26 Aprel 2023 09:00
1028
SİYASƏT
A- A+
Heydər Əliyevin banisi olduğu güclü müdafiə sənayesi Zəfərə töhfə verdi

Heydər Əliyevin banisi olduğu güclü müdafiə sənayesi Zəfərə töhfə verdi

 

"Azərbaycan" qəzeti ilə Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan birgə konfrans keçiriblər. Konfrans iştirakçıları öncə Ümummilli Liderin abidəsi önünə gül dəstəsi qoyub, onun xatirəsini anıblar.

 

Konfransı açıq elan edən Elmi-Tədqiqat İnstitutunun direktoru, texnika elmləri doktoru, professor Mürsəl ƏLİYEV qeyd edib ki, bəşəriyyət həmişə böyük liderlərin, dövlətin və xalqın həyatında iz qoymuş böyük şəxsiyyətlərin tarixi xidmətlərinə şahidlik edib. Məhz həmin liderlərin, şəxsiyyətlərin qurub yaratdıqları, miras qoyduqları böyük irs öz xalqlarının gələcəyinə işıq və körpü salıb, taleyini və dünyadakı yerini müəyyənləşdirib. Ona görə də belə şəxsiyyətlər tarixdə öz xalqlarının böyük öndəri kimi qalıblar:

- Belə dahilər arasında Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin xüsusi yeri var. Heydər Əliyev tariximizin ən parlaq və işıqlı səhifəsini yaradıb. 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin və xalqının tarixində müstəsna rol oynayıb. Məhz buna görə xalqımız Ulu Öndərin adını tarixə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk edib.

Xalqımız həmişə Ulu Öndərlə bağlı əlamətdar tarixləri böyük minnətdarlıq hissi ilə qeyd edir. Bu il isə Ulu Öndərin anadan olmasının 100 ili tamam olur. Bu baxımdan 2023-cü ilin cənab Prezident İlham Əliyev tərəfindən "Heydər Əliyev İli" elan edilməsi bütün cəmiyyətimizin Ulu Öndərin xatirəsinə olan yüksək ehtiramının ifadəsinə çevrilib.

Tale Heydər Əliyevə Azərbaycana iki dəfə rəhbərlik etmək kimi tarixi bir  missiya nəsib etmişdir. Lakin hansı dövrdə və ya hansı siyasi-iqtisadi formasiyada bu missiyanı daşımasından asılı olmayaraq, Heydər Əliyev hər zaman dövlətə və xalqa şərəfli xidmətin nümunələrini yaratmışdır. Ulu Öndərin sayəsində qısa zaman kəsiyində Azərbaycan SSRİ-nin tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrilmişdi. Məhz Heydər Əliyevin rəhbərliyi ilə başlanan genişmiqyaslı işlərin nəticəsində Azərbaycan ittifaq respublikaları arasında öz layiqli yerini tutmuşdu. Müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafının bünövrəsi məhz Heydər Əliyevin sayəsində ötən əsrin 70-80-ci illərində qoyulmuş və ölkəmizin gələcəyi üçün möhkəm təməl yaradılmışdı.

Sovet dövründə Azərbaycanı keçmiş ittifaqın geridə qalmış ölkəsindən inkişaf etmiş sənaye respublikasına çevirən Heydər Əliyev, eyni zamanda xalqımızın milli-mədəni və mənəvi dəyərlərini qorumuş, onları sovet ideologiyasının təsirlərindən xilas etmişdi.

Uğurları ilə fəxr etdiyimiz Azərbaycan müdafiə sənayesinin də möhkəm təməllərinin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə respublika iqtisadiyyatının digər istiqamətləri ilə yanaşı, hərbi təhsil və müdafiə sənayesi sahəsində də mühüm işlər görülmüşdü.

Bu gün Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin əsasını təşkil edən və ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən genişprofilli müəssisələrin yaradılmasına nail olunmuşdur. Hələ o illərdə bu işlər görülərkən Heydər Əliyev Azərbaycanın gələcəyini düşünmüşdü. Heydər Əliyevin şəxsi nəzarəti ilə "Azon" zavodu, Elektron Hesablama Maşınları Zavodu qısa müddət ərzində istismara verilmişdi. Bütövlükdə 1970-1982-ci illərdə respublika ərazisində müdafiə təyinatlı elmi və istehsal müəssisələri də daxil olmaqla çoxlu sayda zavod, fabrik, istehsalat sexləri tikilmişdi.

Ümummilli Lider 1982-ci ildən sonra - SSRİ-ni idarə edən aparıcı simalardan biri kimi Kremldə çalışdığı dövrlərdə də Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən mühüm addımlar atıb, respublikamıza qarşı ayrı-seçkilik siyasətinə, ermənilərin məkrli torpaq ilhaqına qarşı barışmaz mövqe tutub, Qorbaçov rejimini kəskin tənqid edib. Məhz bu qətiyyətli və prinsipial mövqeyinə görə 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılan Ulu Öndər Heydər Əliyev sonrakı mərhələdə də Azərbaycanla bağlı siyasi proseslərə biganə qalmayıb, 90-cı illərin əvvəlində Naxçıvana qayıdaraq siyasi proseslərdə fəal iştirak edib, Azərbaycanın dövlət müstəqilliyinə real zəmin formalaşdırıb.

Müstəqilliyimizin ilk çağları, daha dəqiq desək, tariximizə siyasi böhranlar, iqtisadi tənəzzül, anarxiyanın ölkəni başına götürdüyü, separatizmin alovlandığı dövrü kimi daxil olan 1991-1993-cü illərdə baş verənlər bir sıra həqiqətləri ortaya qoymuşdu. Əsas həqiqət o idi ki, dövləti xilas edəcək, xalqı öz ətrafında birləşdirə biləcək güclü liderə ehtiyac var idi. Bu lider isə Heydər Əliyev oldu. Həmin ağır günlərdə xalqının səsinə səs verib Bakıya gələn Heydər Əliyev bu mərhələdə də özünün tarixi missiyasını həyata keçirdi.

Bu dəfə Heydər Əliyev müstəqilliyimizi qorudu, dövlətçiliyimizi təhlükədən xilas etdi, Azərbaycanın 1920-ci ildə olduğu kimi, Xalq Cümhuriyyətinin taleyini yaşamasına imkan vermədi. Üzləşdiyimiz bütün böhranları böyük dühası, siyasi təcrübəsi və müdrikliyi ilə dəf edən Ulu Öndər Heydər Əliyev dövləti yenidən qurdu, müasir Azərbaycanın müəllifinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik ənənəsi əsasında ölkəmiz yeni iqtisadi-siyasi münasibətlər sisteminə uyğun olaraq qüdrətli dövlətə çevrildi, sosial-iqtisadi inkişafın dinamikliyi təmin edildi. Beynəlxalq ictimaiyyətin respublikamıza münasibətlərində əsaslı dönüş yarandı.

