy, Tərtər, Ağdam, Bərdə, Ağcabədi rayonlarının ərazilərini intensiv atəşə tutub.

Ermənistan ərazisindən Mingəçevir istiqamətinə atılan ballistik hədəf Azərbaycan HHM sistemləri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə məhv edilib.

Bununla yanaşı, düşmənin radioelektron mübarizə vasitələri sıradan çıxarılıb.


Müzəffər Komandandan müjdə: "Hadrut qəsəbəsi azad edilib"


Prezident İlham Əliyev xalqa müraciət edərək növbəti müjdələrini verib. Ali Baş Komandan bildirib ki, müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib - Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi.

Prezident İlham Əliyev bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsini tarixi qələbə adlandırıb, həmçinin Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və hərbi qənimət kimi götürülmüş Ermənistanın hərbi texnikasının siyahısını açıqlayıb - 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, 1 "Uraqan", 10 özüyeriyən artilleriya qurğusu - onlardan 8-i "Akasiya", 2-si "Qvozdika", 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 RM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 "S-300" kompleksinin buraxıcı qurğusu, 25 OSA zenit-raket kompleksi, 2 KUB zenit-raket kompleksi, 4 "Repelend" radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 TOS-1A odsaçan sursatı, 2 radiolakasiya stansiyası, 1 "Kalçuqa" anteni.

Qənimət kimi götürülmüş hərbi texnikalar - 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 "İqla" kompleksi, 1 ZİL maşını, 9 QAZ maşını.  

Ali Baş Komandan bir daha qətiyyətlə vurğulayıb ki, artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz: "Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovacağıq". 


Emmanuel Makron yenə İlham Əliyevə zəng edib


Fransa Prezidenti Emmanuel Makron növbəti dəfə Prezident İlham Əliyevə telefonla zəng edib. 

Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyəti müzakirə ediblər.


İlham Əliyev Ermənistana çıxış yolunu göstərib


Prezident İlham Əliyevin "Sky News" və "CNN International" televiziya kanallarında müsahibələri yayımlanıb.

İlham Əliyev bir daha Azərbaycana qarşı səsləndirilən ittihamlara faktlarla, sübutlarla cavab verərək deyib ki, həmsədrlərin 28 illik "vasitəçilik" missiyası bir nəticə verməyib. ATƏT-in Minsk qrupunun 1992-ci ildən bu yana passiv formada "fəaliyyət"i bu gün baş verənlərə gətirib çıxarıb. Bu vasitəçilik Ermənistanı onlara məxsus olmayan əraziləri tərk etməyə məcbur etmək üçün yetərli olmayıb. Azərbaycan məsələni bu gün özü həll edir.

Prezident həmçinin müharibənin hansı şərtlər əsasında dayandırılmasına da aydınlıq gətirərək deyib ki, danışıqlar münaqişənin siyasi həllinə və işğal olunmuş ərazilərin boşaldılmasına gətirib çıxarmalıdır: "Biz sülh yolu ilə həll istəyirik, amma həll. Biz həll istəyirik, imitasiya yox, daha 30 il ərzində boş sözləri yox, praktiki addımları, vaxt cədvəlini, insanlarımızın evlərinə nə vaxt qayıdacağını, onlar üçün təhlükəsizlik zəmanətinin nədən ibarət olacağını və bizim necə barışacağımızı bilmək istəyirik. İki millət barışmalıdır. Biz qonşuyuq. Biz əbədi olaraq düşmənçilik şəraitində yaşaya bilmərik. Bu, dayandırılmalıdır. Lakin tarixi həqiqət və beynəlxalq hüquq əsasında dayandırılmalıdır".


Erməni hərbi qulluqçuları bir-birilərini güllələyiblər


Saat 20:00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən sahəsində yerləşən Azərbaycan Ordusunun müdafiə mövqelərindən Ermənistan ərazisində atışma səsləri və partlayış müşahidə olunub.

Belə ki, Ermənistanın Vardenis rayonunun Günəşli və Ağyoxuş kəndlərində yerləşən mövqelərindəki hərbi qulluqçular əvvəlcə müxtəlif atıcı silahlardan bir-birinə atəş açıblar. Bir az sonra isə Günəşli kəndində partlayış baş verib, yanğın başlayıb.

Baş verən insidentə Azərbaycan Ordusu bölmələrinin heç bir aidiyyəti yoxdur. Bu təxribat erməni xalqının və beynəlxalq aləmin diqqətini Ermənistan rəhbərliyinin hərbi və siyasi meydanda uğradığı iflasdan yayındırmaq məqsədi daşıyır.  


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!