30 Avqust 2025 08:35
461
CƏMİYYƏT
A- A+
Heydər Əliyev Fondunun hədiyyəsi

Heydər Əliyev Fondunun hədiyyəsi


Müasir təhsil sistemi inkişaf və transformasiyalar dövrünə qədəm qoymuşdur. Dəyişikliklərin baş verdiyi sahələr arasında təbabətin özülü hesab edilən insan anatomiyası xüsusi yer tutur. Bu elm ənənəvi olaraq anatomik preparatlar, atlas və mulyajlarla assosiasiya olunur. Lakin yeni rəqəmsal və interaktiv texnologiyların tətbiqi ali tibb təhsili qarşısında yeni üfüqlər açır, tədris prosesini daha effektiv edir. 

Eləcə də müasir texnologiyaların tətbiqi tələbələrin vizual olaraq materialı daha da dərindən mənimsəməsinə xidmət edir. 

Müasir texnologiyaların tətbiqi insan anatomiyasının tədrisində günün tələbidir, bu yolla tibbi kadrların, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini artırmaq, tələbə-gənclərin fundamental fənlərə marağının yüksəlməsinə nail olmaq mümkündür. Bu gün dünyada klassik, fundamental fənlər ən müasir texnologiyalarla zənginləşdirilir. Öz mövqeyi və tarixi dəyərlərə sadiqliyi ilə seçilən Azərbaycanda bu prosesin getməsi dünyanın bir çox ölkələrinə örnəkdir. 

Prezident İlham Əliyevin dediyi kimi: "Ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır". Bu gün elm və təhsil innovasiyalarla birgə addımlayır, anatomiya tədrisi müasir alətlərə - interaktiv platformalara, 3-D modelləşməyə, rentgenanatomiyaya istinad etməyə başlamışdır. Təbii ki, anatomiyanın müasir dövrdə tədrisində rentgenanatomiyaya tələbat artmışdır. Anatomik strukturların rentgenoqrafiya və rentgenskopiya üsulları sayəsində əldə edilmiş şəkilləri ilə tələbələrin artıq ilk günlərdən tanışlığı, onların biliyinin daha da möhkəmləndirilməsi istiqamətində atılmış əhəmiyyətli addımdır, "canlı anatomiyanın" gələcək həkimlər tərəfindən mənimsənilməsi, orqanların normal görünüşünün bütün variasiyalarının dərk edilməsi onlara patoloji dəyişiklikləri fərqləndirmək və bununla da peşəkar fəaliyyətlərində diaqnostik səhvləri sıfıra endirmək imkanı verir. Tibbi vizualizasiya rentgen anatomiyasının mühüm aspektini təşkil edir, dərslik və atlaslardan əldə edilmiş biliklərin rəqəmsal rentgen aparatlarının köməyi ilə əldə olunmuş görüntülərlə sintezi gələcəyin həkimlərinə artıq ilk kursdan klinika ab-havasına daxil olmağa, özünü həkim hiss etməyə, qoyacağı diaqnozun dəqiqliyinin məsuliyyətini anlamağa yardım edir. Tibbi təfəkkür bu üsulla formalaşır və bu formalaşmanın məhz insan anatomiyası kimi fundamental fənnin tədris edildiyi kafedrada baş verməsi olduqca mühümdür.   

Keçən tədris ilinin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycan Tibb Universitetinə gəlişi professor və müəllimlərimiz tərəfindən məmnunluqla qarşılandı. Görüş zamanı Leyla xanım Əliyeva  universitetin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında tədris prosesi ilə yaxından maraqlandı, gələcək nəsil həkimlərinin ərsəyə gəlməsi üçün yaradılmış şəraitlə tanış oldu. Kafedramızla yaşıd olan və onun nəzdindəki muzeyə böyük maraq göstərdi, unikal eksponatların tarixçəsini dinlədi. Daha sonra Tədris Mərkəzində ən müasir tələblərə cavab verən mulyajları, anatomik planşeti və süni meyit preparatını nəzərdən keçirdi, problemlərimizlə maraqlandı, tövsiyələrini verdi.

Tarixi görüşün nəticəsi olaraq kafedramızın, ümumən universitetimizin kollektivi bu günlərdə möhtəşəm hadisənin sevincini yaşadı. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın elm və tədrisə,  böyüməkdə olan gənc nəslə qayğısının  təcəssümü olaraq Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrası ən yeni tələblərə cavab verə bilən rəqəmsal rentgen aparatı ilə təchiz edilmişdir. Bu, əlbəttə ki, kafedrada tədris prosesini və aparılan elmi işlərin səviyyəsini yeni mərhələyə yüksəltməyə, gələcək həkimlərin daha savadlı yetişməsinə dəyərli töhfədir. Dövlətimizin artan nüfuzunun, Prezident İlham Əliyevin dünya siyasi aləmində lider mövqeyinin nəticəsidir ki, bütün sahələrdə olduğu kimi, ali məktəblərimiz elm və texnikanın ən son nailiyyətləri ilə təchiz olunur, dünyanın ən iri elm və təhsil ocaqları ilə rəqabətə girir və onları üstələyir. 

Yeni tədris ili qarşısında kafedramızın müasir rəqəmsal rentgen aparatı ilə təmin edilməsinə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya təşəkkür edirik.


Vaqif ŞADLİNSKİ,

professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!