08 Dekabr 2023 10:20
871
Mədəniyyət
A- A+
Hərbi marşların tarixdən gələn səsi

Hərbi marşların tarixdən gələn səsi

 

Musiqinin insana güc verməsi, damarlarında axan qanı coşdurub düşmən üzərinə aparması, qələbəyə ruhlandırması yaxın keçmişimizin söhbəti deyil. Tarixin saralmış səhifələrini vərəqlədikcə görürük ki, ötən əsrlərdə döyüş sirlərinə az-çox vaqif olan sərkərdələr də əsgərlərini düşmən üzərinə vətənpərvərlik mahnılarının sədaları altında göndərirmişlər. 
Əgər bu hərbi marş və mahnılar daim döyüşçülərin qanlarını coşdurub qəlblərini riqqətə gətirməsəydi, babalarımız onları yaratmazdılar, qanlı savaşlardan əvvəl insana güc verən marşları səsləndirməzdilər. Deməli, müharibənin hər üzünü görmüş təcrübəli sərkərdələr hərbi marşlara əsgərlərinə cəsarət və igidlik aşılayan, qələbəni təmin edən vacib mənəvi amillərdən biri kimi baxmışlar. Buna görə də döyüş ərəfəsində yeri-göyü yerindən oynadan marş və mahnıları səsləndirərək, əsgərlərini qələbəyə ruhlandırmışdılar. 
Böyük maraqla tamaşa etdiyimiz tarixi filmlərdə biz belə səhnələri çox seyr etmişik: döyüş zamanı musiqi ilə silah qoşa qanad kimi birləşəndə düşmən daha asan məhv edilir, uğur tez qazanılır. Qəlbləri riqqətə gətirən marş sədaları yağı üzərinə gedən əsgərləri uğurlara səsləyir, zəfərlərə qovuşdurur. Musiqi sədalarından güc alan döyüşçülər doğma yurdu azad edərək xalqına qələbə sevinci yaşadırlar. 
Tez-tez dinlədiyimiz marş və mahnılar qəlbimizə açılan sirli-sehirli qapıya  bənzəyir. Tarixin pozulmayan, daim parlaq qalan aynası göstərir ki, ərənlərimiz hərbi marş və mahnıların gücünü, onun əsgərə ruh verib qələbəyə kökləyən ritmini çox gözəl duyublar, onun  məğlubedilməzliyini dərindən hiss ediblər. Musiqi ritmlərində gizlənən gücün incəliklərini aşkarlayıb, onun sirlərlə dolu möcüzəli qapısına elə möcüzəli də açar tapıblar. Buna görə də qələbəni itkisiz və asan qazanıblar. 
Böyük Nizami Gəncəvi "İsgəndərnamə" poemasında döyüşlərdən əvvəl əsgərləri vəcdə gətirən mahnı və marşların ifa edilməsini böyük məharətlə təsvir edir. Dahi ustadın əsərlərində də mahnı və marşların əsgərlərə necə güclü təsir göstərdiyini aydın görürük. Şeypurlardan çıxan səsləri aslan nərəsinə bənzədən böyük Nizami yazır:

Şeypurlar qoparır aslan nərəsi,
Dimağı doyurur neyin nəfəsi.
Türk nayı qopardı elə bir şivən,
İgidlər coşaraq qopdu yerindən.

