26 Avqust 2022 01:35
1053
CƏMİYYƏT
A- A+
"Hər zaman yanımızda olan birinci xanıma minnətdarıq"

"Hər zaman yanımızda olan birinci xanıma minnətdarıq"

 

Əlillər Mehriban Əliyevanın onlara göstərdiyi qayğıdan razılıq edirlər

 

Onlar bu vətənin qəhrəmanlıq tarixinin canlı səhifələridir. Onlar əsl döyüşçü, qazilərdir! Düşmən torpaqlarımıza basqın edən zaman əlinə silah götürüb sinəsini yağılara sipər edib, heç bir təmənna ummadan canlarını vətənə fəda edənlərdir. Onlar vətəni böyük məhəbbətlə sevməyi bacaranlardır... Qürurludurlar, həssasdırlar... Aralarında yaddaşını itirənlər də var, qolundan, qıçından, gözündən məhrum olanlar da var... Amma ruhən  şikəst deyillər. Dağ boyda ürəkləri var.

 

Bu vətən, bu dövlət yaşasın deyə, özlərini hər zaman əsgər bilən fədakarlar 

 

Sevgi qarşılıqlı olanda daha gözəl olur. Dövlətimiz də onları hər zaman əziz bilib diqqətdə saxlayır. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva hər zaman onların problemləri ilə maraqlanıb, qayğı göstərirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan Reabilitasiya Pansionatındayıq. Xatırladaq ki, yaşıllıqlar qoynunda yerləşən bu gözəl məkan Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə 2003-cü ildə istifadəyə verilib. Ötən il isə burada Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsaslı təmir işləri görülüb. 2021-ci ildə yenidən qurulan 250 çarpayılıq pansionat ildə 5 min nəfərədək xəstə qəbul edə bilir.  Müəssisədə ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin və digər xəstəliklərdən əziyyət çəkən əlillərə  xidmət göstərilir. Əsas xidmətlər isə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiyadır. 25 fevral 2021-ci ildə pansionatın əsaslı təmirdən sonra açılışında ölkə Prezidenti İlham Əliyev iştirak edib.
Pansionat səliqə-sahmanı, təmizliyi ilə göz oxşayırdı.
Direktor Təranə Quliyeva ilə söhbətimizdə o dedi:
- Pansionatımız 250 çarpayılıqdır. 110 nəfər personalla, o cümlədən  10 nəfər həkim, psixoloq, fizioterapevt, müalicə həkimi və loqopet gecə-gündüz əlillərimizə xidmət  göstərir. Vətəndaşlarımız  yaşadıqları ərazilər üzrə DOST xidmətlərinə, yaxud da Tibbi Sosial Ekspertiza komissiyalarına müraciət etməklə asanlıqla burada yerləşib reabilitasiya oluna bilərlər. Əvvəllər qayda belə idi ki, hər bir əlil 6 aydan bir reabilitasiya üçün müraciət edə bilərdi. İndi qaydalarda dəyişiklik edilərək müddət 3 aya endirilib. Hazırda pansionatda 167 əlil var. Onların 30 nəfərə yaxını birinci qrupdur. Məlumat üçün bildirək ki, birinci qrup əlillərin baxıcıları, onları müşayiət edən şəxslər də burada yerləşdirilir. 2021-ci ildə pansionata 2111 əlil qəbul etmiş və onlara xidmət göstərmişik. Bu il isə reabilitasiya olunmaq üçün müraciət edənlərin sayı xeyli artıb. Cari ilin 6 ayında artıq 1422 nəfər əlilə xidmət göstərilib. Onlardan 127 nəfəri Birinci Qarabağ savaşında, 111 nəfəri isə İkinci Qarabağ savaşında sağlamlığını itirən şəxslərdir. 
Burada əlillər üçün hər cür şərait yaradılıb desək, mübaliğə etmiş olmarıq. Mütəxəssislər müasir idman qurğuları, trenajorlarla təmin edilmiş geniş və yaraşıqlı idman zalında əlillərin bədən tərbiyəsi ilə məşğul olmaları, reabilitasiyaları üçün durmadan çalışırlar. Restorantipli  yeməkxanada xəstələrə gündə üç dəfə yüksəkkeyfiyyətli yeməklər, mer-meyvə və tərəvəz məhsulları verilir. Hər gün əlillər tibbi personal tərəfindən müayinə olunaraq müalicə almaq imkanına malikdirlər. Geniş və səliqəli otaqlarda onların istirahət etmələri üçün çox  gözəl şərait yaradılıb. Adətən, buraya üz tutan əlillərin reabilitasiya müddəti 14 gündür. Pansionatın direktoru Təranə xanım deyir ki, bəzən xəstələrin səhhətlərindəki problemlə əlaqədar onların bərpa müddəti uzadılır. Əlillərimizin asudə vaxtlarının təşkili, günlərinin daha yaddaqalan keçməsi üçün ekskursiyalar təşkil edir, onları konsertlərə, teatrlara, şəhərimizin gəzməli-görməli tarixi məkanlarına aparırıq. Bəzən də incəsənət xadimlərimiz, müğənnilər, sənət adamları buraya gəlib rəngarəng konsert proqramları ilə çıxış edirlər. Bir sözlə, çalışırıq ki, dövlətin qayğısını, onlara olan tükənməz sevgimizi əlillərlə bölüşə 
bilək.

