06 Sentyabr 2025 08:07
515
SİYASƏT
A- A+
II Qaregin yenə sərsəmlədi

II Qaregin yenə sərsəmlədi


Bütün ermənilərin katolikosu II Qaregin bu günlərdə yenə sarsaqlayıb. Belə ki, o, guya Azərbaycan tərəfindən Qarabağda erməni mədəni və dini irsinin, abidələrinin, çoxəsrlik ziyarətgahlarının dağıdıldığını iddia edib. 


Azərbaycanın zəfəri alban irsini də xilas etdi


Vətən müharibəsindən və bütün ərazilərimiz üzərində milli suverenliyimizin bərpa olunmasından sonra ermənilər tərəfindən bu cür cəfəng, sərsəm və saxta fikirlər mütəmadi olaraq səsləndirilir. Torpaqlarımıza iddia etdikləri kimi, ermənilər Qarabağ və Şərqi Zəngəzurdakı tarixi və dini abidələrin də onlara aid olduğunu sübut etməyə çalışırlar. 

Bu cür iddialara düşmək, ona aid olmayana sahib çıxmağa çalışmaq xəstə erməni təfəkkürünün bir göstəricisidir. Sonradan köçdükləri ərazilərin tarixini saxtalaşdırmaq, dini və digər abidələri məhv etmək, orada kilsə tikərək bir müddətdən sonra həmin yerin onlara məxsus olduğunu dünyaya car çəkmək, ermənilərin köhnə xəstəliyi olduğu hamıya bəllidir. Elə bu cür təfəkkürün nəticəsidir ki, müasir və sivil dünya ilə ayaqlaşa bilmirlər. Torpaqlarımızın azad edilməsindən sonra isə bir az da qabağa gedərək işğal dövründə hərbi məqsədlər üçün Cəbrayılda inşa etdikləri binanı kilsə kimi qələmə verib, Azərbaycanı ittiham etməyə çalışdılar. 

Ermənilərin Qarabağda öz adlarına çıxdıqları tarixi və dini abidələr isə alban irsinə aid nümunələrdir. Qarabağ və Şərqi Zəngəzur bölgəsində 200-ə yaxın alban məbədi, monastırı, alban xristian kilsəsi ilə bağlı tarixi yerlər mövcuddur. 30 il ərzində erməni işğalçıları tərəfindən bu irsin bir qismi dağıdılıb, bir qismi ermənilərə sərf edən formada dəyişdirilib. Alban irsinin bölgənin tarixi baxımından əhəmiyyətini dərk edən ermənilər istər işğal illərində, istərsə də ondan əvvəl onu özlərinə bağlamaq və Azərbaycan torpaqlarına iddialarını bu amillə gücləndirmək üçün xeyli saxtakarlıqlar ediblər. Ermənilər həmin abidələri özününküləşdirmək üçün tarixi faktları belə saxtalaşdırıblar. Prezident İlham Əliyev bununla bağlı deyib: "Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir". 

Beləliklə, alban kilsəsinin ləğvi ilə 19-cu yüzillikdən Qafqaz Albaniyasının mədəni irsi üzərində erməni icmasının gücləndirilməsi kimi məkrli bir niyyətin həyata keçirilməsinə başlanılıb. Ermənilərin Qarabağ və Şərqi Zəngəzurda yerli xalq olması saxtakarlığına həqiqət donu biçmək üçün alban məbədlərindəki xaçlar oğurlanıb, erməni xaçı ilə əvəz edilmişdi.  

Azərbaycanın zəfəri alban irsini də xilas etdi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işlərinin bir istiqamətini də ermənilərin dağıtdığı tarixi və dini abidələrin bərpası təşkil edir. Bu sırada saxtalaşdırılan alban irsinə aid nümunələrin də tarixi simaları özlərinə qaytarılır. 


Erməni kilsəsi də xəstə təfəkkürdə olan kəsimə aiddir


Erməni vandallarını, irqçi, dinsiz erməni keşişlərini də məhz bu məsələ narahat edir və bunu guya "erməni dini abidələri"nin dağıdılması kimi beynəlxalq ictimaiyyətə sırımağa cəhdlər göstərirlər. Bu baxımdan erməni kilsəsi də xəstə təfəkkürdə olan kəsimə aiddir. Təsadüfi deyil ki, erməni cəmiyyətində sülhə qarşı çıxanların başında gələn qaragüruhçu qruplardan biri keşişlərdən ibarətdir. Keşişlərin qabağa düşməsinin səbəblərindən biri də Ermənistanda vaxtilə hakimiyyətdə olmuş R.Koçaryan və S.Sarkisyan kimi müharibə canilərinin rəhbərlik etdikləri siyasi qrupların erməni cəmiyyətinin etimadından tam məhrum olmalarıdır. Lakin keşişlər də N.Paşinyanın hakimiyyətinə qarşı yeni siyasi qüvvə olaraq meydana çıxmağa çalışsalar da, elə ilk həmlədə ciddi fiaskoya uğradılar. Bir neçə ay əvvəl İrəvana doğru yürüşə başlayan arxiyepiskop Baqrat Qalstanyan "terror aktlarının hazırlanması və hakimiyyəti ələ keçirməyə cəhd" maddəsi ilə ittiham olunaraq saxlanılıb.

Bütün ermənilərin katolikosu II Qaregin isə subaylıq andını pozmaqda ittiham olunur. Bir müddət əvvəl N.Paşinyan bildirib ki, II Qareginin subaylıq andını pozduğu və övladının olduğu üzə çıxarsa, o, bütün ermənilərin katolikosu ola bilməz. Katolikos özü isə bu ittihamlara konkret cavab vermədiyindən N.Paşinyan bildirib ki, susmaq razılıq deməkdir və faktiki olaraq onu katolikosluqdan kənar edir. 

Hazırda Ermənistanda kilsə ilə hökumət arasında gərginlik artan xətlə yüksəlir, baş nazir kilsəni ölkədə hərbi çevriliş hazırlamaqda ittiham edir. Ən əsası isə odur ki,  N.Paşinyan katolikos II Qareginin öz vəzifəsini tərk etməsində israrlıdır. Son olaraq N.Paşinyan avqustun sonlarında bildirib ki, kilsə ilə bağlı mövqeyi dəyişməyib və heç bir halda dəyişə bilməz. 

Ermənistandakı bu siyasi gərginliyin fonunda görünən odur ki,  kilsə proqnozların əksinə olaraq cəmiyyətdən istədiyi dəstəyi ala bilmir. Erməni cəmiyyəti R.Koçaryan və S.Sarkisyana etimad göstərmədikləri kimi kilsəyə də dəstək vermirlər. Sadə ermənilər o qənaətdədirlər ki, dini liderlər cəmiyyətə sağlam dəyərləri təlqin etmir, insanları düzgün yola istiqamətləndirmirlər.

Bu baxımdan cəmiyyətdən dəstək almayan II Qaregin artıq həllini tapmış Qarabağ məsələsindən bəhs etməklə və ya Azərbaycanın guya Qarabağda erməni irsini dağıtması kimi cəfəng fikirlər söyləməklə, sadəcə, ictimai rəyi özündən və kilsədən yayındırmağa çalışır. Ümumiyyətlə isə, nəinki Qarabağ və Şərqi Zəngəzurda, bütün Cənubi Qafqazda ermənilərin hər hansı tarixi dini-mədəni abidəsinin olmasına dair iddialar isə cəfəngiyyatdan və xülyadan başqa bir şey deyil. 


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!