26 Sentyabr 2025 13:21
383
SİYASƏT
A- A+
Hulusi Kılıç : BMT Qafqazdan doğan sülh Günəşinin dünya üçün yeni bir şans yaratdığına şahiddir  

Hulusi Kılıç : BMT Qafqazdan doğan sülh Günəşinin dünya üçün yeni bir şans yaratdığına şahiddir  


Artıq neçə gündür ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası keçirilir. Dünya liderləri o uca tribunadan çıxış edərək planetimizin bu günü və gələcəyinə dair mesajlar verir, öz dəyərli fikirlərini, irad və təkliflərini bölüşürlər. Heç şübhəsiz ki, həmin tədbirdə Prezident İlham Əliyevin nitqi çox fərqli, maraqlı və zənginliyi ilə seçildi. Onun tərəfindən verilən mesajlar, sadəcə, Azərbaycan üçün deyildi, o dəyərli sözlər həm də bütün bəşəriyyətin gələcəyinə işıq tutan böyük dövlət xadiminin hamı üçün çox faydalı ola biləcək məsləhət və tövsiyələri idi. Dünən insanlıq dünya səviyyəli bir dövlət ağlının çözülməsi faktiki qeyri-mümkün görünən problemləri qrossmeyster ustalığı, zəkası ilə necə həll etdiyinin həm də bir növ tarixçəsini eşitmiş oldu. Prezident İlham Əliyev BMT-nin ali kürsüsündə öz dərin məzmunlu çıxışı ilə ümumbəşəri, o cümlədən də regional məsələlərlə bağlı çox aydın, onların həllinə məntiqli yanaşması ilə bir daha insanlığa sözün əsl mənasında master-klas keçdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İB-nin Türkiyə təmsilçisi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin üzvü Hulusi Kılıç deyib.

O əlavə edib: “Cumhurbaşkanımızın ilk cümləsi həqiqətən də çox-çox önəmli, tutarlı və hədəfə yönəlmiş çox sərrast ifadə idi. Dövlət başçısı həmin dəyərli sözləri ilə ona işarə etdi ki, burada əvvəllər çıxış edərkən Ermənistanın ərazilərimizi işğalından, qaçqın və məcburi köçkünlərimizlə bağlı problemlərdən danışardım. Amma indi münaqişə bitib. Yeni bir reallıq yaratmışıq. Hörmətli Prezidentimiz ərazilərimizin işğalına 30 il göz yumanlara öz kəsərli sözünü deməklə yanaşı, əzilən xalqlara, zülmə, istismara, işğala məruz qalmış ölkələrə ümid ola biləcək ismarışlar da verdi. Biz təslim olmadıq, əyilmədik, dik durduq, milli qürurumuzu qoruyub saxlamağı bacardıq və haqsız işğala son qoyduq. Haqsızlıqla barışmadıq. BMT, ATƏT başda olmaqla beynəlxalq təşkilatların bizim ən ağrılı problemimizə faktiki laqeyd münasibətinə rəğmən ədaləti özümüz bərpa etdik və bu mənada hamıya nümunə olduq. Azərbaycan Prezidentinin ilk cümləsini çıxışı dinləyən, o salonda olan və yaxud olmayan hər kəs belə başa düşdü: Əsla ədalətsizliyə, zülmə, işğala boyun əyməyin, haqqınızı qoruyun!”.

Hulusi Kılıç daha bir məqamı xüsusilə vurğulayıb: “Xarici siyasətimiz tam praqmatik ənənələr üzərində qurulub. Biz regionda və dünyada sülh və ümumbəşəri barış üçün səylə çalışan dövlətik. Əlbəttə, bu məsələdə öz qatqısı olan ölkələrin rolunu və iştirakını, səylərini də alqışlayırıq. Məsələn: ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik dövrü başlayandan bəri dünyada sülh üçün atdığı addımları, həmçinin ölkəmizlə əlaqələrin inkişafına verdiyi töhfələri Azərbaycan təbii ki, yüksək qiymətləndirir. Bu il avqustun 8-də Vaşinqtonda Ermənistanla əldə olunmuş və bilvasitə Trampın şahidliyi ilə imzalanmış razılaşmalar təkcə region üçün deyil, bütün qitə və dünya üçün müstəsna əhəmiyyətli tarixi sənədlərdir. TRIPP marşrutu, yəni, Zəngəzur dəhlizi ilə bağlı əldə edilmiş razlaşmalardan hamı faydalanacaq”.