Bu gün Azərbaycanın inkişafı, ölkəmzin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyev ideyalarının yaşamasının, Ümummilli Liderin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Ötən 20 ilə yaxın dövrdə möhtərəm Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi ölkəmizə böyük uğurlar qazandırıb. Hər bir uğurumuz göstərir ki, Ümummilli Liderimizin siyasi kursu, milli inkişaf konsepsiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Əsası Ümummilli Lider tərəfindən qoyulmuş Azərbaycanın müdafiə sənayesinin inkişaf etdirilməsi bu dövrdə xüsusi diqqət mərkəzində olub. Respublikamızın müharibə vəziyyətində yaşamasını nəzərə alan və müdafiə sənayesinin inkişaf etdirilməsini zamanın tələbi kimi dəyərləndirən Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyinin yaradılmasından sonra respublikamızda bu sahənin inkişafı tamamilə yeni mərhələyə qədəm qoyub. İlk gündən Müdafiə Sənayesi Nazirliyi Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və qəbul edilmiş strateji proqram və planlar üzrə Silahlı Qüvvələrin imkan və qabiliyyətinin qarşıda duran mühüm vəzifələrə uyğun inkişaf etdirilməsi, habelə əməliyyatların yeni üsul və formalarla aparılması üçün zəruri silah, hərbi və xüsusi texnika növlərinin tətbiqinə, onların yerli istehsalına və təminatına tam və fasiləsiz səfərbər olunub.

Nazirliyin "İqlim" Elmi İstehsalat, "Telemexanika", "Peyk", "Azon", "Alov", Elektron Hesablayıcı Maşınlar və "Radioquraşdırma", "Dalğa", "Araz", "Avia-Aqreqat", "Sənayecihaz" kimi müəssisə və zavodlarında ordumuzu müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla, eləcə də xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün onlarca yeni istehsalat sahələri yaradılıb.

2006-cı ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu isə bu sahədə elmi fəaliyyətlə məşğul olan qurum kimi müdafiə sənayesinin inkişafına layiqli töhfələr verir.

2020-ci ilin Vətən müharibəsində Azərbaycan dövləti torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. Zəfər yürüşü Şuşanın azad edilməsi ilə öz möhtəşəmliyinin zirvəsinə çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük savaşda qazandığımız zəfər bütün dünyaya Azərbaycanın hərbi qüdrətini nümayiş etdirdi.

Eyni zamanda bu qələbə Azərbaycanın gücünün, xalqımızın milli birliyinin, vətəndaşların öz rəhbəri ətrafında sıx səfərbərliyinin təcəssümü oldu. Bir daha göründü ki, Prezident İlham Əliyev xalqının dərin etimadını qazanan rəhbərdir.

Bunlarla yanaşı, Vətən müharibəsindəki zəfər göstərdi ki, Prezident İlham Əliyev qətiyyətli siyasət yürüdən, dövlətimizin və xalqımızın milli maraqlarını layiqincə təmin etməyi bacaran liderdir. Təsadüfi deyil ki, Prezident dünyadakı çoxsaylı erməni təəssübkeşlərinin təzyiqlərinin qarşısını qətiyyətlə aldı, sübut etdi ki, Azərbaycan öz mənafelərini güc yolu ilə də təmin etməyə qadirdir.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin xilas etdiyi, möhkəm təməllərini yaratdığı dövlətimizi Prezident İlham Əliyev müharibədə qalib ölkəyə çevirdi. Heydər Əliyevdən İlham Əliyevə ötürülən bu şərəfli dövlətçilik salnaməsi hər birimizin qürur mənbəyidir.

İndi azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağı qürurla dalğalanır. Prezident İlham Əliyevin dediyi kimi, bütün dünyaya sübut etdik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik.

Fəxr hissi ilə qeyd etməliyik ki, Azərbaycanın dövlətçilik tarixinin və hərbi salnaməsinin şərəfli səhifəsini təşkil edən Vətən müharibəsindəki tarixi zəfərin qazanılmasına Müdafiə Sənayesi Nazirliyi özünün layiqli töhfələrini verdi.

Azərbaycanın uğurları göstərir ki, Heydər Əliyevin siyasi irsini layiqincə yaşadan Prezident İlham Əliyev ötən illər ərzində dövlətimizi daha da inkişaf etdirərək Ümummilli Liderin bütün arzularının həyata keçməsini təmin edib. Qarşıda isə bizi cənab İlham Əliyevin rəhbərliyi ilə yeni möhtəşəm uğurlar gözləyir. Təbii ki, buna respublikamızın müdafiə sənayesi də özünün yeni töhfələrini verəcək.

 

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin xalqımız tərəfindən mühüm siyasi-ictimai hadisə kimi qarşılandığını deyən Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar SADIQOVun sözlərinə görə, hər bir azərbaycanlı üçün əziz olan bu tarixdə bir daha bu böyük şəxsiyyətin dövlət və xalqı qarşısındakı müstəsna və əvəzolunmaz xidmətlərinə nəzər salmaqla ona öz yüksək ehtiramımızı ifadə edirik. Bu, hər birimizin həm də mənəvi və vətəndaşlıq borcudur:

- Gerçək həyatda Heydər Əliyev hər gün xatırlanır, hər gün anılır. Çünki daim bizimlədir, daim onun yaratdıqlarından bəhrələnir, qurduğu yeni Azərbaycanda yaşayır, müəyyən etdiyi siyasi kursla dönmədən irəliləyirik. Ulu Öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının mənafeyi və bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb.

Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi işlər o qədər geniş və əhatəlidir ki, əslində, onları yenidən xatırlamaq, bir daha minnətdarlıqla anmaq üçün uzun bir zaman kifayət edər. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması hamının ürəyindən olan, xalqımızın yekdil razılığı ilə qarşılanan qərardır. "Heydər Əliyev İli"ndə keçirilən müxtəlif tədbirlərlə bir daha biz sevimli rəhbərimizi xatırlayır, onun dövlətimiz və xalqımız naminə gördüyü işləri minnətdarlıqla yada salırıq.

Hansı ictimai-iqtisadi formasiyada yaşamasından, hansı vəzifə tutmasından asılı olmayaraq Heydər Əliyev daim ölkəsi, xalqı üçün, Azərbaycanın indisi və gələcəyi üçün nəsə etməyi bacarıb və edib!

Heydər Əliyev 1969-cu ildə ölkəyə rəhbər seçiləndə Azərbaycan geridə qalmış, kənd təsərrüfatı və sənayesi bərbad vəziyyətə düşmüş, mədəni və dolanışıq səviyyəsi digər müttəfiq respublikalardan aşağı olan ölkə idi. Belə vəziyyətdə ittifaqdan aldığı cüzi vəsait onun yüksəlməsinə və xalqın maddi vəziyyətinin yaxşılaşmasına kifayət etmirdi. Həm də SSRİ adlı nəhəng dövlətdə hər şey mərkəzdən - Moskvadan idarə olunurdu. Həm də təkcə idarə olunmurdu, bütün "kiçik qardaş"ların qazandıqlarının sahibi "mərkəz" idi. Hər şey ittifaq mərkəzinin istəyi və iradəsi ilə "ümumittifaq fondu" adlanan bir quruma toplanır, sonra isə onun tərəfindən bölünürdü. Müttəfiq respublikaların heç də hamısı öz ərazisində özünə bir zavod, fabrik tikə bilməzdi. Bundan ötrü xüsusi qərarla "ümumittifaq fondu"ndan vəsait ayrılmalı idi. Həmin vəsaitin ayrılması üçün isə Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarının olması vacib şərt sayılırdı. Sadə şəkildə desək, hamı qazanıb Moskvaya göndərirdi, onlar isə kimə nə qədər istəsələr, onu ayırırdılar. Sovet dövründə həm də "plan" adlı hökmlü tapşırıq da mövcud idi. Hər bir müttəfiq respublikaya hansı sahədən nə qədər - istər sənaye, istərsə kənd təsərrüfatı məhsulu olsun - istehsal edib mərkəzi fonda təhvil verməsi vacib sayılırdı. Planı ödəməyənlər cəzalandırılır, ona ayırmalar azaldılır, respublika maddi və mənəvi cəhətdən ziyan çəkirdi.

