17 Aprel 2024 11:36
188
CƏMİYYƏT
A- A+

Hicran Hüseynova: İqlim dəyişiklikləri qadınlara və kişilərə müxtəlif formada təsir edir  

 

İqlim dəyişiklikləri qadın və kişilərə müxtəlif formada təsir edir. Bunların sırasında sağlamlıq, xüsusilə də reproduktiv sağlamlıq, ərzaq və qida təhlükəsizliyi, ekoloji mühitin müdafiəsi, sosial-iqtisadi məsələlər, məskunlaşma və digər problemləri qeyd edə bilərik. Artıq beynəlxalq ictimaiyyət səviyyəsində etiraf olunur ki, iqlim dəyişikliyi probleminin həlli bu prosesin sosial aspektlərini nəzərə almadan, müxtəlif insan qruplarına təsirini qiymətləndirmədən, ümumilikdə qadın və kişilərin bərabər iştirakı olmadan mümkün deyil.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova aprelin 17-də parlamentdə keçirilən “Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda birgə ictimai dinləmədə deyib.

O qeyd edib ki, Azərbaycanda ekoloji sivilizasiyanın əsas komponenti olaraq yaşıl əmək fəaliyyəti, yaşıl təfəkkür və yaşıl həyat tərzi təşviq edilir. Ətraf mühit problemlərinin həllinin əhəmiyyətinin qabardılması və ictimai təşəbbüslərin dəstəklənməsi yaşıl inkişafın perspektivlərini müəyyənləşdirir. Bizim qarşımızda hansı vəzifələr dayanır? Ekoloji problemlərin yaratdığı reallıqları necə dərk edirik, necə anlayırıq? Vətəndaşlarımız bu barədə təkcə məktəblərdə, təhsil müəssisələrində deyil, daha geniş şəkildə maarifləndirilməlidir.

“Hər bir ailədə su, qaz, elektrik enerjisindən qənaətlə istifadə olunmalıdır. Ətraf mühiti qorumalıyıq. Biz ailədə böyüyən uşaqlarımıza da bunları öyrətməliyik. Bütün bunlar məişət mədəniyyətinin, ekoloji mədəniyyətin formaşamasına səbəb olacaq. Bu isə insanların ekoloji problemlərə daha ehtiyatla yanaşmaları, təbiətlə harmoniyada yaşamaları deməkdir”, - deyə komitə sədri bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video