15 Fevral 2024 09:50
5548
Təhsil
A- A+
"İdrak" təfəkkür formalaşdıran liseydir

"İdrak" təfəkkür formalaşdıran liseydir

 

Ötən il məzunların hamısı tələbə adını qazanıb 

 

Sumqayıt şəhərinin Səməd Vurğun küçəsində yaşıllıqlarla əhatə olunmuş yaraşıqlı bir bina da var. Bu binadan hər 45 dəqiqədən bir dahi Üzeyir bəy Hacıbəylinin "Koroğlu" uvertürasının sədaları gəlir. 
Burada dərsin başlanmasını və sona çatmasını bildirən zəng üçün bu musiqini seçiblər. Zəng həm də yaxınlıqdan ötüb keçənlərə burada məktəb olduğunu xəbər verir. Lakin bu, sıradan bir təhsil ocağı deyil... 
Yaşlı sumqayıtlılar yaxşı xatırlayırlar ki, əvvəllər bura pedaqoji məktəb olub. 2008-ci ildə isə "İdrak" liseyi yaradılıb və indiyədək bir sıra uğurlara imza atıb. 
"İdrak" müasir, milli və beynəlxalq təhsil standartları əsasında fəaliyyət göstərən özəl təhsil müəssisəsi, Sumqayıtın ilk milli özəl məktəbidir. Qeyd edək ki, liseyin təsisçisi pedaqoji elmlər doktoru, professor Mönsüm Alışovdur. Hazırda o, burada elmi işçi kimi çalışır. 
Liseyin "İdrak" adlandırılması da təbii ki, təsadüfi deyil. Çünki burada zəngin təcrübə və yüksək peşəkarlığa malik müəllim kollektivi çalışır. Məktəbdə fərdi yanaşma, güclü rəqabət, bununla yanaşı, səmimi mühit hökm sürür. Dərslər interaktiv lövhələrlə keçirilir. Məktəbdə dərslər Azərbaycan, rus və ingilis dillərində aparılır.
Peşəkar pedaqoqlar tərəfindən tədris olunan və arxivləşdirilən media dərslər vasitəsilə şagirdlər evdə müəllimlərin izahını dəfələrlə izləyə və dinləyə bilirlər. Beləliklə, dərs prosesi 45 dəqiqənin hüdudlarını aşmış olur. Yəni təhsildə media dərs layihəsindən uğurla istifadə olunur.
Liseydə dərslər beynəlxalq bakalavriat proqramı ilə aparılır. Belə ki, şagird evdə dərslərini hazırlamaq üçün ona aid olan kodu açır. Növbəti dərs ona slaydlarla, animasiyalarla göstərilir. Şagird həm görür, həm eşidir, həm də maraqlı animasiyalarla ona dərs izah edilir. Buna təfəkkürün inkişafı proqramı da deyirlər. Yəni dünyagörüşü genişlənən şagird yaşına uyğun animasiyalara daha maraqla baxır, həm də dinlədikcə yaddaşı funksional şəkildə inkişaf edir. Dərsin elektron sonluğunda keçilən mövzu barədə izaha uyğun suallar çıxır. Həmin sualları sərbəst şəkildə cavablandıran şagirdin müəllimi ertəsi gün dərs müddətində cavabları yoxlayır və qiymətləndirir. Şagirdlər səliqəli yazı tərzini məktəbin ibtidai siniflərində qavrayırlar. 
Hər şagird öz elektron kodu ilə bütün dərslər və fənlər üzrə istədiyi suala elə oradaca cavab tapır. Bu təhsil formasında yeganə yazı "zaçot" dəftərində yazılı şəkildə aparılan qeydlərdir. Yerdə qalan nə varsa, hamısı elektron qaydada yerinə yetirilir.
Başqa sözlərlə desək, dünyada istifadə edilən belə tədris forması məhz "İdrak"dadır. Belə ki, bu liseydə müasir informasiya texnologiyalarının tətbiqi uğurla həyata keçirilir. Bu, Avropada da olan təhsil formasıdır. Məktəbdə müxtəlif laboratoriyalar fəaliyyət göstərir. Elmi təhlillər xaricdən gətirilən xüsusi proqram əsasında virtual şəkildə aparılır. "İdrak"ın zəngin kitabxanası da var.
Bütün bunlarla yanaşı, uşaqlar ayrı-ayrı dərnəklərdə də məşğul ola bilirlər. Şahmat, rəsm, rəqs, zəka oyunları, "Bacarıqlı əllər" və başqa dərnəklər şagirdlərin həvəslə üz tutduğu maraq dünyasıdır.
"İdrak"ın məktəbəhazırlıq proqramını keçən uşaqlar liseyin qəbul imtahanında uğurla iştirak edir, lisey həyatına çox tez və asan adaptasiya olurlar. Proqram savad təlimi, riyaziyyat, ətraf aləmlə tanışlıq, informatika, ingilis dili və rus dili məşğələlərini əhatə edir. Məşğələlər oyun formasında təşkil olunur. Uşaqlar həmçinin musiqi, idman, şahmat, rəqs kimi fəaliyyətlərlə də məşğul olur, vaxtaşırı müxtəlif tədbirlərdə və ekskursiyalarda iştirak edirlər. Onlar respublikamızın görməli yerləri ilə birbaşa, dünyanın tarixi və bu günü barədə virtual məlumat alırlar.
"İdrak"da uşaq bağçası da fəaliyyət göstərir. 4-5 yaşlı uşaqlar liseydə hazırlıq keçir və onların valideynlərinin çoxu övladlarının təhsili üçün məhz "İdrak"ı seçir. 
