18 Aprel 2023 00:54
647
DÜNYA
A- A+
İki general Sudanı qan gölünə çevirdi

İki general Sudanı qan gölünə çevirdi

 

2021-ci ildə birgə hərbi çevriliş etmiş müttəfiqlər indi bir-biri ilə savaşa qalxıb 

 

Sudanda artıq 4 gündür ki, ordu ilə Çevik Dəstək Qüvvələri  arasında toqquşmalar davam edir. Ümumdünya Səhiyyə Təşkilatı 97 nəfərin öldüyünü, 1126 nəfərin yaralandığını bildirib.
Şiddətli döyüşlər paytaxt Xartumla yanaşı, Cənubi Kordofan və Şimali Darfur əyalətlərində, eləcə də şimal əyalətlərində bir sıra əraziləri əhatə edib. 
BMT-nin Sudandakı nümayəndəsi Volker Pertesin verdiyi məlumata əsasən, Şimali Darfur əyalətinin Kebkabiya şəhərində toqquşmalar zamanı Dünya Ərzaq Proqramının üç sudanlı əməkdaşı həlak olub. Bir neçə yerdə BMT və digər humanitar təşkilatların obyektləri hücuma məruz qalıb və talan edilib.
Yerli xeyriyyə təşkilatının nümayəndəsi Adam Reqal bildirib ki, şənbə günündən bəri Şimali Darfurdakı köçkünlər düşərgəsində onlarla insan ölüb və yaralanıb. Xartum Hava Limanında baş verən atışmada BMT-nin Humanitar hava xidmətinin təyyarəsi zədələnib.
Cənubi Darfur əyalətinin paytaxtı Nyalada hər iki tərəf şəhərin hava limanına nəzarət etmək üçün döyüşür. Döyüşlər Efiopiya və Eritreya ilə sərhəddə yerləşən Kassala və Əl-Qədərif əyalətləri də daxil olmaqla şərq bölgəsinə də yayılıb. 
 "Euronews" telekanalının xəbərinə görə, toqquşmalar silahlı qüvvələrin komandanı, hərbi hökumətin (Suveren Şura) başçısı general Əbdülfəttah Burhan və vitse-prezident, Çevik Dəstək Qüvvələri (RSF) qrupunun rəhbəri general Məhəmməd Həmdan Daqalo arasında hakimiyyət uğrunda gedən mübarizənin bir hissəsidir. Bu iki general 2021-ci ilin oktyabrında hərbi çevriliş edən və Sudanın qısamüddətli demokratiyaya keçidini pozan keçmiş müttəfiqlərdir.
Son günlərin gərginliyi Daqalonun rəhbərlik etdiyi RSF-nin orduya necə inteqrasiya olacağı və prosesə hansı qurumun nəzarət etməsi ilə bağlı fikir ayrılıqları fonunda yaranıb. Birləşmə Sudanın siyasi qruplarla hələ də imzalanmamış keçid sazişinin əsas şərtidir.
Demokratiya tərəfdarları Burhanı və Daqalonu son dörd il ərzində etirazçılarla qəddar rəftara, o cümlədən 2019-cu ilin iyununda 120-dən çox nümayişçinin ölümünə səbəb olan Xartumdakı hərbi qərargah yaxınlığında etiraz düşərgəsinin dağıdılmasına görə ittiham edirlər. Bir çox qruplar dəfələrlə onları məsuliyyətə cəlb etməyə çağırıblar. Çevik Dəstək Qüvvələri uzun müddətdir ki, Darfurdakı münaqişə ilə bağlı vəhşiliklərdə ittiham olunur.
Baş verənlərə görə xəstələr və tibb işçiləri xəstəxanalara daxil olmaqda çətinlik çəkir, bəzi dərman və tibbi ləvazimatlarda ciddi çatışmazlıqlar yaranıb.
ÜST münaqişə tərəflərini tibbi xidmətlərin göstərilməsində qərəzsizliyi qorumağa və hərbi əməliyyatlar nəticəsində zərərçəkənlərin tibb müəssisələrinə məhdudiyyətsiz çıxışını təmin etməyə çağırıb.
Təşkilat münaqişə tərəflərinə beynəlxalq humanitar hüquq çərçivəsində yaralıların, xəstələrin, mülki şəxslərin, tibb işçilərinin, təcili yardım maşınlarının və tibb müəssisələrinin müdafiəsi ilə bağlı öhdəliklərini xatırladıb.