Əsərin yazıldığı zamandan səkkiz əsrdən çox vaxt keçməsinə baxmayaraq, təkcə hərbi marş və mahnılar deyil, elə bu misralar da oxucu qəlbini riqqətə gətirir. Çünki musiqi ilə bərabər, elə bu misralar da vətənin müdafiəsində dayanan əsgərləri qalibiyyətə səsləyir. Ta qədimlərdən həmişə belə olub: dahiyanə şəkildə yazılmış sözlər, bəstələnmiş musiqilər təravətini, məna çalarlarını, hikmət yükünü heç vaxt itirməyib. 
Zamanlara qalib gələn dəyərli fikirlər, musiqilər yenə də dünəndən-bugünümüzə boylanmaqdadır. 
Ölməz şairin yazdığı bu misraları oxuduqca gözlərimiz önündə qanlı döyüşlər, geniş çöllərdə üz-üzə dayanmış qoşunlar və bu gün muzeylərdə gördüyümüz oxla, qılıncla, əmudla, nizə ilə silahlanmış əsgərlər canlanır. Səkkiz əsr əvvəl yazılmış böyük əsərdən nümunə gətirdiyimiz kiçik parçalar bu gün yenə də bizə güc-qüvvət verib düşmən üzərində zəfərə ruhlandırır. Döyüşdən əvvəl musiqi dinləyən əsgər yalnız qələbə barədə düşünür, nəyin bahasına olursa-olsun yağıları məhv edib uğur qazanmağa çalışır. 
Dəfələrlə şahidi olmuşuq ki, mahnı və marşları dinləyən əsgərlərin baxışından cəsarət yağır, qəhrəmanlıq süzülür. Bu anlarda onlar özlərini həm fiziki, həm də mənəvi cəhətdən güclü və yenilməz hiss edirlər. Bax, budur hərbi marş və mahnıların yenilməz gücü, insan qəlbindəki qüdrət və təntənəsi! Musiqi döyüşçülərə güc verərək onları uğurlara səsləyir, düşmən üzərinə daha da cəsarətlə şığımağa həvəsləndirir. 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin davam etdiyi günlərdə, Qarabağın azadlığı uğrunda döyüşlərin səngimədiyi çağlarda da sözlə musiqi birləşərək əsgərlərimizə mənəvi güc verirdi, qələbəmizi, zəfərimizi yaxınlaşdırırdı. İkinci Qarabağ müharibəsində ön xətdə olarkən Xalq artisti Nurəddin Mehdixanlının hərbi marş və mahnıların müşayiəti, qəlbləri riqqətə gətirən səsi ilə oxuduğu şeirlər zabit və əsgərlərimizin döyüş ovqatını artırırdı. Həm hərbi marş və mahnılardan, həm də ürəklərində cövlan edən vətənpərvərlik hisslərindən güc alan döyüşçülərimiz Vətən müharibəsində erməni qəsbkarları üzərində zəfər çalaraq 30 ilə yaxın davam edən işğala son qoydular. 

Vahid MƏMMƏDQULUOĞLU,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT ölkələri metrologiya sahəsində daha sıx əməkdaşlıq edəcək  

12:48
03 Aprel

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

İran Küveytin neft zavoduna dronlarla hücum edib

12:17
03 Aprel

BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

12:14
03 Aprel

“Azərkosmos” və “Viasat” aviasiya üçün uçuşdaxili internet xidmətləri göstərəcək  

12:06
03 Aprel

Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü

11:56
03 Aprel

Hörmüz boğazı konfransı: 41 ölkə bölgəyə hərbi qüvvə göndərməkdən imtina edib

11:52
03 Aprel

FIFA rəsmisi: Biz Azərbaycana böyük etimad göstəririk

11:43
03 Aprel

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

11:39
03 Aprel

UEFA-dan Azərbaycan klublarına 73 milyon manatdan çox vəsait ayrılıb

11:36
03 Aprel

Tramp ABŞ Baş prokuroru Pem Bondini işdən çıxardı

11:36
03 Aprel

UEFA İtaliyanı Avro 2032-dən məhrum etməklə hədələyir

11:29
03 Aprel

Rövşən Nəcəf: Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur

11:23
03 Aprel

Ötən il AFFA-ya daxil olan maliyyə vəsaitin həcmi açıqlanıb

11:17
03 Aprel

Ukraynaya raket zərbələri endirilib, ölən və xəsarət alanlar var

11:12
03 Aprel

Azərbaycanda bu mövsüm 38 futbol klubu lisenziya alıb 

11:07
03 Aprel

Ötən gün 59 cinayətin açılması təmin edilib

11:01
03 Aprel

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində iştirak edəcəklər 

10:53
03 Aprel

Çingiz Hüseynzadə: Azərbaycan futbolu inkişaf edir

10:47
03 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:40
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!