“İMZA” İB-nin Türkiyə təmsilçisi qeyd edib ki, Azərbaycan Prezidenti Zəngəzur dəhlizi məsələsini gündəmə gətirəndə bəzi regional və qeyri-regional dövlətlər buna qarşı çıxan bəyanatlar verirdilər. Prezident İlham Əliyev dərin strateji zəkası, səbri, taktiki gedişləri və dövlət xadimi kimi çox yüksək bacarıqları ilə bütün bu oyunları ciddi qarşıdurmalar yaratmadan həll etdi: “Sadəcə bu faktın özü sübut edir ki, Azərbaycan və bütün Türk dünyası necə bir dahi şəxsiyyətə, əsl müdrik dövlət xadiminə malikdir. Hazırda yol göstərən, bizim türkcəmizlə desək, “çözüm ürətən lider” sayı dünyada təəssüf ki, çox deyil. Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan həqiqətən də bəşəriyyətə tarixi xidmətlər, o cümlədən də doğru yolu göstərən dövlət xadimləridir. Bu mənada bizim birliyimiz, sarsılmaz tellərlə bir-birimizə bağlılığımız, həmrəyliyimiz və xalqa xidmətə əsaslanan siyasi iradəmizin özü belə hamıya örnəkdir. Prezident İlham Əliyev hər zaman vurğulayır ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa dövlətlər, sadəcə, mövcud deyil”.

Hulusi Kılıçın sözlərinə görə, Azərbaycan sürətlə inkişaf edir, iqtisadi göstəriciləri ildən ilə daha da yaxşılaşır. Ölkəmiz Avropanın indiki ağır durumunda onun enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Avropalılar da Azərbaycanımızın onlara verdiyi bu faydanı gərək lazımınca qiymətləndirsinlər. Bilirsiniz, bu işlər, sadəcə, sözlə, lafla olmur. Azərbaycan müstəqil siyasi kursuna görə illərlə basqı altında olub. Ancaq bu basqılara dözüb və öz yolundan, siyasətindən geri durmayıb. Bəzən bəzilərinə elə gəlir ki, bunlar rahat, asan olan məsələlərdir. Əsla belə deyil. Bu nailiyyətlərin arxasında çox böyük zəhmət, dəmir iradə və bacarıq dayanır. Azərbaycan xalqı, Türk dünyası, bəşəriyyət Prezident İlham Əliyevin hər addımında sadaladığım keyfiyyəti çox yaxşı görür və yüksək qiymətləndirir. COP29, Qoşulmama Hərəkatındakı uğurlarımız, sadəcə, bizim üçün deyildi, hamıya faydalı olan nailiyyətlərdir.

“Bir sözlə Qafqazlardan doğan sülh Günəşinin işığı indi dünyanı daha aydın yola istiqamətləndirir. Hələ biz yolun əvvəlindəyik. Çox qısa zamanda Asiyadan Avropaya uzanan Orta Dəhliz üzərindəki hər bir ölkə, xalq ondan faydalanmağa başlayanda görəcək və başa düşəcək ki, Azərbaycan Prezidenti İlham Əliyev hansı miqyasda olan bir tarixi qərar verərək onu reallığa çevirib. Heç şübhəsiz ki, bu gün olduğu kimi, gələcəkdə də praqmatik dünya tarixin bu həlledici, yeni dünya düzəninin qurulduğu dövründə Qafqazlara sülhü gətirən, sülh gündəliyini yaradan Azərbaycana, onun Böyük Liderinə mütləq minnətdar olacaq”, - deyə Türkiyənin Azərbaycandakı sabiq səfiri vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!