 

Vətənin əsgərləri

 

Bizə verilən imkandan istifadə edib pansionatda reabilitasiya olunan əlillərlə söhbət edirik. Rəşid Namazov  2016-cı il Aprel döyüşlərinin iştirakçısıdır. Tərtər rayonunun Qafanlı, Seydimli, Əskipara kəndlərində döyüşüb. Çanaq sümüklərindən travma alıb. İlk dəfədir ki, pansionatdadır. O deyir:
- Sözün açığı, belə diqqət görəcəyimə inanmazdım. Hər cür qayğı ilə əhatə olunmuşuq. Çox sağ olsun Prezidentimiz və Mehriban xanım. Burada əlillərin reabilitasiyası üçün hər cür şərait yaradılıb. Özümə qarşı əsl valideyn qayğısı, doğmalıq görürəm. Bizə belə şərait yaratdığı üçün dövlətimizə çox minnətdaram. Vətəndaş dövlətinin qayğısını görəndə, kürəyində dövlətinin əlini hiss edəndə güclü olur. Özümü güclü, arxalı hiss edirəm. Bu vətən, bu dövlət üçün döyüşdüyüm görə çox qürurluyam. Bizə bu şəraiti yaradan, hər zaman qayğısını, diqqətini hiss etdiyimiz Prezidentimizə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığımı bildirirəm.

 

"Əsgərin son silahı ölümüdür"

 

