14 İyul 2026 10:47
134
SİYASƏT
A- A+
Heydər Əliyev siyasi kursunun təntənəsi

Heydər Əliyev siyasi kursunun təntənəsi


Deyirlər ki, tarixə yalnız böyük şəxsiyyətlər düşür. Heydər Əliyev təkcə tarixə düşmədi, həm də tarixin özünü yaratdı. Bütün ömrünü Azərbaycanın inkişafına,  suverenliyinə, xalqımızın azadlığına, istiqlaliyyətinə həsr edən ümummilli liderimiz böyük zəhmətlər bahasına qarşısına qoyduğu məqsədlərə nail oldu. Ulu Öndərin qarşısına qoyduğu ən ali məqsəd xalqımızın azad yaşamaq haqqına sahib çıxmasını təmin etmək, Azərbaycanın suverenliyinə nail olmaq idi. 

Hələ 1969-cu ildə H.Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi ölkəmizin tarixində əsaslı dönüş mərhələsi olmuşdur.  Ulu öndər Heydər Əliyev respublikamıza rəhbər təyin olunana qədər Azərbaycana qarşı ögey münasibət var idi. Şübhəsiz ki, keçmiş SSRİ rəhbərliyinin xalqımıza qarşı bu cür münasibət bəsləməsinə tarixi düşmənimiz olan ermənilərin də fitnəkarlığı təsir edirdi. Dilimizə, dinimizə, milli-mənəvi dəyərlərimizə, bir sözlə xalqımızın mənsub olduğu bütün xüsusiyyətlərə təcavüzlər edilirdi. O vaxtlar təhlükəsizlik orqanlarında çalışan Heydər Əliyev  bunları yaxşı görür, vəziyyətdən çıxış yolu axtarırdı. Onun Azərbaycana rəhbər təyin edilməsi ilə xalqımızın üzləşdiyi çətinliklər, təqib və təzyiqlər aradan qaldırılırdı. Demək olar ki, baş verən xoşagəlməz hallara son qoyuldu və bunlar tarixə çevrildi. 

Heydər Əliyevin 1969-cu il 14 iyul tarixində Azərbaycan rəhbərliyinə təyinatı sözsüz ki, onun liderlik keyfiyyətlərinə, təşkilatçılıq bacarığına, şəxsi intelektual imkanlarına, o vaxtki SSRİ rəhbərliyi tərəfindən verilən yüksək qiymətin göstəricisi idi. Heydər Əliyev bu etimadın müqabilində sadəcə respublikada Moskvanın təlimat və göstərişlərini həyata keçirən bir rəhbərə çevrilmədi. Əksinə, o, sovet idarəçiliyinin şablonlaşmış texnologiyasını respublikanın rifahına, inkişafına yönəltməyi bacaran bir lider kimi özünü təsdiq etdi. İndi bunu aydın dərk edirik ki, Heydər Əliyev o dövrdəki fəaliyyəti ilə həm də sovet dövlətinin iqtisadi imkanlarını Azərbaycanın uzun illər sonrakı tərəqqisi və nəticə etibarı ilə indikı müstəqil dövlətçiliyimiz üçün maksimum dərəcədə sərf etməyi bacarmışdı. Belə ki, o, müdrik siyasət, böyük siyasi iradə nümayiş etdirərək  respublikanın İttifaq büdcəsinin imkanlarından maksimum yararlanmasını təşkil etmiş, fövqəldövlətin xammal bazası kimi tanınan Azərbaycanın sənaye mərkəzinə çevrilməsinə nail olmuşdu. Respublikanın sənaye və kənd təsərrüfatında, ümumiyyətlə  ictimai həyatın bütün sahələrində  yüksəliş mərhələsi başlanmışdı. Respublikaya rəhbərliyinin ilk günlərindən xalqın sabahını düşünən Heydər Əliyev zamanı qabaqlayaraq Azərbaycanın gələcək inkişafı və müstəqilliyi üçün  mühüm təminatlar  yaratmışdı. Məhz həmin illərdən etibarən xalqımızın  milli mənlik şüuru yüksəlmiş, kadr  korpusunun milliləşdirilməsi  istiqamətində qətiyyətli  addımlar atılmışdır, xalqın həyat səviyyəsinin yüksəldilməsi  üçün  bir sıra mühüm sosial-iqtisadi islahatlar həyata  keçirilmiş, Azərbaycan Sovetlər  Birliyinin ən inkişaf etmiş respublikaları sırasına daxil  olmuşdu. 

