"Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında"Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 5, maddə 453 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.1-ci bənddə "normayaratma fəaliyyətinin" sözləri "normativ hüquqi aktların" sözləri ilə, "yüksəldilməsi" sözü "artırılması" sözü ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi" üzrə:
2.1. 1.1-ci bənddə "normayaratma fəaliyyətinin" sözləri "normativ hüquqi aktların" sözləri ilə,"yüksəldilməsi" sözü "artırılması" sözü ilə əvəz edilsin;
2.2. 2.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
"2.1.2. qanunvericiliyin inkişafında və təkmilləşdirilməsində iştirak etmək, o cümlədən hüquqi boşluqların və qanunvericilikdə kolliziyaların aşkar edilməsi və aradan qaldırılması üçün təkliflər vermək;";
2.3. aşağıdakı məzmunda 2.1.4-1-ci, 3.1.3-1-ci və 3.1.3-2-ci yarımbəndlər əlavə edilsin:
"2.1.4-1. normativ hüquqi aktların keyfiyyətinin artırılmasında iştirak etmək;";
"3.1.3-1. mövcud normativ hüquqi bazanın monitorinqinin aparılması nəticəsində normayaratma fəaliyyətinin effektivliyinin artırılması istiqamətində təkliflər vermək;
3.1.3-2. normativ hüquqi aktların keyfiyyətinin artırılması ilə bağlı təkliflər vermək;";
2.4. 2.1.5-ci və 3.1.4-cü yarımbəndlərə "sifarişi əsasında" sözlərindən sonra ", habelə öz təşəbbüsü ilə" sözləri əlavə edilsin;
2.5. 3.1.10-cu yarımbənddə "əsasında" sözü "ilə" sözü ilə əvəz olunsun və həmin yarımbəndə "tətbiqi sahəsində" sözlərindən sonra "müqavilə əsasında" sözləri əlavə edilsin;
2.6. 4.7.4-cü və 4.22.15-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
"4.7.4. Mərkəzin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, habelə Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;";
"4.22.15. bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, Mərkəzin işçilərinin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin, habelə tabeliyindəki digər qurumların və təsərrüfat cəmiyyətlərinin idarəetmə orqanlarının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həmçinin onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Şura ilə razılaşdırmaqla qərarlar qəbul etmək;";
2.7. 4.7.7-ci yarımbəndə "cəmiyyətlərinin" sözündən sonra "və tabeliyindəki digər qurumların" sözləri əlavə edilsin;
2.8. 5-ci hissənin adında "mənfəəti" sözü "maliyyə fəaliyyətinin əsasları" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2024-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2
09 May
Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb
09 May
İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır ...
09 May
“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO ...
09 May
Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb ...
09 May
Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən ad...
09 May
Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar
09 May
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
09 May
Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib
09 May
Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlar...
09 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!