10 İyun 2025 14:57
446
CƏMİYYƏT
A- A+
İdarə Heyətinin sədri: Qarabağ və Şərqi Zəngəzurda yeni DOST mərkəzləri və filialları açılacaq

İdarə Heyətinin sədri: Qarabağ və Şərqi Zəngəzurda yeni DOST mərkəzləri və filialları açılacaq


DOST Agentliyi fəaliyyətə başladığı gündən ölkə əhalisinin dövlət tərəfindən təklif edilən əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə DOST mərkəzləri şəbəkəsi vasitəsilə müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışını təmin edib. Ötən dövr ərzində DOST mərkəzlərində 3,6 milyona yaxın vətəndaşa xidmət göstərilib. DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98,5 faizdir. Əsas hədəf sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açmaq, hər kəsə dost məramı ilə yanaşmaq, şəffaflıq, operativlik və vətəndaş məmnunluğunu təmin etməkdən ibarətdir.

Bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

O bildirib ki, DOST konsepsiyası 13 istiqamət üzrə 161 sosial xidmətin “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim olunmasına imkan yaradır: “Fəaliyyətə başladığı gündən indiyədək DOST mərkəzlərində sosial müdafiə istiqaməti üzrə 1,8 milyondan çox (61,5 faiz), məşğulluq 720 minə yaxın (20,0 faiz), əlillik 280 mindən çox (7,8 faiz), əmək münasibətləri 38 minə yaxın (1,1 faiz), VƏM üzrə 93 mindən çox (0.03 faiz), arayışların verilməsi 23 mindən çox (0,6 faiz), elektron və yardımçı funksional xidmətlər üzrə isə 600 mindən çox (16,7 faiz) vətəndaş müraciəti qeydə alınıb. Mərkəzlərdə vətəndaşların növbədə orta gözləmə müddəti 3 dəqiqə 12 saniyə təşkil edir. Eyni zamanda, DOST mərkəzlərinə müraciət edən vətəndaşlara müvafiq xidmətlərin göstərilməsinin orta müddəti isə 7 dəqiqə 21 saniyədir”.

Xidmətin əhatə dairəsi barədə danışan Agentliyin sədri deyib: “İndi ölkə üzrə 5-i Bakıda, 1-i Abşeronda, 1-i Bərdədə olmaqla, 7 DOST mərkəzi əhaliyə xidmət edir. Həmçinin Zəngilan rayonunun Ağalı kəndində “Smart DOST” məntəqəsi və Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı fəaliyyət göstərir. Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST xidmətləri şəbəkəsinin qurulması üçün layihə, təmir-tikinti işləri aparılır. Ümumilikdə 17 yeni Regional DOST mərkəzi və ətraf rayonlar üzrə onların 55 filialı yaradılacaq və bütün ölkə DOST xidmətləri ilə əhatə olunacaq.

Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş bölgələrdə DOST xidmətləri şəbəkəsinin qurulmasına dair “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı işlənib hazırlanıb. Həmin proqrama uyğun olaraq indiyədək Zəngilan rayonunun Ağalı kəndində “Smart DOST” məntəqəsi və Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı fəaliyyətə başlayıb. Proqram əsasında Qarabağ və Şərqi Zəngəzurda yeni DOST mərkəzləri və filialları, “Smart DOST” xidmət məntəqələrinin açılması nəzərdə tutulub. İşğaldan azad edilmiş bölgələrdə DOST konsepsiyasının tətbiqi ilə bu ərazilərdə yaşayan və işləyən vətəndaşlarımız əmək, məşğulluq, sosial müdafiə sahəsində 100-dən çox xidmətdən şəffaf, rahat, əlçatan şəkildə faydalanır. Bundan başqa Ağalı kəndində “Smart DOST” məntəqəsi və Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialında fəaliyyət göstərən əməkdaşların, həmçinin könüllülərin həmin bölgədə yaşayan sakinlərdən ibarət olması təmin edilib”.

Müsahibimiz DOST TV-nin fəaliyyəti barədə də bəhs edib: “Ötən ilin aprel ayından fəaliyyət göstərən DOST TV-nin məqsədi əmək, məşğulluq, sosial müdafiə, sosial təminat və digər bu kimi sahələrdə mövcud vəziyyət, imkanlar və yeniliklər haqqında operativ və dəqiq məlumat verməkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet resursu olan DOST TV izləyiciləri ilə birbaşa təmasda, canlı yayım rejimində çalışır. Onun vasitəsilə vətəndaşların suallarına cavablar verilir, onların ehtiyac və problemləri daha dərindən öyrənilir. DOST TV həmçinin, ictimaiyyəti maarifləndirərək sosial xidmətlərə əlçatanlığı artırır və təşkilatla vətəndaşlar arasında daha şəffaf ünsiyyət qurulmasına imkan yaradır. Rəqəmsal dövrün çağırışlarına cavab olaraq yaradılan həmin televiziya kanalı sosial rifahın yüksəldilməsinə, vətəndaşların hüquqlarının və imkanlarının daha geniş şəkildə tanıdılmasına xidmət edir”.

“Hazırda “DOST” xidmətlərinin rəqəmsallaşdırılması, eləcə də, ölkənin digər rayonlarında “DOST” mərkəz və filial şəbəkəsinin qurulması prosesi davam etdirilir. “DOST” xidmətlərinin optimallaşdırılması və inkişaf etdirilməsi, mövcud xidmətlərin təkmilləşdirilməsi və yeni xidmətlərin əhatə edilməsi, sosial əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi, habelə “DOST” konsepsiyasının beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyətin davam etdirilməsi kimi məsələlər Agentliyin strateji prioritetlərini təşkil edəcək”, - deyə DOST Agentliyinin İdarə Heyətinin sədri bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!