Şagirdlər asudə vaxtlarını da maraqlı keçirə bilirlər. Binanın həyətində yerləşən müasir tələblərə cavab verən mini futbol meydançası şagirdlərin sevimli məkanıdır.
Məktəbdə şagirdlərin qidalanması da yüksək səviyyədə təşkil olunub. Yeməkxanada onlara gündə üç dəfə keyfiyyətli ərzaqlardan hazırlanmış təamlar verilir. Bağçada hazırlıq keçənlər də, həmçinin yeməklə təmin edilir. Hər uşağın sağlamlığı diqqət mərkəzində saxlanılır. Liseyin psixoloqu şagirdlərlə mütəmadi söhbətlər aparır. Tibb bacısı səhhətində problem yaranan şagirdə ilkin yardım göstərir. Müasir idman zalında isə uşaqlara idmanın müxtəlif növləri ilə məşğul olmaq imkanı verilir. Odur ki, balaca idmançıların uğurları da az deyil.
Qısası, "İdrak"da keçirilən dərslər modelinə görə sırf dünya zəka elminin tələbləri səviyyəsində qurulur. Buna görədir ki, şagirdlər dünya zəka yarışlarında da fəal iştirak edə bilirlər. Məsələn, Məhəmməd Abbaslı Beynəlxalq Fermat Riyaziyyat Olimpiadasında birinci yeri və Kings Beynəlxalq Məktəb Olimpiadasında təbiət üzrə birinci yeri, Ayla Əliyeva beynəlxalq ingilis dili olimpiadasında gümüş medal qazanıblar. Liseyin onlarla şagirdi beyin və zəka olimpiadalarında qalib olub. Uşaqlar dünya zəka mərkəzlərinə gedir, Avropanın köksündən medallarla qayıdırlar. 
"İdrak"ın Beynəlxalq Bakalavriat təşkilatı ilə də sıx əlaqələri var. Təşkilatın nümayəndələri liseyin qonağı da olublar. Qarşılıqlı dəvət şəklində liseyin nümayəndələri  Avropa təhsil ocaqlarına səfər edir, bununla da elmi nəzəriyyələrin mübadiləsi aparılır. 
Məktəbdə keçirilən tədbirlərin əsas mövzusu isə milli-mənəvi dəyərlərimiz, vətənpərvərlikdir. Şəhidlərimiz daim yad edilir, onların şücaəti barədə uşaqlara ətraflı məlumat verilir ki, qəhrəmanlıq tariximizi unutmasınlar. Liseydə foyedə şəhidlərə aid xüsusi lövhə var. 
"İdrak"ın uğurları çoxdur. Bu liseyin nələrə nail olduğunu göstərmək üçün bəlkə təkcə elə bir faktı demək kifayətdir. Ötən il liseyi bitirən şagirdlərin hamısı ali məktəblərə qəbul olunub, həm də yüksək balla!..
"İdrak" bu gün respublikamızda zəka inkişafına söykənən, məhz onun nəhayətsiz keyfiyyətini açıb göstərən liseydir. Unutmayaq ki, elmin böyük təfəkkür addımları uşaqların bilik təməlindən başlayır. "İdrak" buna canlı nümunədir. 

Akif ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifdən

12:58
29 May

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

12:31
29 May

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

12:08
29 May

Rusiyadan Ermənistana Azərbaycan üzərindən yeni tranzit yük göndərildi

11:53
29 May

Azərbaycan neftinin qiyməti 100 dollar olub

11:34
29 May

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Litvaya səfər edib

11:17
29 May

Madridin məşhur “Cibeles” fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

11:09
29 May

Dəmiryol stansiyalarında sərhəd və gömrük nəzarətinin təşkili yoxlanılıb

10:47
29 May

Volqoqrad vilayətindəki kimya zavoduna dron hücumu: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

10:24
29 May

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb

10:09
29 May

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 92,5 milyard dolları ötüb

09:58
29 May

Tramp Ukrayna Prezidentinin məktubunu cavabsız qoyub

09:41
29 May

Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan

21:57
28 May

Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

21:40
28 May

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

20:33
28 May

Azərbaycan Ordusunda Qurban bayramı və Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

20:28
28 May

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

19:56
28 May

ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

19:24
28 May

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

19:23
28 May

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

19:21
28 May

“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər

19:19
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!