Sudan Afrikanın 6 ölkəsi ilə həmsərhəddir və Qırmızı dənizdə strateji sahil xəttinə malikdir. Onillik vətəndaş qarşıdurması 2011-ci ildə Cənubi Sudanın ayrılmasına səbəb olub.
BMT-nin məlumatına görə, 16 milyon insanın, yəni əhalinin üçdəbirinin  humanitar yardımdan asılı olduğu Sudanda toqquşmalar ölkədəki problemləri daha da ağırlaşdıracaq.
ABŞ Dövlət katibi, BMT Baş katibi, Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsi, Ərəb Liqasının rəhbəri və Afrika İttifaqı Komissiyasının başçısı də daxil olmaqla yüksəksəviyyəli diplomatlar tərəfləri döyüşləri dayandırmağa çağırıblar. Dünyadakı digər böhranlarla bağlı fikir ayrılığı olan BMT Təhlükəsizlik Şurasının üzvləri hərbi əməliyyatları dərhal dayandırmağa və dialoqa qayıtmağa çağırış ediblər. Oxşar çağırışlar Sudanla maraqlanan ərəb dövlətləri - Qətər, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən də edilib.
ABŞ Dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri ilə məsləhətləşdiyini bildirib. O deyib: "Biz razılaşdıq ki, tərəflər heç bir şərt qoymadan hərbi əməliyyatları dərhal dayandırmalıdırlar".
Bazar günü Sudan münaqişəsinin tərəfləri yaralıların və dinc sakinlərin təxliyəsi üçün qısamüddətli atəşkəsə razılaşıblar, lakin onlar döyüşü tamamilə dayandırmaq fikrində deyillər. Bildirilir ki, Sudan ordusunun və RSF silahlı qruplaşmasının nümayəndələri Birləşmiş Millətlər Təşkilatının yerli vaxtla saat 16:00-dan 19:00-dək hərbi əməliyyatların dayandırılması təklifi ilə razılaşıblar. Bu, mülki əhalinin döyüş bölgələrini tərk etməsinə və yaralıların xəstəxanalara çatdırılmasına imkan verməli idi. Tərəflər arasında atəşkəs elan olunsa da, Xartum Hava Limanı ərazisində atışma və partlayışlar səngiməyib. 
Sudan dünyanın ən kasıb ölkələrindən biridir, lakin təbii sərvətləri və Qırmızı dənizdəki strateji yerləşməsi ərəb ölkələrinin və ABŞ kimi dünya güclərinin diqqətini cəlb edib. Eyni zamanda Rusiya bu ölkənin sahillərində hərbi-dəniz bazası yaratmağa çalışır və bununla bağlı Sudan ordusu ilə danışıqlar aparır.
Vaşinqton bunun qarşısını almağa çalışır və üstəlik, Sudanın Üsamə bin Ladenin "Əl-Qaidə" kimi terror qruplaşmalarının öz ərazisində sığınacaq tapdığı dövrlərə qayıtmasını istəmir. Bu yaxınlarda ABŞ-nin vasitəçiliyi ilə Sudan İsraillə diplomatik əlaqələr qurub.
Qonşu Misir Xartumla yaxın münasibətdədir, həm də hər iki ölkə daha bir qonşu olan Efiopiya ilə yola getmir.
2019-cu ildə Sudanın hərbi rəhbəri general Ömər əl-Bəşirin ölkədən qovulmasından sonra Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Xartumla əlaqələr qurub. Ər-Riyadın istəyi ilə Sudan fəlakətli vətəndaş müharibəsi gedən Yəmənə qoşun göndərib.
Beləliklə, Sudanda bir çox böyük dövlətlərin maraqlarının üst-üstə düşdüyünü nəzərə alsaq, münaqişənin tezliklə başa çatmasına ümid azdır.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!