20 İyun 2024 22:16
469
SİYASƏT
A- A+
İcraçı direktor: Bakı Təşəbbüs Qrupu müstəmləkə regionlarının azadlıq mübarizəsini dəstəkləməyə davam edəcək

İcraçı direktor: Bakı Təşəbbüs Qrupu müstəmləkə regionlarının azadlıq mübarizəsini dəstəkləməyə davam edəcək

 

Bakı Təşəbbüs Qrupu (BTQ) davamlı olaraq müstəmləkəçiliyə məruz qalmış regionlarda real vəziyyəti dünya ictimaiyyəti qarşısında qaldırır.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov iyunun 20-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “Müstəqilliyə və fundamental azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu” adlı beynəlxalq konfrans iştirakçılarına videomüraciətində səsləndirib.

Onun sözlərinə görə, BTQ bərabərliyin və ədalətin əsas dəyərlərini qorumaq üçün fəaliyyətini davam etdirəcək. “Biz inanırıq ki, insan haqlarının təbliği və müdafiəsi vasitəsilə müstəmləkəçiliyin aradan qaldırılmasına vacib töhfə verəcəyik. Bu baxımdan Bakı Təşəbbüs Qrupu bir sıra beynəlxalq tədbirlər keçirib və kolonializmin siyasi, iqtisadi və mədəni nəticələrinə, müstəmləkə ölkələrində insan haqlarının pozulmasına dair müzakirələr təşkil edib”,- deyə Abbas Abbasov bildirib.

BTQ-nin icraçı direktoru qeyd edib ki, Fransanın nəzarəti altında olan xalqların öz müqəddəratını təyinetmə hüquqlarını görməzdən gələn müstəmləkə doktrinasına uyğun olaraq hakimiyyətin davamlı səyləri nəticəsində kanaki xalqı çətin vəziyyət yaşayır: “Fransanın son günlər Yeni Kaledoniyada fundamental insan hüquqlarını pozması göstərir ki, Fransa hökuməti BMT Baş Assambleyasının dənizaşırı ərazilərin dekolonizasiyasına dair qətnamələrinə əməl etmək niyyətində deyil. Biz kanak xalqı ilə tam həmrəyliyimizi ifadə edirik”.

Abbas Abbasov əlavə edib ki, kanak və digər müstəmləkə xalqlarını müstəqillik mübarizəsini dəstəkləmək beynəlxalq hüququn verdiyi öhdəlikdir və Bakı Təşəbbüs Qrupu müstəmləkə regionlarının azadlıq uğrunda ədalətli mübarizəsini dəstəkləməyə davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!