Əfsun Alik oğlu Vəliyev 44 günlük Vətən müharibəsi qazisidir. Bərdədən gəlib, müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. Oktyabrın 7-də Suqovuşanda 951 adlanan yüksəklik uğrunda gedən döyüşlərdə düşmən snayperi  Əfsunun hər iki ayağından vurub.
Söhbət zamanı dedi ki, görünür, düşmənin məqsədi ayaqlarımdan vurmaqla məni əsir götürmək olub. Amma bizim son silahımız ölüm idi. Düşmənə əsir düşməkdənsə, canıma qıyardım. Şükür ki, qələbə bizim oldu. Uğrunda döyüşdüyümüz ərazilərimiz də alındı, bütün torpaqlarımız da işğaldan azad edildi. Xoşbəxtəm ki, Vətən müharibəsinin iştirakçısıyam. Qürurluyam ki, Prezident İlham Əliyev kimi bir sərkərdənin, Müzzəffər Ali Baş Komandanın əsgəriyəm. Lazım olarsa, bu gün də döyüşməyə hazıram. Dövlətimin bizə olan qayğısı, diqqəti mənə ruh verir. Bizi qələbəyə aparan da dövlətə olan inam, vətənə sevgi idi. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır! 
Fəxrəddin Səməd oğlu Əsədov Beyləqan rayonundandır. Fəxrəddingil ailədə 7 qardaş idi, 7-si də hərbçi olub. Qardaşları Ələddin və Saleh Əsədovlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar. Fəxrəddinin isə 44 günlük Vətən müharibəsində Murovdağ uğrunda gedən döyüşlərdə yanına mərmi düşüb və onu mərminin dalğası  vurub:
- Müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirdim. Xatırladığım odur ki, müharibənin ilk günləri Murovdağ silsiləsində mövqe tutmuşduq. Yanıma mərmi düşdü. Bir də onu gördüm ki, göydə uçuram. 18 gün komada olmuşam. Yaddaşımı itirmişəm. Şəhid olan qardaşlarım Ələddinlə Saleh də yaxşı yadımdadır. Ələddin kəşfiyyat bölüyünün komandiri, mayor idi. Saleh isə topçuların komandiri idi... Getdilər... mən qaldım... Yaddaşım itsə də, bilirəm ki, Qarabağı yenidən qazandıq. Bu, mənim üçün hər şeydən, hətta canımdan da qiymətlidir...
Sadiq Raqub oğlu Məmmədov reabilitasiya üçün Bərdədən gəlib. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısıdır. Sağ qolunun bazu kələfindən yaralanıb:
- Müddətdən artıq hərbi qulluqçu idim.Vətənimi canımdan çox sevirəm. Elə bu sevgi də məni əsgər, döyüşçü etdi. 2016-cı ildə qolumdan yaralandım. Əlil olsam da, 2020-ci ildə könüllü döyüşmək üçün müraciət etdim, məni döyüşə göndərmədilər. Dedilər ki, sənin  döyüşdüyün bəsdir. Amma mən əsgərəm. Hər zaman bu Vətən üçün canımı fəda etməyə hazıram. Dövlətimlə fəxr edirəm. Bizə göstərilən qayğıya, diqqətə görə dövlətimizin başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya çox minnətdaram.
Elnur Cabir oğlu Əhmədov Birinci Qarabağ müharibəsi qazisidir. Ağdamın Qaradağlı kəndində minaya düşüb. Yaddaşını itirib. Subaydır:
- Mən vətənimi canımdan çox sevirəm. Vətənim üçün döyüşüb sağlamlığımı itirdiyimə görə qəti təəssüf etmirəm. Evlənməmişəm, subayam. Məncə, əsas qolun, qıçın şikəstliyi deyil, gərək ürəyində sevgi olsun. Mən vətənimi seçdim, vətənimi sevdim. Bunu deməklə əsla peşmançılıq keçirdiyimi düşünməyin. Qadınlarımız fədakarlıq etməyi bacarsalar, daha gözəl olar. İndi 44 günlük Vətən müharibəsində mənim kimi qazi olan nə qədər qardaşımız var. Onlar da mən yaşayan taleyi yaşamasınlar deyə, deyirəm: xanımlarımız fədakarlığa hazır olsunlar. Vətənə can verən igidlərimizə könül versinlər. Mənimsə qismətimdə olan bu imiş. Bunu da yaşayıram. Nə yaxşı ki, dövlətimiz bizdən qayğısını, sevgisini əsirgəmir. Bizi yaşadır. Buna görə də dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya nə qədər alqış etsək, azdır.
Bizimlə söhbətdə Rüstəm Rüstəmov, Adil Qürbətov, Qurban Hüseynov, Mətanət Həmidova və Müseyib Hüseynov Əlillərin Reabilitasiya Pansionatında onlara göstərilən qayğıdan razı olduqlarını məmnunluqla ifadə etdilər.
İftixarla demək olar kı, görülən işlər, aparılan islahatlar öz müsbət nəticəsini verir. Bu gün ölkəmizdə vətəndaşla dövlətin sarsılmaz birliyi, xalqın dövlətinə  inamı formalaşıb. Sözün həqiqi mənasında, əsl xalq-dövlət tandemi yaranıb. 

Elşən QƏNİYEV,
İlham BABAYEV (foto)
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!