04 Aprel 2024 13:47
127
CƏMİYYƏT
A- A+
IDEA İctimai Birliyinin “Gənc arıçı” layihəsinin növbəti mərhələsi Qəbələ rayonunda keçiriləcək

IDEA İctimai Birliyinin “Gənc arıçı” layihəsinin növbəti mərhələsi Qəbələ rayonunda keçiriləcək

 

“Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən həyata keçirilən “Gənc arıçı” layihəsinin icrasına bu il Qəbələ rayonunda başlanılacaq.

Bu barədə AZƏRTAC-a IDEA İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, layihə gənclər və gənc ailələr üçün arıçılıq təsərrüfatının yaradılması və düzgün inkişaf etdirilməsinə istiqamətlənib. Layihə çərçivəsində nəzəri və praktiki təlimlərə cəlb olunması nəzərdə tutulan 20 gənc ailə bir aylıq kurs müddətini tamamladıqdan sonra arıçılıq təsərrüfatı üçün lazım olan arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər lazımi ləvazimatlarla tam təchiz olunacaq və gənc arıçılara istehsalat prosesini səmərəli icra etmələri üçün lazımi şərait yaradılacaq.

IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və “ABAD” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təşviq etmək, təbii bal istehsalının təmin olunmasına dəstək vermək, gənc ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir.

Gənc ekosahibkarlar iki il ərzində təbii artım vasitəsilə pətək saylarının çoxaldılması üçün mütəmadi olaraq təsərrüfatları mütəxəssislər tərəfindən monitorinq olunacaq və onlara lazımi məsləhətlər veriləcək. Bazar iqtisadiyyatı şəraitində rəqabətə davamlı bal istehsalı mərhələsinə çatdıqda yeni arıçılara öz məhsullarını sərgiləməklə geniş müştəri bazasına çıxış əldə etməyə və satışın səmərəli təşkilinə kömək göstərilməsi planlaşdırılıb.

Məlumdur ki, arı və digər tozlandırıcılar biomüxtəlifliyin mühafizəsində vacib rol oynayır və arıçılıq kənd təsərrüfatının ekoloji baxımdan ən təhlükəsiz, eyni zamanda, faydalı növü hesab edilir. Bunu nəzərə alan IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə arıçılığa dəstək məqsədilə ölkəmizdə nektar verən ağacların əkilməsi üzrə kütləvi ağacəkmə aksiyaları keçirir və ekosistemdə vacib rol oynayan arıların qorunmasında hər birimizi aktiv iştirak etməyə çağırır.

Layihədə iştirak etmək istəyən gənclərin aprelin 10-dək müraciətlərini IDEA İctimai Birliyinin qaynar xətti 1113 və ya e-mail ünvanına ([email protected]) göndərmələri və yaxud Qəbələ Rayon Məşğulluq Mərkəzinə yaxınlaşaraq qeydiyyatdan keçməsi xahiş olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!