26 Fevral 2026 09:09
158
SİYASƏT
A- A+
İƏT Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb

İƏT Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb


İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda 1992-ci ildə Azərbaycan Respublikasının Xocalı şəhərində törədilən soyqırımının 34-cü ildönümü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Tahanın həlak olanların xatirəsini ehtiramla yad etdiyi bildirilir.

Baş katib Xocalı hadisəsinin Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsi olduğunu bir daha vurğulayıb. O, 2013-cü ildə Qahirədə keçirilmiş İslam Zirvə Toplantısının 12-ci sessiyasında qəbul edilmiş Qahirə Yekun Bəyannaməsinə (117-ci bənd) və 2025-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında qəbul edilmiş “1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik haqqında” 46/51-POL saylı Qətnaməyə istinad edib, işğal olunmuş Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi vəhşilikləri müharibə cinayəti, insanlıq əleyhinə cinayət və soyqırımı kimi qiymətləndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiyevdə Xocalı soyqırımı qurbanları anılıb

14:27
26 Fevral

Tarixi ədalətin bərpasının parlaq rəmzi  

14:25
26 Fevral

Milli hisslərini itirmiş qrupun nümayiş etdirdiyi mənəvi aşınma

14:02
26 Fevral

Sabah hava bəzi yerlərdə yağıntılı olacaq, arabir güclənən külək əsəcək  

12:50
26 Fevral

Naxçıvanda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

12:49
26 Fevral

Media: ABŞ İranın ali dini liderinə hücum ehtimalını istisna etməyib  

12:37
26 Fevral

Media: Trampın müşavirləri İrana məhz İsrailin hücum etməsinin daha faydalı olacağını düşünürlər

12:32
26 Fevral

Milli Məclisin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

12:31
26 Fevral

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib YENİLƏNİB  

12:16
26 Fevral

Viktor Orban Zelenskini Macarıstanı münaqişəyə cəlb etməyə çalışmaqda günahlandırıb

12:01
26 Fevral

“TRT Haber”: Xocalı faciəsi XX əsrin ən qanlı hadisələrindən biridir

11:56
26 Fevral

Türkiyə-Azərbaycan biznes şurasının sədri: Ölkələrimiz bundan sonra da Qafqazda aparıcı rol oynayacaq və yeni təşəbbüslərin lideri olacaq  

11:49
26 Fevral

Türk ekspert: Prezident İlham Əliyevin Sülh Şurasındakı iştirakı haqlının güclü olduğu bir dünya nizamı üçün ümid işığıdır

11:36
26 Fevral

Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

11:30
26 Fevral

Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib

11:28
26 Fevral

Azərbaycanın gənclər və könüllü təşkilatları Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb

11:28
26 Fevral

Türkiyə XİN: Can Azərbaycanın ağrısını daim qəlbimizdə hiss edirik  

11:17
26 Fevral

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

11:12
26 Fevral

Türk Dünyası Parlamentarilər Birliyi: Xocalı cinayətlərinin iddia müddəti yoxdur  

11:01
26 Fevral

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi: 613 azərbaycanlı bacı-qardaşımızı ehtiramla anırıq  

10:52
26 Fevral

BMT: Dünyada 1 milyarddan çox insan yaxın beş ildə öz torpaqlarından və evlərindən məhrum olmaqdan ehtiyatlanır  

10:49
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!