Belə bir şəraitdə Heydər Əliyev Azərbaycanda rəhbərliyə başlamışdı. Bu çətinliklərə baxmayaraq, Heydər Əliyev bütün imkanlardan məharətlə yararlandı, özünün şəxsi nüfuzundan istifadə etməklə, mərkəzin hesabına ölkədə yeni fabrik və zavodların açılmasına, qabaqcıl istehsalat sahələrinin yaradılmasına nail oldu. Azərbaycan kəndi öz simasını büsbütün dəyişdi. Kənd sakinləri bol məhsul istehsal edərək yaxşı qazanc götürdü, özünə yüksək güzəran qurdu. Köhnə daxmalardan, çiy kərpiclə tikilmiş komalardan ikimərtəbəli daş evlərə köçdü, evlərində müasir məişət əşyaları, qapısında təzə minik maşınları göründü. Fəhlə də, kəndli də övladlarına təhsil verərək ev-eşik sahibi etdilər. Bir sözlə, Ulu Öndərin respublikaya birinci rəhbərliyi dövründə Azərbaycan sürətlə inkişaf etdi, əhalinin sosial vəziyyəti əsaslı şəkildə yüksəldi. Azərbaycan qabaqcıl respublika kimi ittifaq miqyasında tanınaraq hörmət sahibinə çevrildi.

Ulu Öndərin nail olduğu ən böyük uğurlardan biri isə respublikamızda böyük sənaye potensialının yaradılması olmuşdur. Belə ki, ötən əsrin 70-80-ci illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda sənayenin inkişafına irihəcmli vəsaitlər yönəldilmiş, böyük sənaye kompleksləri yaradılmış, sənayenin diversifikasiyası sürətlənmiş, strukturu təkmilləşdirilmişdi. Elə buna görə o dövrdə Azərbaycanda sənaye istehsalı 2,7 dəfə artmışdı.

Hələ sovet illərində Heydər Əliyevin gərgin əməyi və təşəbbüsləri nəticəsində respublikamızda müdafiə və hərbi təyinatlı sənaye müəssisələri fəaliyyətə başlamışdı. Heydər Əliyev həm də azərbaycanlıların hərb sahəsinə marağını artırmaq üçün Naxçıvanski adına hərbi məktəb də yaratmışdı. Yəni Ulu Öndər kompleks şəkildə respublikamızda hərbi təhsil və müdafiə sənayesi ilə bağlı sahələri inkişaf etdirirdi. Heydər Əliyev uzaqgörən şəxsiyyət idi, gələcəyi görürdü və əmin idi ki, bütün bunların hamısı Azərbaycan üçün çox gərəkli olacaq. Bir məsələni də qeyd etməliyik ki, o dövrdə yaranan müdafiə sənayesi müəssisələri sadəcə istehsalla kifayətlənmirdilər. Həmin müəssisələrdə elmi-nəzəri biliklərin tətbiqinə də böyük diqqətlə yanaşılırdı.

Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə yaradılmış hərbi sursat istehsal edən müəssisələrin Birinci Qarabağ müharibəsində böyük faydası oldu. Amma təəssüflər olsun ki, elə müstəqilliyimizin ilk illərində sənaye müəssisələri ilə bağlı vəziyyət ürəkaçan olmadı, onları yenidən qurmaq əvəzinə metallarını çıxarıb satdılar.

Heydər Əliyevin 1993-cü ildə xalqımızın istək və tələbi ilə respublikamıza yenidən rəhbərliyə başlamasından, Prezident seçilməsindən sonra bütün sahələr kimi, sənayedə də inkişafa doğru böyük dəyişikliklərin təməli qoyuldu. "Əsrin müqaviləsi"nin imzalanması, iqtisadi islahatların həyata keçirilməsi sənayenin inkişafına böyük təkan verdi. Bu baxımdan Azərbaycanın sürətli, davamlı və sabit inkişafını təmin edən mükəmməl siyasi kursun müəyyən edilməsi Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünün əsas göstəricilərindən biridir.

Əbədiyaşar şəxsiyyətin müstəqil Azərbaycana rəhbərliyinin digər mühüm məqamı xalqımızın və dövlətimizin gələcək taleyinin etibarlı əllərə tapşırılmasıdır. Dərin fəxarət hissi ilə qeyd etməliyik ki, Heydər Əliyev yolu Prezident İlham Əliyev tərəfindən əzmlə, qətiyyətlə davam etdirilir. Ötən 20 ilə yaxın dövrün mənzərəsi, qazandığımız hər bir nailiyyət göstərir ki, Azərbaycan dövlətinin və xalqının taleyi etibarlı əllərdədir və Heydər Əliyev yolunun alternativi yoxdur.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə iqtisadiyyatın və sənayenin tarixən respublikamızda mövcud olmamış sahələri belə yaradılıb, inkişaf etdirilib. Bu gün artıq dünya bizi həm də kosmik klubun üzvü kimi tanıyır. Əvvəllər də bizdə kosmik sənaye vardı. Amma bu gün həm də kosmosda peykimiz var.

Bu dövrdə Azərbaycanın iqtisadi yüksəlişi müdafiə sənayesinin də inkişafına təkan verib. Müdafiə Sənayesi Nazirliyinin 2005-ci ildə yaradılması göstərir ki, bu sahənin inkişafını İlham Əliyev əsas milli vəzifələrdən biri kimi müəyyən edib. Sonrakı dövrdə maliyyə imkanlarımızın artması sənayenin bu bölməsinə yetərli həcmdə maliyyə vəsaitlərinin yönəldilməsinə imkan verib, bu isə müdafiə sənayesinin böyüməsi, çeşidli məhsul istehsalı üçün əlverişli zəmin formalaşdırıb. Prezident İlham Əliyevin müdafiə sənayesinin inkişafı ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi ölkəmizdə güclü hərbi sənaye kompleksinin bazasının daha da möhkəmlənməsinə səbəb olub. Bu gün 1200 adda məhsulun istehsal edilməsi, 30 ölkəyə ixracın həyata keçirilməsi Azərbaycanın müdafiə sənayesinin böyük uğurudur.

Ümumiyyətlə, respublikamızda yalnız müdafiə sənayesi deyil, bütün sahələrdə görülmüş işlərin həcmi və möhtəşəmliyi qürur və iftixar hissi doğurur. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə respublikamız başdan-başa dəyişdi, yeniləndi, müasirləşdi. Tarixinin ən qüdrətli, müstəqil daxili və xarici siyasətini yürüdən yeni Azərbaycanı yarandı. Ölkəmizin enerji təhlükəsizliyi təmin olundu. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərlərinin ardından Bakı-Tbilisi-Qars dəmir yolu xətti, "Cənub qaz dəhlizi" çəkildi, Azərbaycan regionun nəqliyyat qovşağına çevrildi.

