05 Aprel 2023 01:01
511
ELANLAR
A- A+
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramının icrası üçün məsrəf mallarının satın alınması məqsədilə açıq tender elan edir

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramının icrası üçün məsrəf mallarının satın alınması məqsədilə açıq tender elan edir

 

Malgöndərənlərə (podratçılara) təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanından (Əlaqələndirici şəxs: Səbinə Məmmədova, telefon: (+994 12) 310 07 70 (daxili 4444), E-mail: [email protected]) ala bilərlər. 
Tender 1 LOT üzrə keçirilir:
LOT-1. Xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramının icrası məqsədilə məsrəf mallarının satın alınması.
İştirak haqqı:  1,500.00 (bir min beş yüz) manat.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Təşkilat: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs
VÖEN: 1701911851
Hesab: AZ52AIIB38090019440013375105
Bank: Kapital Bank ASC Səbail filialı
Bankın VÖEN-i: 9900003611
Kod: 200059
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
S.W.I.F.T.BIK -AIIBAZ2X
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1) Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
2) Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3) Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanından arayış (27.03.2023-cü il tarixdən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır); 
4) İddiaçının son (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
5) İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
6) Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra azı 90 bank günü qüvvədə olmalıdır);
7) Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
8) Tender iştirakçısının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması və yaxud müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd - Kommersiya Məhkəməsindən və ya Dövlət Vergi Xidmətindən Yüklülük haqqında arayış (27.03.2023-cü il tarixdən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır); 
9) Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması haqqında arayış (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır);
10)  Sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış (malgöndərən uçotda olduğu statistika orqanından alır);
11)  Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);
12)  İcraçı ləvazimatların istehsal olunduğu və ya satın alındığı ölkənin səlahiyyətli və/və yaxud istehsalçı müəssisəsi tərəfindən verilmiş malların keyfiyyət sertifikatını və istehsalçının təsdiq forması (MAF- Manufacturer's Authorization Form);
13)  İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
14) Tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 02.05.2023-cü il saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 11.05.2023-cü il saat 18:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 12.05.2023-cü il saat 16:00-da Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. İddiaçı əsas şərtlər toplusunun məzmununu, o cümlədən təlimatları, formaları və şərtləri tam olaraq öyrənməlidir. Əsas şərtlər toplusunu almış iddiaçının əsas şərtlər toplusunun məzmunundan, o cümlədən təlimatlardan, forma və şərtlərdən kənar təklif verməsi onu bu məsuliyyətdən azad etmir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

15:51
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!