Hələ o zamanlardan müstəqillik ideyalarını özünə əsas məqsəd seçmiş dahi Heydər Əliyev totalitar rejimin  sərt təzyiqlərinə baxmayaraq, ən qlobal  problemləri belə  məharətlə  həll edərək, ölkəmizin  siyasi  və iqtisadi müstəqilliyi üçün münbit şərait  yaratmağa müvəffəq  olmuşdu. Azərbaycan  xalqının  müstəqillik yolunda qarşılaşacaq  çətinlikləri özünə məxsus  intuisiya ilə hiss edən ümummilli liderimiz ölkəmizin  strateji məqsədləri naminə  mühüm addımlar  ataraq milli dövlətçilik ənənələrimizi zənginləşdirmişdir. O vaxtlar Heydər  Əliyevin  adı təkcə respublikamızın əhalisi, xalqımız üçün deyil, keçmiş İttifaq dövlətinin bütün  vətəndaşları üçün  qanunçuluğun və ədalətin rəmzinə çevrilmişdi. O, yalnız Azərbaycanın deyil,  dünyanın ən nəhəng və qüdrətli  dövləti olan SSRİ-nin lideri kimi dünyada nüfuz qazanmışdı. Hələ  o vaxtlar  biz öz ümummilli  liderimizin beynəlxalq  aləmdəki dünya siyasətindəki ad-sanı, şan- şöhrəti ilə fəxr  edirdik. Heç təsadüfi  deyildir ki, həmin  dövrün tanınmış  siyasətçiləri, bir sıra təhlilçilər və politoloqlar  Sovetlər  İttifaqını süqutdan qurtara biləcək  dövlət  xadimi  kimi yalnız  Heydər Əliyevin  adını çəkirdilər. Əlbəttə ki,  imperiya təşəkkülü, siyasi dairələr öz intelektual  səviyyəsi və parlaq  liderlik  istedadı ilə fərqlənən  azərbaycanlıya belə bir  imkanı  vermədilər. Lakin  Uca Tanrı  Heydər  Əliyevi, onu yetişdirmiş doğma xalqı, müstəqil  Azərbaycan  üçün  hifz  etdi. Heydər  Əliyevin  hərtərəfli dəstəyi  ilə respublikamızda böyük  tikinti  quruculuğu işləri  həyata  keçirilirdi. Yeni  elm, təhsil, səhiyyə  müəssisələri, sənaye  obyektləri tikilib  istifadəyə  verilirdi. Azərbaycanın digər  respublikalardan asılılığı getdikcə  aradan  qaldırılırdı. Bütün  bunlar Azərbaycanın xoşbəxt  gələcəyinə hesablanmış siyasət idi. Tarixi baxımdan o qədər  də böyük  olmayan  vaxt ərzində  Azərbaycan  sürətli inkişaf yolu keçərək  digər  respublikaları üstələdi. Halbuki, Heydər Əliyevdən əvvəl Azərbaycan bütün  respublikalardan, hətta tarixi torpaqlarımız üzərində  yaradılan Ermənistandan geri qalırdı və Azərbaycan  bütün  sahələrdə tənəzzüldən qurtularaq tərəqqiyə doğru istiqamətləndi. O dövrdə görülən işlər müstəqil Azərbaycanın təməli idi. 

Belə bir məqamda müdrik xalqımız hadisələri və vəziyyətdən çıxış yolunu düzgün müəyyənləşdirdi. Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışını təmin etmək xalqın qəti və ən düzgün qərarı idi. Xalqın ulu öndərə güvənməsi, ona etibar etməsi təsadüfi deyildi. Onun sovet dövründə Azərbaycanda və Naxçıvan Ali Məclisinin sədri olduğu vaxtlarda gördüyü işlər xalqın diqqətindən yayınmamışdı. 

Bütün bunları nəzərə alan xalqımız yekdilliklə Heydər Əliyevin yenidən Azərbaycana rəhbərliyə keçməsini tələb etdi və buna nail oldu.

