Hərbi informasiya mənbəyi həm də “çoxdilli” olmalıdır
Milli Ordumuz qürur və güvən yerimizdir. Silahlı Qüvvələrin günbəgün yüksələn qüdrəti işğal altında inləyən torpaqlarımızın tezliklə azad olunacağına inamı möhkəmləndirir. Bizim buna qətiyyən şübhəmiz yoxdur! Dünyanı, xüsusilə də düşmənlərimizi buna inandırmamız vacibdir. Şüurlarda qazanılan mənəvi qələbə döyüş meydanlarında əldə olunacaq uğurların rəhnidir.
Atəşkəs dövründə səngiməyən informasiya müharibəsi şəraitində ictimai şüur və rəyə təsir imkanına malik bütün vasitələr həm də bu istiqamətə yönəldilməlidir. Müdafiə Nazirliyinin rəsmi saytı bu baxımdan da aparıcı rol oynamalıdır.
Cəbhədə vəziyyəti və hərbi durum haqqında məlumatları əsasən Müdafiə Nazirliyinin saytından öyrənirəm. Əgər başqalarından da tələbimiz budursa, mötəbər məlumatlardan kənara çıxılmasını istəmiriksə, deməli, nazirliyin saytı bu missiyanı həyata keçirə biləcək, ehtiyacları ödəyəcək formatda və səviyyədə qurulmalıdır. Bu saytın isə yenidən qurulmasına ehtiyac var.
Əvvəla, sayt yalnız Azərbaycan dilindədir. Müqayisə üçün deyək ki, dünyanın müxtəlif aparıcı dövlətlərinin müdafiə nazirliklərinin rəsmi internet saytlarında məlumatların əksəriyyəti 2-3 dildə tərtib olunur. Məsələn, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytı rus və ingilis, Fransanınkı fransız, ingilis və ispan, İtaliyanınkı italyan, ingilis və fransız, Almaniyanınkı da alman, ingilis və fransız dillərində hazırlanır. İkincisi, nəzərə alsaq ki, MDB məkanında rus, dünyada da əsasən ingilis dilindən beynəlxalq ünsiyyət dili kimi istifadə olunur, bizim hər iki auditoriyada öz informasiya siyasətimizi aparmağımız da olduqca vacibdir. İndiki halda başqa ölkələrin vətəndaşları, rəsmi orqanları, yaxud KİV-i hər hansı hərbi məsələ ilə bağlı Azərbaycan tərəfinin rəsmi mövqeyi ilə tanış olmaq və ya onu yaymaq istəsə də, bunu edə bilməyəcəklər.
Müdafiə Nazirliyinin saytının əlavə olaraq rus və ingilis dillərində versiyalarının hazırlanması, həcmindən asılı olmayaraq materialların baş səhifədən keçid etməklə ayrıca konkret səhifələrdə yerləşdirilməsi mötəbər hərbi informasiyanın yayılma və təsir dairəsini xeyli genişləndirərdi.
Elmar SADIXOV,
Bakı
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
İlk ali təhsilli Azərbaycan heykəltaraşı
28 Aprel
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!