Beləliklə, Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətinə, söz sahibinə, dövlət başçısı İlham Əliyev isə dünyanın sayılıb-sevilən liderlərindən birinə, ən nüfuzlu beynəlxalq tədbirlərin arzuolunan dəvətlisinə, sayılıb-sevilən iştirakçısına çevrildi! Azərbaycan Prezidenti İlham Əliyev qarşısına qoyduğu bütün hədəflərə sarsılmaz iradəsi, polad əzmi, qətiyyəti və dəyişməz prinsipləri ilə çatdı! Heç zaman, heç bir halda Azərbaycanın milli və dövlət maraqları ilə bağlı məsələlərdə kimsəyə güzəştə getmədi!

Prezident İlham Əliyevin ən böyük tarixi nailiyyəti onun son bir neçə əsrdə ilk dəfə olaraq itirilmiş Azərbaycan torpaqlarını döyüşərək geri qaytarması, "Qarabağ problemi"ni çözməsi oldu! 44 günlük Zəfər müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistan ordusunu məhv etdi, düşməni qarşısında diz çökdürdü, "dəmir yumruğ"u ilə başını əzərək kapitulyasiya aktını imzalatdırdı. İlham Əliyev Vətən müharibəsinə mükəmməl hazırlıq gördü, Azərbaycan Ordusunu ən müasir silahlarla, ən yeni strategiya və taktika ilə təmin etdi! Müzəffər Ali Baş Komandan 21-ci əsrin müharibəsini apardı, dünyaya yeni savaş modeli təqdim etdi. Azərbaycanın müdafiə sənayesi də bu savaşda öz sözünü dedi, ordumuzun təminatında üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi.

Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsində Azərbaycan qüdrətli dövlətə çevrilib, ən ağrılı problemimiz həll edilib - işğaldakı torpaqlarımız azad olunub. Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi sürətlə davam edir. Bütün bunlar həm də Ulu Öndər Heydər Əliyevin ideyalarının təntənəsidir.

 

"Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər bir mərhələsi tariximizin dönüş nöqtələridir" deyən Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Sabir HƏSƏNOV bildirdi ki, həm sovet dövründə, həm müstəqillik illərində Heydər Əliyev Azərbaycanı tənəzzüldən, böhranlardan xilas edib, öz dühası ilə respublikamızı yenidən qurub. Ona görə Heydər Əliyev tarix boyu daim ehtiramla anılacaq. Bu gün əldə etdiyimiz və gələcəkdə nail olacağımız bütün uğurlara görə Heydər Əliyevə minnətdarıq.

- Hazırda Azərbaycan inkişafının yeni və qüdrətli dövrünə qədəm qoyub. Ulu Öndərin yaratdığı möhkəm bünövrə üzərində Prezident İlham Əliyev Azərbaycanda tarixi inkişafı təmin edib. Dövlətimizin başçısının müdrik və uzaqgörən inkişaf konsepsiyasının nəticəsi kimi respublikamızda sənayenin aparıcı sahələrindən olan müdafiə sənayesi də sürətli inkişaf yolundadır. Bu gün respublikamızın müdafiə sənayesində istehsal olunan məhsullar Silahlı Qüvvələrimizin ehtiyaclarını ödəməklə yanaşı, xarici dövlətlərə də ixrac olunur.

Azərbaycanda müdafiə sənayesi sahəsində uğurların təməli Heydər Əliyevin respublikamıza ilk rəhbərliyi dövründə qoyulub. 1969-cu ildə Heydər Əliyev respublikamıza rəhbərliyə başladıqdan sonra diqqət yetirdiyi məsələlərdən biri sənayenin canlandırılması olmuşdur. Düzdür, buna qədər Azərbaycanda neft sənayesində uğurlar var idi. Lakin böyük potensialın olmasına baxmayaraq, sənayenin digər sahələrində Azərbaycan keçmiş ittifaqın geridə qalmış respublikaları sırasında idi. Bu baxımdan vəziyyəti qiymətləndirən Ulu Öndərin o illərdə Azərbaycanın iqtisadi imkanlarının hərəkətə gətirilməsi istiqamətində ən böyük xidmətlərindən biri sənayenin inkişaf etdirilməsi ilə bağlı verdiyi qərarlar oldu. Bunun nəticəsidir ki, 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi yaradıldı, dünyanın 65 ölkəsinə 350 adda məhsulun ixracına başlanıldı. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artdı.

Məhz Ulu Öndərin rəhbərliyi ilə o dövrdə yaradılan böyük sənaye müəssisələri Azərbaycanın dövlət müstəqilliyi üçün möhkəm əsaslar formalaşdırdı. Həmin mərhələdə yaradılmış güclü sənaye potensialı bu gün də respublikamıza xidmət göstərir, iqtisadiyyatımızda aparıcı rol oynayır.

Sənayenin inkişafı ilə bağlı işlər müdafiə sənayesi sahəsini də əhatə etmişdi. Heydər Əliyevin ilk rəhbərliyi dövründə Azərbaycanda həm də müdafiə sənayesinin möhkəm təməlləri qoyuldu. Bu sahədə respublikamızın gələcəyini düşünən Heydər Əliyev hərbi sənaye müəssisələrinin yaradılması məsələsini dəfələrlə Moskvada Sov.İKP MK-nın Siyasi Bürosunun qarşısında qaldırmışdı.

Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin təklifləri, təşəbbüsləri və gərgin zəhməti sayəsində Azərbaycanda Radio Maşınqayırma - "Robot" zavodu, Tərtərdə Lionozov Elektromexanika zavodunun filialı, Gəncədə "Büllur" zavodu, Xaçmazda, Siyəzəndə və Lənkəranda "Kondesator" zavodları yaradılmışdı. Habelə müdafiə sənayesi üzrə Azov Optika-Mexanika Zavodunun filialının, gəmiqayırma sənayesi üzrə Bakı Elektro Mexaniki İnstitutunda yeni istehsal sahələrinin, sonradan onun bazasında "Nord" Elmi-İstehsalat Birliyinin yaradılması, aviasiya sənayesi üzrə istehsal sahələrinin genişləndirilməsi də məhz Heydər Əliyevin təşəbbüslərinin nəticəsi idi.

Xalqımızın dahi övladı Azərbaycanda hərbi sənaye kompleksinin və ağır maşınqayırma sənayesinin inkişafına təkan verəcək "Ulduz" Elmi-İstehsalat Birliyi, Əli Bayramlı "Araz" zavodu, "Rabitə" Elmi-Tədqiqat İnstitutu kimi yeni müəssisə və zavodların tikilib istismara verilməsinə də nail olmuşdu.

Heydər Əliyev hələ 1979-cu ildə Bakı Aqreqat İstehsalat Birliyində (indiki "İqlim" EİM) keçirdiyi görüşü zamanı Azərbaycanda aviasiya sənayesi üzrə müəssisələrin yaradılmasının vacibliyindən danışaraq, bu müəssisələrin respublikanın gələcək inkişafında böyük rol oynayacağını bildirmişdi. Zaman Heydər Əliyevin nə qədər uzaqgörən və müdrik dövlət xadimi olduğunu təsdiq edib.

