14 Mart 2023 01:32
1410
İQTİSADİYYAT
A- A+
Humanitar yardım - diqqət, dəstək, həmrəylik

Humanitar yardım - diqqət, dəstək, həmrəylik

 

Azərbaycan dünyada həm də xeyirxah və mərhəmətli ölkə kimi tanınır

 

Humanitar yardımın  əsas məqsədi insana, insanlığa xidmət etməkdir. Dünyanın müxtəlif yerlərində baş verən təbii fəlakətlərin, törədilən faciələrin fəsadlarının aradan qaldırılması və zərərçəkən insanların yaşam şəraitinin bərpa edilməsi humanitar yardımın  vəzifəsidir. Başqa sözlə, təbii fəlakətlər və faciələr nəticəsində ortaya çıxan riskin azaldılması humanitar yardım sistemi ilə həyata keçirilir.  Beynəlxalq Qırmızı Xaç Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı, digər beynəlxalq qurumlar, donor agentliklər və qeyri-hökumət təşkilatları bu sistemin vacib iştirakçılarıdır.
Son 10-15 ildə Azərbaycan humanitar yardım siyasətinin önəmli iştirakçılarından birinə çevrilib. Ölkəmizdə dövlət siyasətinin mərkəzində insan amili dayandığı üçün humanitar yardım da qaçılmazdır. Azərbaycan  təbii fəlakətlərdən, müharibələrdən əziyyət çəkən ölkələrə ilk yardım edən dövlətlər sırasındadır. Maddi  yardım göstərmək təkcə siyasi idarəçilik deyil, həm də şəfqətdir, mərhəmətdir. Azərbaycan dövləti bu mərhəməti və şəfqəti pandemiya dövründə sərgiləmişdir. Qoşulmama Hərəkatının Sədri olan Prezident İlham Əliyev həmin vaxt təklif etmişdi ki,  BMT Baş Assambleyasının hökumət və dövlət başçıları səviyyəsində xüsusi sessiyası çağırılsın. Videokonfrans şəklində keçirilən bu sessiyada dünyanın 130-dan çox dövləti iştirak edirdi və onların  hamısı Azərbaycan Prezidentinin təklifini qəbul etdi. Bu, həm də o zaman idi ki, peyvəndlərlə bağlı ikili standartlar açıq-aydın hökm sürürdü. Ona görə də İlham Əliyev sözügedən videokonfransda həmin ayrı-seçkiliyə qarşı etirazını da bildirmişdi. 
Dövlətimizin başçısı bir neçə gün öncə X Qlobal Bakı Forumunun açılışındakı çıxışında da ozamankı fikirlərini təkrar dilə gətirdi: "Biz pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. Biz COVID 19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik. Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik".
Vaxt var idi Azərbaycan xarici ölkələrdən maddi dəstək alır, beynəlxalq humanitar təşkilatların yardımına möhtac olurdu. Amma bu gün tam əksinədir. Azərbaycan özü imkansız ölkələrə humanitar yardımlar göstərir, əl tutur. Bu cür yardımlar 2011-ci ildən Asiya, Afrika, Latın Amerikası ölkələrinin bir çoxuna edilib. 2014-cü ildə leysan yağışları üzündən daşqınlara məruz qalan Serbiya, Bosniya və Herseqovinaya da Azərbaycan humanitar yardımlar göndərib. Təkcə bunlarmı? Yox, əlbəttə. Ötən il Ukrayna xalqına göstərilən humanitar yardımı qeyd edə bilərik. Ümumi çəkisi 170 tondan artıq olan həmin  humanitar yardıma 3,37 milyon manatlıq dərman vasitələri və tibbi sərfiyyat malları, eləcə də 1 milyon manatlıq ərzaq məhsulları daxil idi. Bundan başqa, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycan tərəfindən Moldovaya pənah aparan  ukraynalı qaçqınlar üçün ümumi məbləği 23,2 milyon manatdan artıq olan 550 tona yaxın humanitar yardım göndərilmişdir. 
Fevralın 6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatının olması ölkəmizdə böyük kədərlə qarşılandı. Hər kəsin içində baş qaldıran yardım hissi, kömək duyğusu anındaca insanları və dövləti səfərbər etdi. Təsadüfi deyil ki, Türkiyəyə qardaş yardımı ilə ilk çatan Azərbaycan oldu.  Prezident  İlham  Əliyevin sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin  xüsusi riskli axtarış və qəza-xilasetmə dəstələri təcili surətdə  Türkiyəyə göndərildi.  Dövlətimizin, eləcə də Heydər Əliyev Fondunun  qardaş ölkəyə yardımı bu gün də davam edir.
Vətən, xalq, millət, qardaş sevgisi  hər bir Azərbaycan vətəndaşının qanında, canında daşıdığı bir dəyərdir. Bu dəyərin nə qədər böyük bir sərvət olduğunu bəzən anlaya bilmirik. Bəzən də o dəyərin içində itib-batırıq, sərvətin üstünə sərvət əlavə edirik - qardaş Türkiyədə zəlzələ fəlakətinin içinə düşmüş  qardaşlarımızın yardımına ilk qaçdığımız kimi. Qardaşın qardaşa olan sevgisi heç vaxt tükənməz, bitməz.  Çünki sevgi Allahın lütfüdür. Bu qardaş sevgisini həmin günlərdə bütün dünya gördü. Bundan şok olan da tapıldı, heyrətdən gözləri bərələni də gördük.
 Humanitar yardım insanların milliyyətinə,  irqinə, cinsinə, dini etiqadına, siyasi mənsubiyyətinə və   baxışlarına görə edilmir. Humanitar yardım zərərçəkmiş insanların həyatlarının yenidən qurulmasına dəstəkdir, həmin ölkə ilə həmrəylik nümayiş etdirməkdir. Məhz bu dəstək beynəlxalq arenada Azərbaycanın nüfuzundan, siyasi gücündən xəbər verir. 
Amma bu da bir faktdır ki, Azərbaycan dövlətinin humanitar yardım siyasəti xalqın iradəsinə və milli-mənəvi dəyərlərinə bağlı olduğu qədər də iqtisadiyyatının imkanından asılıdır. Bu gün iqtisadiyyatımız elə bir zirvəyə qədəm qoyub ki, Azərbaycan bütün dünyada ehtiyacı olana əl tuta, köməyinə çata bilir. 

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

Media: Azərbaycan WUF13 platformasında dünyaya şəhərlərin inkişafına dair öz vizyonunu nümayiş etdirib  

19:21
23 May

Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb  

17:27
23 May

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib

16:59
23 May

Səudiyyə Ərəbistanı milyon yarımdan çox zəvvarın təhlükəsizliyi və rahatlığı ilə bağlı görülən tədbirləri açıqlayıb  

16:27
23 May

Ekvadorlu tədqiqatçı: Azərbaycanın “ağıllı şəhər” təcrübələrinin Latın Amerikasında tanıdılmasında maraqlıyıq  

15:54
23 May

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

15:23
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!