Ömrünü xalqın yaxşı yaşaması naminə apardığı mübarizəyə həsr edən Heydər Əliyev milyonlarla insanın çağırışlarına hörmətlə yanaşaraq ölkəmizdə rəhbərlik missiyasını öz üzərinə götürdü. Təbii ki, xalqın taleyinə biganə yanaşa bilməzdi. Nadir tarixi  şəxsiyyətin bu qayğısı ilə Azərbaycan səmasından qara buludlar çəkilməyə başladı. O böyük zəhmətlər bahasına şər qüvvələrə qalib gəldi, ölkədə sabitliyin yaradılmasına nail oldu. Zəngin dövlətçilik təcrübəsinə, yüksək idarəçilik, rəhbərlik qabiliyyətinə malik olan Heydər Əliyevin gördüyü işlər sayəsində ölkəmizin intibah dövrü başlandı. Azərbaycan dünyaya inteqrasiya olundu, sivil, dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu sahəsində uğurlu addımlar atıldı. 

Dahi rəhbərin müdrikliyi və uzaqgörən siyasəti nəticəsində qısa müddət ərzində ölkədə vətəndaş həmrəyliyi bərpa edildi,  anarxiya və xaosa son qoyuldu. Milli Ordu formalaşdı. Belə ki, 70-ci illərin əvvəlində ulu öndərin ağlasığmaz qətiyyəti və iradəsi nəticəsində milli hərbi kadrların yetişdirilməsi üçün baza rolunu oynayacaq Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olması onun ən mühüm tarixi xidmətlərindən biridir. Azərbaycan müstəqilliyini bərpa edib milli ordu quruculuğuna başlayanda bu məktəb hərbi kadr hazırlığının mühüm bazasına - tədris ocağına çevrildi. Bu, Heydər Əliyev uzaqgörənliyinin, vətənpərvər liderin xalqı qarşısında tarixi xidmətinin əyani təsdiqidir.

Bundan əlavə, ölkənin ilk demokratik Konstitusiyası qəbul edildi, söz və mətbuat azadlığı bərqərar edildi, iqtisadiyyatın bütün sahələrində, hüquqi - demokratik islahatlar həyata keçirildi, neft strategiyası uğurla reallaşdırıldı. Onu da etiraf etməliyik ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəlməsəydi, indi nə müstəqil Azərbaycan dövləti, nə də onun xoşbəxt azad vətəndaşları vardı.

Bugünkü azad, demokratik, güclü və güdrətli Azərbaycan Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsidir  və onun keçdiyi həyat  yolu gələcək nəsillərə əvəzsiz nümunədir.


Kamilə Əliyeva,

Bakı Dövlət Universitetinin 

kafedra müdiri,  professor


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan AŞPA-nı tərk edərsə, bu təşkilatın nüfuzuna zərbə olacaq  

11:54
14 İyul

Panel müzakirə: “Media obyektivində sülh quruculuğu və ictimai diskurs” YENİLƏNİB

10:54
14 İyul

Heydər Əliyev siyasi kursunun təntənəsi

10:47
14 İyul

Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb

10:41
14 İyul

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi  

10:28
14 İyul

Kanat İskakov: Dezinformasiyaya qarşı onlayn platformalarla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir

10:27
14 İyul

Hikmət Hacıyev: Azərbaycanda media mühitinin modernləşdirilməsi həyata keçirilib

10:16
14 İyul

Şuşada Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub

10:13
14 İyul

Prezidentin köməkçisi: Cəmiyyət innovasiya, təhlükəsizlik, valideyn məsuliyyəti və fərdi hüquqlar arasında tarazlıq tapmalıdır

10:09
14 İyul

Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub 

10:07
14 İyul

Hikmət Hacıyev: Qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Forumundan daha uyğun məkan tapmaq çətindir 

09:47
14 İyul

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

09:36
14 İyul

İordaniya mediası Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışını işıqlandırıb  

08:55
14 İyul

Cəsarəti ilə qəhrəmanlıq düsturu yazdı

08:45
14 İyul

Suraxanı rayonunda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb

08:40
14 İyul

Xalqın qəlbində əbədi yaşayan dahi şəxsiyyət

08:35
14 İyul

Dövlətçiliyin sarsılmaz təməllərini yaradan Lider

08:30
14 İyul

Qüdrətli Azərbaycan dövlətinin qurucusu

08:25
14 İyul

Mədəni yaddaşın siyasi zəfəri: 1969-cu ildən başlayan yol

08:20
14 İyul

Azərbaycanı zirvələrə aparan siyasət

08:15
14 İyul

İnnovativ iqtisadiyyat inkişaf etdikcə, onu tənzimləyən qanunvericilik bazası da təkmilləşdiriləcək

08:10
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!