Elmin inkişafına diqqətlə yanaşan Heydər Əliyev 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində "Kaspi" Elmi Mərkəzinin yaradılması haqqında qərar vermişdi. 1978-ci ildə isə "Kaspi" Elmi Mərkəzinin bazasında Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu yaradılmışdı. 1982-ci ildə isə Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu təcrübi istehsalat sahəsinin və poliqonunun əsasında Kosmik Tədqiqatlar elmi-istehsalat birliyi təşkil edilmişdi. Qeyd etmək lazımdır ki, institut və elmi-istehsalat birliyi keçmiş SSRİ dövründə kosmik tədqiqatlar sahəsində fəaliyyəti açıqlanan ilk müəssisələr olmuşlar.

Müstəqillik illərində də Azərbaycanda hərbi sənayenin inkişaf etdirilməsi Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət mərkəzində idi. Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə başlanıldı. Ulu Öndərin Silahlı Qüvvələrin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı xeyli yaxşılaşdırıldı.

Heydər Əliyev Azərbaycanın müasir müdafiə sənayesi infrastrukturunun yaradılmasına və inkişafına xüsusi diqqət göstərirdi. Ulu Öndərin 1993-cü il sentyabrın 30-da hələ Ali Sovetin Sədri olduğu zaman xarici sərmayəçiləri cəlb etməklə Bakıda çoxlaylı çap lövhələri istehsal edən müdafiə sənayesi təyinatlı "Peyk" zavodunun açılışında şəxsən özünün iştirak etməsi qeyd olunanların bariz nümunələrindən biridir. Silahlı Qüvvələrə tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsal olunması üçün sifarişlərin respublikanın müdafiə sənayesi müəssisələrinə verilməsi ölkə iqtisadiyyatının inkişafına da şərait yaratmışdı.

Respublikamızın müdafiəsini təmin edən ordunun maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə 2003-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı" təsdiq edildi. Bu proqramda hərbi sahədə kənardan asılılığın azaldılması və ordumuzun yeni məhsullarla təminatı nəzərdə tutulurdu.

Həmin tarixdən respublikada müdafiə sənayesinin inkişafının yeni mərhələsinə qədəm qoyulub. Bu siyasətin davamı olaraq Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamına əsasən, Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilib və onun bazasında Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılıb.

Yarandığı vaxtdan etibarən Müdafiə Sənayesi Nazirliyi Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və qəbul edilmiş strateji proqram və planlar üzrə Silahlı Qüvvələrin imkan və qabiliyyətinin qarşıda duran mühüm vəzifələrə uyğun inkişaf etdirilməsi, habelə əməliyyatların yeni üsul və formalarla aparılması üçün zəruri silah, hərbi və xüsusi texnika növlərinin tətbiqinə, onların yerli istehsalına və təminatına tam və fasiləsiz səfərbər olunub.

Hazırda Azərbaycan müdafiə sənayesinin inkişafı göz önündədir. Bu inkişafın və bütövlükdə respublikamızın müdafiə sənayesinin əsasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyaları, vaxtilə yaratdığı etibarlı bünövrə dayanır. Bu baxımdan Heydər Əliyevin ideyalarının layiqincə davam etdirilməsinin qürurdoğuran göstəricilərindən biri möhtərəm İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycanda müasir müdafiə sənayesi kompleksinin təşəkkül tapmasıdır.

Əminik ki, Azərbaycanın müdafiə sənayesi kompleksi bundan sonra da yeni uğurlara imza atacaq, özünün çoxşaxəli fəaliyyəti ilə dövlətimizə layiqli xidmət göstərəcək.

 

Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Cavanşir ABDULƏZİMOV bildirdi ki, müstəqilliyimizin bərpasından sonra Azərbaycanda sənayenin yenidən canlanması Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Xüsusən neft sənayesinin inkişafı qeyri-neft sahələrinin və sənayenin ayrı-ayrı istiqamətlərinin yüksəlişinə təkan verib:

- Təəssüflə qeyd etməliyik ki, spesifik sahə olan müdafiə sənayesində də sovet hakimiyyətinin sonlarına doğru və müstəqilliyimizin ilk illərində böyük tənəzzül baş vermişdi. Heydər Əliyev bir vaxtlar respublikamızda yaratdığı bu sahənin də yenidən canlandırılmasını istəyirdi. Bu məqsədlə 2003-cü ildə Ümummilli Lider tərəfindən "Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı" da təsdiq edilmişdi.

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müdafiə sənayesi sahəsinə də xüsusi diqqət davam etdi. Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması Azərbaycanda sənayenin bu sahəsinin sürətli inkişafının başlanğıcı oldu.

Xatırladım ki, nazirlik yarandığı zaman qurumun tabeliyinə verilmiş keçmiş Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeli müəssisələrinin həmin dövrə qədərki fəaliyyətlərinin təhlili göstərdi ki, onların əksəriyyəti işlərini dayandırmış, potensial işçi kadrları itirilmiş, maşın və avadanlıq parkı yararsız hala düşmüş, bir sözlə, bu sahə tam tənəzzülə uğramışdı.

Lakin nazirliyin yaradılmasından sonra vəziyyət kökündən tamamilə dəyişdi. Belə ki, tabeli müəssisələrin yenidən qurulması, onların texnoloji avadanlıq parkının yeniləşdirilməsi, habelə dövrün tələb və çağırışlarından irəli gələrək tamamilə yeni müəssisələrin yaradılması respublikamızda mükəmməl müdafiə sənayesinin formalaşdırılmasını təmin etdi.

Həyata keçirilən tədbirlərin nəticəsi kimi ilk növbədə, Silahlı Qüvvələrin atıcı silahlara, piyada və tank əleyhinə minalara, qumbaraatanlara, minaatanlara və müvafiq döyüş sursatlarına olan tələbatı nəzərə alınaraq müxtəlif çaplı tapança, avtomat, pulemyot, snayper tüfəngləri və patronların istehsalı mənimsənilmiş və seriyalı tədarükünə başlanılmışdı.

Məsələn, "Zəfər", "Zəfər-K", "İnam" tapançaları, PKT, PKM pulemyotları, "Mübariz", "İstiqlal", "Yalquzaq", "Yırtıcı" snayper tüfəngləri, "Boran" artilleriya qurğusu, "Zərbə" , "Orbiter 1", "Orbiter 1 KM" (İti qovan), "Orbiter 2", "Orbiter 3" kimi PUA-lar, zirehli transpartyorlar keyfiyyət göstəricilərinə görə dünya müdafiə sənayesi sektorunda ən qabaqcıl silah və texnikalardan hesab olunur.

Silahlı Qüvvələrimiz sifarişlərə uyğun olaraq döyüş vasitələri, aidiyyəti döyüş və təlim atəş yığımları, minaaxtaranlar, aviasiya bombaları, əl qumbaraları, eləcə də müxtəlif çaplı minaatanlar və onların atəş yığımlarının təchizatı ilə təmin edilir.

