Hörmət və ehtiramın əlaməti
Azərbaycan daha bir mötəbər tədbirə evsahibliyi edir
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu davam edir. Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT Sivilizasiyalararası Alyansı, ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkədən 700-dən çox qonaq iştirak edir. Bakı Forumu ilk dəfə 2011-ci ildə dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə keçirilib. Bundan sonra forum davamlılıq xarakteri alıb. Forum çərçivəsində qonaqların Azərbaycanın 30 il işğal altında qalan ərazilərinə səfəri də gözlənilir. Tədbir çərçivəsində Ağdam və Şuşada xüsusi panel sessiyasının keçirilməsi də nəzərdə tutulur.
Bakıda keçirilən bu mötəbər forumun əhəmiyyətini dəyərləndirən Milli Məclisin deputatı Anar İsgəndərov "Azərbaycan" qəzetinə açıqlamasında qeyd edib ki, bu beynəlxalq tədbirdə, ilk növbədə, sülh və əməkdaşlıq, qonşu dövlətlər arasında münasibətlər, həmçinin onların iqtisadi əlaqələrinin inkişafına şərait yaradan və mane olan məsələlər müzakirə edilir. Eyni zamanda forumda dünya dövlətlərinin "yaşıl enerji"yə münasibəti, COP-29-a qədər Azərbaycanın üzərinə götürdüyü öhdəliklər ətrafında müzakirələr aparılır.
Bununla yanaşı, işğalın mahiyyəti və işğaldan sonrakı bərpa və quruculuq işlərinin hansı formada aparılması məsələlərinə aydınlıq gətirilir. Bundan başqa, "sülh və əmin-amanlıq üçün daha nə etmək lazımdır?", "iqlim dəyişikliyi ilə bağlı böyük dövlətlərin üzərinə nələr düşür və nə etməlidirlər?" suallarına cavab axtarılır.
A.İsgəndərov bildirib ki, üç gün davam edəcək forumda sülh, dövlətlər-arası əməkdaşlıq, qonşu dövlətlərlə münasibətlər və dünya üçün aktual olan digər məsələlərin müzakirəsi nəzərdə tutulub. "Əlbəttə ki, Azərbaycanın belə bir beynəlxalq foruma evsahibliyi etməsi ölkəmizin gücünü göstərir. Bu həm də Azərbaycana olan hörmət və ehtiramın göstəricisidir. Azərbaycan belə tədbirlərin öhdəsindən uğurla gəldiyinə görə dünya dövlətləri də belə bir forumun Bakıda keçirilməsinə razılıqlarını verərək onun işində iştirak edirlər", - deyə o əlavə edib.
Deputat vurğulayıb ki, Qarabağ müharibəsi yüz minlərlə qaçqının ağrılı taleyi ilə bağlı müəyyən məsələlərin müzakirəsinə də ehtiyac yaradıb. Erməni daşnak qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal edərkən hər şeydən əvvəl insanlığa düşmən kəsildilər, heç bir günahı olmayan minlərlə sivil insana işgəncə verdilər, öldürdülər, evlərini yağmaladılar, tarixi, dini abidələrə hörmətsizlik etdilər. Ən nəhayət, iki xalq arasında tarix boyu mövcud olan münasibətlər düşmən vəziyyətinə gətirildi. Bugünkü forumda da belə işğalçı müharibələr və istilaların olmaması üçün xalqların hansı addımlar atması, dünyanı fəlakətlərdən qurtarmaq üçün daha nələrə ehtiyac olduğu müzakirə edilir. Müsahibimiz bildirib ki, forum iştirakçılarının böyük əksəriyyəti Ağdamda və Şuşada panel müzakirələrində iştirak edərək həm də həmin ərazilərin işğal dövründəki vəziyyəti və hazırda gecə-gündüz davam edən quruculuq işləri ilə tanış olacaqlar. Bu da onu göstərir ki, Azərbaycan hər gün irəli gedir, böyük nüfuz qazanır, dünyada sülh və əmin-amanlığa mümkün töhfəsini verir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xəzərin "duz"u "şirin" olacaq
17 May
Qlobal çağırışa "yaşıl cavab"
17 May
Vətənpərvərlik tərbiyəsi ailədən başlayıb məktəbdə formalaşır
17 May
Arzusu qalib ölkənin zabiti obrazını yaratmaqdır
17 May
Sağlam nəsil sağlam gələcək deməkdir
17 May
"GreenAgroHack" hakaton yarışmasının açması...
17 May
Avropaya yeni mənbədən və yeni marşrutla qaz axını
17 May
Ağdam şəhərinin 189,7 kilometrlik daxili yolları baş plana uyğun tikilir
17 May
Sərhədlərin delimitasiyası Azərbaycanın qətiyyətinin nümayişidir
17 May
Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlığa əsaslanır
17 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!