İlahiyyat İnstitutunda imtahan sessiyası başladı
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) payız semestrinin qış imtahan sessiyasına start verilib. Aİİ-nin rektoru Ceyhun Məmmədov auditoriyalarda imtahan gedişatını izləyib.
Yanvarın 31-dək davam edəcək sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq yazılı, zəruri hallarda isə şifahi formada keçirilir. Sessiya dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi prioritet seçilib. İmtahanlar keçirilərkən təhlükəsizlik tədbirlərinin görülməsi, cavabların müəyyənləşdirilmiş meyarlar əsasında qiymətləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Qeyd edək ki, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə Operativ Qərargah yaradılıb. Qərargaha daxil olan müraciətlərin, hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb, lazımi tədbir görülməsi nəzərdə tutulub.
İnstitutun foyesində müraciət və təkliflər qutuları yerləşdirilib. Tələbələrə yarana biləcək problemlərin aradan qaldırılması üçün yaxından kömək göstərilməsi məqsədilə şərait yaradılıb.
Sessiya dövründə imtahanlar ictimaiyyətə açıq keçiriləcək. İmtahan sessiyası dövründə valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Açıq qapı” günlərinin keçirilməsi nəzərdə tutulub.
Ali təhsil müəssisəsinin kitabxanasında tələbələrin imtahanlara hazırlığı üçün lazımi şərait yaradılıb. Onlar fasiləsiz internetlə təchiz olunmuş kompüterlərdən istifadə edə biləcəklər.
Məlumat üçün bildiririk ki, institutun 2019-2020-ci tədris ili qış imtahan sessiyası yazılı və şifahi olaraq, imtahanlar arasında müddət isə iki gün intervalla keçiriləcək.
Xəyalə MURADLI,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezidentliyə namizəd saxlanıldı - ABŞ-də
29 Aprel
İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək
29 Aprel
İtaliyanın baş naziri Avropa Parlamentinə seçkilərdə namizəd olacaq
29 Aprel
Sabah bəzi dağlıq ərazilərə dolu düşəcək
29 Aprel
Hindistan 10 ildə silah ixracını 35 dəfə artırıb
29 Aprel
Növbəti köç karvanı Füzuliyə çatıb
29 Aprel
ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri başlayır
29 Aprel
Azərbaycan ABŞ-də multikulturalizm festivalında uğurla təmsil olunub
29 Aprel
İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
29 Aprel
PSJ 12-ci dəfə Fransa çempionu olub
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!