Ötən müddətdə Türkiyə, Cənubi Afrika, Rusiya, Serbiya, İsrail və digər ölkələrin tanınmış şirkətləri ilə əməkdaşlıq çərçivəsində mənimsənilərək tətbiq edilmiş texnologiyalar üzrə 50-dən çox yeni istehsal sahəsi yaradılıb. Atıcı silahlar və onların patronlarının, tapança, avtomat, pulemyot və toplar üçün müxtəlif çaplı lülələrin, 122 və 125 millimetrlik tank və artilleriya topları üçün atəş yığımlarının istehsalı, qumbaraatan və minaatanların atəş yığımlarının doldurulma sahələri, optik cihazların, zirehli döyüş maşınlarının və s. hazırlanması bu yöndə görülmüş işlərin bariz göstəricisidir.

Azərbaycanın iqtisadi imkanları ilbəil artdıqca güc strukturlarının müasir standartlar səviyyəsində və özündə yeni texnologiyaları cəmləşdirən silah sistemləri ilə təchiz edilməsi, bununla yanaşı, XXI əsr müharibələrinin müqəddəratını həll edən kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının - PUA-ların yerli istehsalı sahəsində də mühüm addımlar atılıb. Bu məqsədlə Müdafiə Sənayesi Nazirliyinin tabeli qurum və müəssisələrində qısa müddət ərzində yenidənqurma işləri aparılıb, milli mütəxəssislərin hazırlığı və sonrakı illərdə yüksək texnologiyalı hərbi məhsulların daha da təkmilləşdirilməsinə şərait yaradılıb. Hazırda PUA-ların, kəşfiyyat-patrul maşınlarının, döyüş modullarının, müxtəlif növ simulyasiya sistemlərinin işlənilməsi, ölkəmizin güc strukturlarının tələblərinə uyğun modernləşdirilməsi və seriyalı istehsalının təşkili ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Prezident İlham Əliyevin "Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilmişdir. O cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq" sözləri respublikamızın müdafiə sənayesinə verilən yüksək qiymətdir.

Azərbaycanın müdafiə təyinatlı məhsullarının xarici bazarlara çıxarılmasına xüsusi önəm verən Müdafiə Sənayesi Nazirliyi hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı faydalı əlaqələrin inkişafı və yerli istehsalın ən yeni nailiyyətlərinin nümayişi məqsədilə müxtəlif ölkələrdə keçirilən beynəlxalq müdafiə, silah və hərbi-xüsusi texnika sərgilərində mütəmadi iştirak edir. Son illər İstanbulda "İDEF-2021", Əbu-Dabidə "İDEX-2021", Minskdə "MİLEX-2021", Belqradda "Partner-2021", Moskvada "ARMİYA-2021", Dohada "DİMDEX-2022", Kuala-Lumpurda "DSA-2022", Parisdə "Euronaval-2022", İstanbulda "SAHA EXPO-2022", İordaniyada "SOFEX-2022", Kəraçidə "İDEAS-2022", Əbu-Dabilz "İDEX-2023" kimi mötəbər sərgilərdə Müdafiə Sənayesi Nazirliyi yüksək səviyyədə təmsil olunub.

2014-cü ildən etibarən iki ildən bir Azərbaycanda da "ADEX" Beynəlxalq Müdafiə Sərgisi təşkil edilir. Son olaraq 2022-ci ilin sentyabrında Bakıda IV "ADEX" və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgiləri keçirilib. Belə sərgilər ölkəmizin müdafiə sənayesi kompleksini dünyaya tanıdır.

Müdafiə Sənayesi Nazirliyinin son illərdəki fəaliyyətinin təhlili göstərir ki, ixrac əməliyyatları ümumi istehsal həcminin 60 faizini, 2022-ci ildə isə 62 faizini təşkil edib. Bu tendensiyanın artımı Dövlət Müdafiə Sifarişi Proqramının hər il 100 faizi həcmində icra edilməsi ilə müşayiət olunur. Bundan başqa, müdafiə sənayesi müəssisələrinin inkişaf prioritetlərindən biri də istehsal olunacaq məhsulun ixracının artırılması ilə həmin müəssisələrin büdcə asılılığının əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaqdır. Bu məqsədlə müəssisələrdə böyük tələbata malik məmulatların istehsalının genişləndirilməsi, 2030-cu ilədək olan dövrdə yeni yüksək texnologiyalara və süni intellektə əsaslanan istehsal sahələrinin yaradılması nəzərdə tutulur.

Bu gün Azərbaycanın müdafiə sənayesi sürətli inkişaf yolundadır. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə sənayesi ehtiyaclarımızı ödəməklə yanaşı, 30-dan çox ölkəyə hərbi məhsul ixrac edir. Əldə etdiyimiz bütün uğurlar Prezident İlham Əliyevin müdafiə sənayesinin modern çağırışlara uyğun inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub.

 

Ulu Öndərin böyük vətənpərvər, öz dövlətinin milli maraqlarını hər şeydən uca tutan şəxs olduğunu vurğulayan Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri İsmayıl MƏMMƏDOV söylədi ki, Heydər Əliyevin istər sovet dövrü, istər müstəqillik dövrü fəaliyyətini nəzərdən keçirəndə görürük ki, bu dahi insan hər zaman dövləti və xalqı üçün çalışıb, vətən təəssübkeşliyinin ən mükəmməl nümunələrini yaradıb. Elə buna görə də torpaqlarımızın işğal altında olması Heydər Əliyevi çox narahat edirdi:

- Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi ərazilərinin 30 ilə yaxın müddət ərzində işğal altında qalması çağdaş dövrümüzün ən böyük ədalətsizliklərindən biri idi. Torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmiş, bir milyondan çox azərbaycanlı öz dədə-baba yurdlarından didərgin salınmış, qaçqın-köçkün həyatı yaşamaq məcburiyyətində qoyulmuşdu. Bütün bunlar sivil dünyanın gözü qarşısında baş versə də, dövlətlərin ərazi bütövlüyünün pozulmasının yolverilməzliyi ilə bağlı beynəlxalq konvensiyalar kobud şəkildə tapdalansa da, həmin sənədləri qəbul edən təşkilatlar susqunluq, laqeydlik, biganəlik nümayiş etdirdilər, işğalçını öz adı ilə çağırmaqdan uzaq oldular.

Amma Azərbaycan xalqı heç vaxt ümidlərini itirmədi, torpaqlarımızın azad olunacağına həmişə inandı. Bu inamı təmin edən, onu gücləndirən isə Prezident İlham Əliyevin yürütdüyü siyasət oldu. Xalqımız hər zaman inandı ki, respublikamıza rəhbərlik etdiyi vaxtdan qarşıya qoyduğu və dövlətimizin yüksəlişinə xidmət edən bütün məqsədlərə inamla çatan İlham Əliyev torpaqlarımızı da işğaldan azad edəcək. Cənab İlham Əliyev hər zaman çıxışlarında bəyan edirdi ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirən və daha da zənginləşdirən Prezident İlham Əliyev Azərbaycanı inkişaf etdirməklə həm də torpaqlarımızın işğaldan azad edilməsi üçün tarixi şəraiti formalaşdırdı. Ermənistan danışıqlar prosesində imitasiya ilə məşğul olanda cənab İlham Əliyev Ali Baş Komandan kimi ordumuzun döyüş imkanlarını artırdı. Ermənistan öz ordusu barədə miflər yaradanda Azərbaycan Ordusu təlimlərlə peşəkarlığını artırdı, işğalçıların cəbhə xəttində möhkəmləndirdiyi mürəkkəb müdafiə mövqelərinin yarılmasını məşq etdi. Xalqımız əmin idi ki, bir gün torpaqlarımızın azadlığı uğrunda müharibə başlayarsa, Azərbaycan Ordusu öz tarixi missiyasını layiqincə yerinə yetirəcək. 2016-cı ilin Aprel döyüşlərindən sonra bu əminlik daha da gücləndi.

