03 Fevral 2023 01:31
838
CƏMİYYƏT
A- A+
"Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib

"Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib

 

Tərtərdə "Heydər Əliyev İli" çərçivəsində Gənclər günü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəl mərkəzi meydanda Ulu Öndərin abidəsini, sonra isə Şəhidlər Abidə Kompleksini ziyarət ediblər.
Tərtər Rayon İcra Hakimiyyətində davam edən tədbirdə Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. Sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. 
Çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov  bildirib ki, dövlət  gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur: "Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi illərində  keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərdiyi gənclər bu gün ixtisaslı mütəxəssislər kimi müstəqil ölkəmizin inkişafında fəal iştirak edirlər. Ulu Öndər gənclərə arxalandığı kimi, gənclər də onu böyük lider, əvəzolunmaz şəxsiyyət, milli dövlət quruculuğunun banisi kimi qəbul edirlər".
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov   gəncləri Gənclər Günü münasibətilə təbrik edərək ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişdir. O, Azərbaycanda bu gün həyata keçirilən gənclər siyasətinin gənc nəslin hərtərəfli inkişafı üçün şərait yaratdığını, onları vətənpərvər ruhda formalaşdırdığını, 
44 günlük Vətən müharibəsinin Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulamışdır. M.Məmmədov çıxışını əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin davamçısı Prezident İlham Əliyevin Azərbaycan gənclərinin vətənpərvərliyi barədə dediyi sözlərlə bitirmişdir: "Biz qəlbində güclü Vətən sevgisi olan gənc nəsil yetişdirdik. Hətta torpaqlarını görməyən gənclər bir arzu ilə yaşayıb ki, ədalət bərpa olunsun və onlar öz doğma torpaqlarına qayıtsınlar." 
Tədbirin sonunda rayonun içtimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncə rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatı tərəfindən Fəxri fərman, Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri, iki nəfərə isə "Vətən müharibəsi iştirakçısı" medalı təqdim olunmuşdur.
* * *
İmişlidəki Heydər Əliyev Mərkəzində Gənclər Günü ilə bağlı "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib. 
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin, habelə Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirələrini birdəqiqəlik sükutla yad etmişlər. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur. 
Çıxış edənlər bildirmişlər ki, Ümummilli Liderin dövlətçilik irsini öyrənən və təbliğ edən gənclərlə bağlı irimiqyaslı proqramların həyata keçirilməsinə dəstək verən Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da həm özünün ictimai-siyasi fəaliyyətində, həm də rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi bütün tədbirlərdə gənc nəslin sağlamlığını, intellektual və fiziki inkişafını daim diqqət mərkəzində saxlayırlar. 
Tədbirin sonunda bir qrup gəncə rayon icra hakimiyyətinin Fəxri fərmanları təqdim edilmişdir.


Lazım QULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!