11 İyun 2026 11:23
156
İQTİSADİYYAT
A- A+
İcraçı direktor: Azərbaycanın süni intellekt iqtisadiyyatında regional mərkəzə çevrilməsi potensialı böyükdür  

İcraçı direktor: Azərbaycanın süni intellekt iqtisadiyyatında regional mərkəzə çevrilməsi potensialı böyükdür  


Azərbaycan süni intellekt iqtisadiyyatının inkişafı üçün mühüm üstünlüklərə malikdir və bu sahədə regional mərkəzə çevrilmək potensialına sahibdir.

AZƏRTAC xəbər verir ki, bu fikri 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransında səsləndirib. F.Cəfərov bildirib ki, süni intellekt qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən birinə çevrilir. Onun sözlərinə görə, “NVIDIA” şirkətinin qiymətləndirmələrinə əsasən, 2040-cı ilədək süni intellekt iqtisadiyyatının qlobal iqtisadiyyata töhfəsi 22 trilyon ABŞ dollarına çata bilər.

O qeyd edib ki, süni intellekt iqtisadiyyatının inkişafı beş əsas sütuna – enerji, infrastruktur, çiplər, modellər və tətbiqlərə əsaslanır. Bu sahədə əsas çağırışlardan biri isə enerji təminatıdır. “Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, data mərkəzlərinin enerji tələbatı 2030-cu ilədək iki dəfədən çox artacaq. Süni intellekt iqtisadiyyatının əsas məhdudlaşdırıcı amillərindən biri məhz enerji resurslarıdır”, – deyə o vurğulayıb.

İcraçı direktor bildirib ki, Azərbaycan son üç ildə rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində mühüm addımlar atıb. Hazırlanan Rəqəmsal İqtisadiyyat Strategiyası çərçivəsində 2026–2029-cu illərdə 300-dən çox yerli şirkət və kiçik, orta biznes subyektinin rəqəmsal transformasiya proqramlarına cəlb edilməsi planlaşdırılır.

Onun sözlərinə görə, rəqəmsal transformasiya yalnız texnologiyanın tətbiqi ilə məhdudlaşmır. Bu proses biznes modellərinin yenilənməsini, insan kapitalına investisiyaların artırılmasını və müasir infrastrukturun qurulmasını tələb edir. F.Cəfərov qeyd edib ki, Azərbaycan süni intellekt ekosistemində yalnız istifadəçi deyil, həm də infrastruktur təminatçısı kimi çıxış edə bilər.

“Ölkəmiz enerji resursları, coğrafi mövqeyi və rəqəmsal bağlantı imkanları hesabına iri data mərkəzlərinin yerləşdirilməsi üçün əlverişli şəraitə malikdir. Bu da Azərbaycanın süni intellekt sahəsində strateji mövqeyini gücləndirə bilər”, – deyə o bildirib.

İcraçı direktor əlavə edib ki, SOCAR ilə ABŞ-nin aparıcı texnologiya şirkətlərindən biri olan “Oracle” arasında Azərbaycanda data mərkəzinin yaradılması istiqamətində əməkdaşlıq bu sahədə atılan mühüm addımlardan biridir.

F.Cəfərov, həmçinin Trans-Xəzər fiber-optik kabel layihəsinin Azərbaycanı Avropa və Asiyanı birləşdirən rəqəmsal bağlantı mərkəzinə çevirmək potensialına malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, yüksək bağlantı imkanları qlobal texnologiya şirkətlərinin ölkəyə cəlb olunmasında əsas amillərdən biridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA 

16:19
11 İyun

Böyük Britaniyanın müdafiə naziri istefa verib

15:41
11 İyun

Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir

15:40
11 İyun

AHİK: Yollayışların verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir

15:24
11 İyun

Sadiq Qurbanov: Azərbaycan kənd təsərrüfatına yararlı torpaq fonduna görə bir çox Avropa ölkəsini üstələyir  

15:16
11 İyun

Rusiya Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub  

14:53
11 İyun

“Reuters”: ABŞ ilə İran arasında dondurulmuş vəsaitlər üstündə mübahisə gedir

14:48
11 İyun

Komitə sədri: 2026-2030-cu illər üzrə Dövlət Proqramı aqrar sahənin inkişafı üçün aydın yol xəritəsidir  

14:43
11 İyun

Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq

14:41
11 İyun

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahdan

14:40
11 İyun

Azərbaycan və İran arasında yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb  

14:36
11 İyun

Məcnun Məmmədov: Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahədir  

14:31
11 İyun

Çin sınaq peykini kosmosa göndərib

14:21
11 İyun

Məhərrəm ayının başlanacağı tarix açıqlanıb

14:09
11 İyun

Bu ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 3 min 766 fakt aşkar edilib

13:59
11 İyun

Kəşmirin Pakistanın nəzarətində olan hissəsində baş verən qəzada 22 pakistanlı hərbçi həlak olub  

13:56
11 İyun

Yunanıstan səfiri “ASAN xidmət”də

13:32
11 İyun

Sabah bəzi yerlərdə yağış yağacaq

13:01
11 İyun

Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər

12:49
11 İyun

Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib

12:38
11 İyun

DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb

12:36
11 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!