2020-ci il sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi növbəti hərbi təxribatdan sonra Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasının icrasına başladı. Həmin gün başlayan Vətən müharibəsi bütün xalqımızın çoxdan gözlədiyi tarixi anın yetişməsi idi. "Dəmir yumruq" əks-hücum əməliyyatlarını aparan ordumuz olduqca mükəmməl taktika ilə müxtəlif istiqamətlərdə cəbhəni yararaq işğalçı ordunu darmadağın etdi. Ermənistanın keçilməz hesab etdiyi müdafiə xətləri ilk həmlədəcə dağıdıldı. Cəbhənin heç bir istiqamətində düşmən ordumuzun qarşısında duruş gətirə bilmədi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iradəsi, qətiyyəti və ordumuzun qəhrəmanlığı, hərbçilərimizin igidliyi, cəsarəti ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımız sürətlə azad edildi.

Müharibə günlərində Ali Baş Komandan İlham Əliyev tərəfindən verilən hər bir müjdə, Cəbrayılın, Suqovuşanın, Hadrutun, Füzulinin, Zəngilanın, Qubadlının azad olunmasının elan edilməsi bütün dünya azərbaycanlıları tərəfindən böyük coşqu ilə qarşılandı, bayrama çevrildi.

Məlum olduğu kimi, hələ danışıqlar prosesində Ermənistan bildirirdi ki, Şuşa şəhəri Azərbaycana qaytarıla bilməz. Ona görə Vətən müharibəsində əsas hədəflərdən biri Şuşanın azad edilməsi idi. Prezident İlham Əliyev də müharibə günlərində bəyan etmişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Şuşanın azad olunması həm də milli məsələ idi. Hadrutun, Füzulinin azad edilməsindən sonra Şuşaya doğru irəliləyən ordumuz döyüşlərin 42-ci günündə milli mədəniyyətimizin beşiyini, Qarabağın tacını xilas etdi.

Şuşa əməliyyatı Azərbaycan Ordusunun Vətən müharibəsində yazdığı möhtəşəm qəhrəmanlıq səhifəsi oldu. Hərbçilərimiz çətin relyefi olan bu şəhəri qayalardan dırmaşaraq, yüngül atıcı silahlarla döyüşərək azad etdilər. Dünyanın aparıcı hərbi mərkəzlərinin öyrəndiyi Şuşa əməliyyatı ordumuzun yüksək döyüş hazırlığının, hərbçilərimizin peşəkarlığının, vətənpərvərliyinin, ən ekstremal şəraitlərdə belə döyüşərək qalib gəlmək əzminin nümayişi oldu.

Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"  deməklə torpaqlarımızın azad olunmasını vəsiyyət etmişdi.

Vətən müharibəsində torpaqlarımızın azad edilməsi ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi. Bu qələbənin kökündə dayanan amillər vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş düzgün strategiya, Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət oldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və qətiyyətli sərkərdəliyi ilə ərazi bütövlüyünün təmin edilməsində başlıca rol oynayan Silahlı Qüvvələrimizin qazandığı tarixi qələbəyə Müdafiə Sənayesi Nazirliyi öz layiqli töhfələrini verib.

"Dəmir yumruq" əməliyyatında Silahlı Qüvvələrin silah, sursat, hərbi-xüsusi texnika, pilotsuz uçuş aparatları və digər məhsullarla fasiləsiz təmin edilməsi üçün Müdafiə Sənayesi Nazirliyinin tabeli qurumları və müəssisələri gücləndirilmiş iş rejimində çalışıb. Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan atıcı silahlar bu savaşda sınaqdan layiqincə çıxıb.

Onu da qeyd edim ki, Müdafiə Sənayesi Nazirliyinin kollektivinin 72 nəfər üzvü 44 günlük müharibədə iştirak edib. 3 əməkdaşımız qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb, 7 işçisi yaralanaraq qazi olub.

Ulu Öndər Heydər Əliyevin şah əsəri - güclü Azərbaycan dövləti öz müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanmaqla bir daha sübuta yetirdi.

Müharibə bitsə də, təhdidlər qalır. Ona görə bu gün də dövlətimizin əsas prioritetlərindən biri Silahlı Qüvvələrin döyüş qabiliyyətinin davamlı şəkildə artırılması, maddi-texniki bazasının gücləndirilməsidir. Məmnunluqla qeyd edilməlidir ki, dövlətimiz bu istiqamətdə tədbirlərini davam etdirir, hərbi-texniki sahədə beynəlxalq əməkdaşlıq genişləndirilir. Təbii ki, Müdafiə Sənayesi Nazirliyi də bu prosesdə fəal iştirak edir, ölkəmizin müdafiə sənayesi müəssisələrində istehsal olunan məmulatların həcmi ildən-ilə artır, onların keyfiyyəti daha da yüksəlir.

Prezident İlham Əliyevin dediyi kimi, biz qarşıdan gələn dövrdə də müasir silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsalına xüsusi diqqət yetirməklə Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik.

 

Elmi-Tədqiqat İnstitutunun baş mühəndisi Əflatun MƏMMƏDOV qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri banisi olduğu müasir, müstəqil  respublikamızın inkişaf etdirilməsi idi. Xalqın istək və arzusu ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra taleyüklü problemləri həll edən Heydər Əliyev tezliklə Azərbaycanın mükəmməl inkişaf strategiyasını müəyyən etdi, respublikamızı tərəqqi yoluna çıxardı:

- Məmnunluq hissi ilə bildirməliyik ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız Heydər Əliyevin yaratdığı möhkəm bünövrə üzərində yüksəlir, inkişaf edir. Olduqca qürurvericidir ki, bu inkişaf məhdud sahələrlə yekunlaşmayaraq, kompleks xarakter daşıyır. Həm iqtisadiyyat, həm sosial sfera, bir sözlə, cəmiyyət həyatının bütün sahələri inkişaf edir, modernləşir.

2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması da respublikamızdakı kompleks inkişafın göstəricisidir. Əlbəttə, müdafiə sənayesi olduqca geniş və özündə müxtəlif istehsalat müəssisələrini birləşdirən sahədir. Müdafiə Sənayesi Nazirliyinin tabeliyində 20-dən çox müəssisənin fəaliyyət göstərməsi və bu müəssisələrdə 1200 adda məhsul istehsalı bunu təsdiq edir.

Çıxışlarda qeyd olunduğu kimi, müdafiə sənayesi spesifik sahədir. Təbii ki, spesifik sahələrin öz tələbləri, çərçivələri, yanaşmaları var. Müdafiə sənayesi həm də müasir elmi nəzəriyyələrin praktikada tətbiq olunduğu sahələrdən biridir. Bu sənayedə istehsal hər şeydən öncə elmə, mükəmməl nəzəri biliklərə, elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsinə əsaslanır.

Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra bu məsələ diqqətdə saxlanılıb. Prezident İlham Əliyevin 27 sentyabr 2006-cı il tarixli fərmanına əsasən, Elmi-Tədqiqat İnstitutu yaradılıb. 2009-cu il mart ayının 16-da Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunun açılış mərasimi keçirilib.

İnstitutun yerləşdiyi ərazi və bina bir vaxtlar yararsız vəziyyətə düşmüş, buradakı avadanlıq sıradan çıxmışdı. Yenidən qurulduqdan sonra institut ən müasir informasiya-kommunikasiya texnologiyaları və son texnoloji avadanlıqlarla təmin olunub. Burada mühəndis-laboratoriya korpusu, təcrübi zavodu, sınaq sahəsi, atıcılıq tiri və hərbi texnika saxlamaqdan ötrü xüsusi ərazi yaradılıb. Təcrübi zavodda mexaniki emal, dəqiq mexanika, yığma, sazlama, qaynaq, termiki emal, sınaq sahələri və sair fəaliyyət göstərir.

2009-cu ildə institutun açılışı zamanı Prezident İlham Əliyev burada istehsal edilən məhsulların sınaqdan keçirilməsi zamanı çəkilmiş kadrlara baxmış, yaradılan şəraitdən məmnun qalmışdı.

Hazırda müdafiə təyinatlı məmulatların yaradılması, əsaslı təmiri və təkmilləşdirilməsi məqsədi ilə təcrübi-konstruktor işlərinin aparılması, nazirliyin tabeli müəssisələrində həmin məhsulların istehsalının mənimsənilməsinin təşkili, mülki və ikili təyinatlı məhsulların yaradılması və təkmilləşdirilməsi barədə təkliflər vermək, işlər aparmaq Elmi-Tədqiqat İnstitutunun fəaliyyət istiqamətlərini təşkil edir.

Eyni zamanda institut elmi kadrların hazırlanmasının təşkili ilə məşğul olur. Aydın məsələdir ki, müdafiə sənayesinin davamlı inkişafı üçün müasir biliklərə və bacarıqlara malik kadr potensialının yaradılması vacibdir. Buna görə son illər Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsalın inkişafı və kadr hazırlığı tandeminə diqqət daha da artırılıb. Dövlət başçısı İlham Əliyevin "Gələcəkdə bilik, savad ölkələrin dünyadakı yerini daha da böyük dərəcədə müəyyən edəcəkdir. Ona görə bu sahəyə xüsusi diqqət göstərilməlidir. Elm və təhsil sahəsinə xüsusi diqqət göstərilməlidir, bu sahə ön plana çıxmalıdır" müdrik tövsiyələri Elmi-Tədqiqat İnstitutunun da fəaliyyətində daim rəhbər tutulur.

Bu məqsədlərdən irəli gələrək Elmi-Tədqiqat İnstitutu ilə müxtəlif elmi müəssisələr arasında əməkdaşlıq memorandumları imzalanıb. Təkcə 2022-ci ildə və bu ilin ötən dövrü ərzində bu institutla Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti və Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutu arasında birgə əməkdaşlıq haqqında memorandumlar imzalanıb. Bu memorandumlara uyğun olaraq birlikdə müxtəlif innovativ layihələrin həyata keçirilməsi, layihələr üzərində birgə elmi araşdırmaların aparılması, elmi-praktiki tədqiqatların yerinə yetirilməsi, elm və texnologiya sahələrində layihələrə gənc alimlərin cəlb olunması, elmi-tədqiqat işlərinin aparılması üçün laboratoriyaların maddi-texniki bazalarının gücləndirilməsi, nəzəri biliklərlə istehsalat təcrübəsinin qarşılıqlı vəhdəti, elmtutumlu riyazi proqramlama və hesablamaların elmi-tədqiqat işlərinə tətbiqinə dair birgə səylərin göstərilməsi kimi vacib məsələlər reallaşır.

Onu da qeyd etmək yerinə düşər ki, son illər Azərbaycanda yeni texnologiyaların inkişafına daha çox diqqət yetirilir. Bu baxımdan texnoloji yeniliklərə meyilliliyi ilə seçilən, ölkənin intellektual gələcəyinin formalaşdırılmasında özünəməxsus yeri və rolu olan gəncliyin məqsədyönlü elmi və yaradıcı fəaliyyətə istiqamətləndirilməsi vacib əhəmiyyət kəsb edir.

Ölkədə insan kapitalının yaradılması işində yaxından iştirak edən Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı texniki təmayüllü tam orta təhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin elmi-istehsalat sahələrinə mütəmadi məlumat turları təşkil edilir. Gənclərin texniki biliklərə dərindən yiyələnməsi, bu sahədə istedadlarının üzə çıxarılması, onlara müasir kreativ bacarıqların aşılanması məqsədilə müxtəlif layihələr də həyata keçirilir.

Elmi-Tədqiqat İnstitutu öz fəaliyyət istiqamətlərindən irəli gələrək xarici tərəfdaşlarla da əməkdaşlıq edir. Məsələn, ötən ilin dekabrında qardaş Türkiyənin "Lentatek" və "Ayesaş" şirkətləri arasında anlaşma memorandumları imzalanıb. İmzalanmış sənədlərdə hərbi təyinatlı məmulatların yaradılması konsepsiyası çərçivəsində ərazilərin minalardan təmizlənməsində texniki həllər, müşahidə sistemləri, sərhəd nəzarət sistemləri, GPRS-GNSS naviqasiya mühafizə sistemləri, komanda nəzarət və müdafiə texnologiya sistemləri, təlim və simulyasiya texnologiyaları, məlumat və innovativ texnologiyaları, pilotsuz uçuş texnikası və bu texnikalardan müdafiə sistemləri, hava və quru platformalarında istifadə olunan qəza xəbərdaredici cihazların yaradılması, hidrogen, yanacaq texnologiyalarını əhatə edən layihələr çərçivəsində müəyyən edilmiş prinsiplərə uyğun olaraq birgə əməkdaşlıq məsələləri nəzərdə tutulur.

Ötən ilin sentyabrında Bakıda keçirilən "ADEX" və "Securex Caspian" sərgilərində Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin "Havelsan" Hava Elektronik Sənaye və Ticarət Kurumsal, "Simsoft" Kompüter Texnologiyaları, həmçinin Pakistanın Qlobal Sənaye və Müdafiə Həlləri şirkətləri arasında əməkdaşlığa dair memorandumlar imzalanıb. Əlbəttə ki, bu əməkdaşlıqlar yeni layihələrin hazırlanaraq uğurla ərsəyə gətirilməsinə, tərəflərin hərbi-texniki sahədə daha da inkişafa nail olmasına təkan verəcək.

Hazırda yeni müdafiə təyinatlı məmulatların yaradılması üzrə nazirliyin Elmi-Tədqiqat İnstitutu tərəfindən dövlət sifarişi xətti ilə elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla davam etdirilir. Dövlətin diqqət və qayğısını hər zaman hiss edən kollektivimiz bundan sonra da ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində var qüvvəsini səfərbər edəcək.

 

"AZƏRBAYCAN"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!