İki şəhid qardaş - iki silahdaş
Lerik şəhərində Vətən müharibəsi şəhidləri Altay və Elgün Mövlanov qardaşlarının xatirəsinə həsr edilmiş “Xatirə - bulaq” kompleksinin açılış mərasimi keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə şəhid qardaşların məzarlarını ziyarət edərək önünə əklil və tər gül-çiçək qoymuşlar.
Tədbirdə rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Vətən Müharibəsi Qəhrəmanı şəhid mayor Amid Heydərovun atası Rəbbil Heydərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi polkovnik Arif Həsənov, Vətən müharibəsi iştirakçısı Nəbi Əhədov, şəhid qardaşların müəllimi Hacırza Quliyev çıxış edərək bu iki cəsur qardaşın qəhrəmanlıqla dolu həyat və döyüş yolundan danışmışlar.
Bildirilmişdir ki, şəhid qardaşların babaları Xanış Şahıyev sadə zəhmət adamı olub. Ümummilli Lider Heydər Əliyev onu dostu, qardaşı adlandırmış, bu əliqabarlı, dağ vüqarlı insana daim diqqət və qayğı göstərmişdir. Bu ailənin bir övladı I Qarabağ savaşında şəhidlik zirvəsinə ucalmış, iki oğlu isə ağır yaralanmışdır.
Altay Tahir oğlu Mövlanov 5 avqust 2000-ci, qardaşı Elgün isə 2 aprel 2002-ci ildə anadan olub. Hər iki qardaş Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri, I Qarabağ savaşında qəhrəmancasına şəhid olan Valeh Müslümovun adını daşıyan Lerik şəhər 2 saylı tam orta məktəbində təhsil alıb. Hələ məktəb illərindən idmana və hərb sənətinə xüsusi maraq göstərən qardaşlar yarışlarda iştirak edir, diplomlara layiq görülürdülər. Altay 2018-ci ildə Milli Ordu sıralarında xidmətə başlamış, 2020-ci ilin aprelində tərxis olunmağına baxmayaraq, öz arzu və istəyi ilə yenidən ordu sıralarına qayıtmışdır. Qardaşı Elgün də 2020-ci ilin aprelindən Milli Ordu sıralarına qatılmışdır.
Qüdrətli Azərbaycan Ordusu düşmən tapdağında olan torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başladığı ilk gündən Altay və Elgün silaha sarılaraq döyüşə atılmışlar. Elgün döyüşlərin 4-cü günü - sentyabrın 30-da şəhadətə qovuşmuşdur. Bu xəbəri qardaşına döyüş vaxtı çatdırmışlar. Ona dəfndə iştirak etmək üçün icazə verilsə də, Altay gözyaşı içində boğula-boğula demişdir: “Qardaşımın, döyüş dostlarımın qisasını almayınca geri bir addım da atmayacağam!”
Altay Mövlanov Füzuli uğrunda gedən qanlı döyüşlərdə düşmənin neçə-neçə canlı qüvvəsini, döyüş texnikasını məhv etmişdir. 13 oktyabr 2020-ci ildə Füzulinin Seyidəhmədli kəndi uğrunda döyüşlərdə isə qəhrəmancasına şəhid olmuşdur. Onun nəşi oktyabrın 30-da Lerik şəhərinə gətirilərək qardaşının yanında dəfn edilmişdir.
Prezidentin sərəncamları ilə Elgün Mövlanov “Vətən uğrunda”, Altay Mövlanov isə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşlar. “Xatirə-bulaq” kompleksinin açılışında “Füzulinin azad olunmasına görə” medalı şəhidin valideynlərinə təqdim olundu.
Mərasimdə şəhid qardaşların atası Tahir Mövlanov, anası Sevda xanım, əmisi Mahir çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıkeşliyə görə dövlətimizə, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
İki şəhid qardaş, iki silahdaş - Altay və Elgün! Onların hünər dolu həyat və döyüş yolu hər bir Azərbaycan vətəndaşı üçün əsl örnəkdir.
Hüsaməddin ABBASOV,
Lerik
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak edib...
18 May
Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub YENİLƏNİB
18 May
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib YENİLƏNİB ...
18 May
Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyulub YENİLƏNİB
18 May
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılış...
18 May
Prezident İlham Əliyev Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub YENİLƏNİB
18 May
Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir ...
18 May
Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO ...
18 May
DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib ...
18 May
Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb ...
18 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!