Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər
tutaraq, "İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1440-VQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "İcra
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını
üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını
nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll etsin.
2. "İcra haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002, № 3, maddə 122; 2006, № 5, maddə 409, № 7, maddə
590; 2007, № 6, maddə 606; 2010, № 7, maddə 610; 2011, № 4, maddə 280) 2-ci hissəsində
aşağıdakı dəyişikliklər edilsin:
2.1. ikinci-altıncı
abzaslar müvafiq olaraq 2.1-2.5-ci bəndlər hesab edilsin;
2.2. 2.2-ci
bənddə "və 41-ci maddələrində” sözləri "maddələrində və 41.1-ci maddəsinin birinci
cümləsində” sözləri ilə əvəz edilsin;
2.3. 2.5-ci
bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 2.6-cı bənd əlavə edilsin:
"2.6. həmin
qanunun 41.2-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi”
dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron icra” informasiya
sistemi nəzərdə tutulur.”.
3. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının və normativ xarakterli aktların "İcra haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
28 dekabr 2018-ci il